T.E.D.FARİZ CAMALOVUN CƏRRAHİ XƏSTƏLİKLƏRLƏ BAĞLI MÜƏLLİFİ OLDUĞU KİTABLAR.

Fariz Camalov. Öd yollarının cərrahiyyəsi. Monoqrafiya.
Nəşr olunma tarixi: Bakı. 2001-ci il. Təbib nəşriyyatı.

Öd yolları cərrahiyyəsi barədə vacib tarixi və kliniki faktlar.
Rəy verən: Tibb elmləri doktoru, professor, M.A.Topçubaşov adına Respublika Klinik Təbabət İnstitutunun Elmi İşlər üzrə direktor müavini Hidayət.B.İsayev.
Cərrahi klinikalarda aparılan əməliyyatlar içərisində xolesistektomiya appendektomiyadan sonra ikinci yeri tutur.
Bu əsasən bir çox faktorlarla – öddaşıyıcı sistemdə xəstəliklərin sayının artması, diaqnostikanın yaxşılaşması, cərrahi müalicədə taktikanın təkmilləşməsi ilə əlaqədardır.
Bunu demək kifayətdir ki, ötən əsrin 70-ci illərinin əvvəlindən indiki dövrə qədər yalnız xroniki kalkulyoz və kəskin xolesistitlə xəstələnənlərin və bununla əlaqədar aparılan əməliyyatların sayı 10 dəfədən çox olmuşdur.
Tarixi məlumat:
İlk dəfə 1882-ci ildə alman cərrahı K.Lanhenbux praktik olaraq xolesistektomiya icra etdikdən sonra, öd yollarının cərrahiyyəsinə başlanmışdır.
A.Benniveni (1440-1502) iki ölmüş xəstənin meyidini yardıqdan sonra, ölümün səbəbinin öd daşı olduğunu qeyd etmişdir.
Amerikada ilk dəfə 1867-ci ildə D.Bobbs öd kisəsinin hidropsu diaqnozu altında bir qadında xolesistektomiya əməliyyatı etmişdir.
Avropada isə 1878-ci ildə Koxer və Sims bu əməliyyatı icra etmişdilər.
Rusiyada 1886-ci ildə C.F.Kosinski, sonralar isə A.H.Matlyanovski (1889), A.R.Verner (1892), A.H.Kablukov (1895-ci il), A.A.Troyanov (1897),P.İ.Djakonov (1898) xolesistektomiya əməliyyatı icra etmişlər.
Azərbaycanda 1930-cu ildə M.A.Topçubaşov, F.Ə.Əfəndiyev (1940), Mahmudbəyov (1963), M.Tağızadə (1965), uğurlu xolesistektomiya icra etmişlər.
1982-ci ildə B.Ağayevin təşəbbüsü ilə qaraciyər, öd kisəsi və mədəaltı vəz cərrahiyyəsi Mərkəzi yaradılmışdır.
1923-cü ildə Enderlen, Hots məlumatlarına dünyada artıq 1200 xolesistektomiya edilmişdir.
1950-60-cı illərdən sonra öd yollarında müxtəlif əməliyyatların icra edilməsinə başlanmışdır.

F.H.Camalov. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi. Kitab. Dərs vəsaiti. Təbib nəşriyyatı. 2003-cü il.

Azərbaycan Tibb Universitetinin Cərrahi Xəstəliklər Kafedrasının assistenti (Hal-hazırda, ATU 3-cü Cərrahi Xəstəliklər Kafedrasının professoru, kafedra müdiri), Tibb elmləri namizədi, Akademik mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 1-ci cərrahiyyə şöbəsinin müdiri Fariz Hidayət oğlu Camalov.
Kitabıb elmi redaktoru: Əməkdar elm xadimi, professor M.Y.Nəsirov.
Bu kitabda mədə və onikibarmaq bağırsağın xora xəstəliklərinə aid müxtəlif patologiyaların etiologiya və patogenezi nəzərdən keçirilmiş, xəstələrin müayinə olunması üsulları və cərrahi müdaxiləyə göstərişlər öz əksini tapmışdır.
Kitabda xəstəliklərin yayılma səviyyəsi, etiologiyası, patogenezi, klinikası, diaqnostikası ilə bərabər cərrahi müdaxilələrin texniukası, baş verə biləcək fəsadlar, rekonstruktiv əməliyyatlar və əməliyyatlardan sonrakı dövrdə xəstələrin müalicəsi ətraflı izah edilmişdir.
Kitab sadə və anlaşıqlı yazılmış və çoxlu rəngli şəkillərlə zənginləşdirilmişdir.
Bu dərs vəsaitindən subordinatorlar, internalar, cərrahiyyə ixtisası seçmiş gənc həkimlər və  abdominal cərrahiyyə ilə maraqlanan mütəxəssislər istifadə edə bilərlər.

Yoğun bağırsağın cərrahi xəstəlikləri. Dərslik. Fariz Camalov. E.Y.Şərifov, A.H.Əliyev. Bakı. 2019.

Kitabda yoğun bağırsağın cərrahi xəstəliklərinin yayılma səviyyəsi, etiologiyası, patogenezi, klinikası, diaqnostikası ilə barəbər cərrahi müdaxilələrin texnikası, baş verə biləcək fəsadlar, rekonstruktiv əməliyyatlar və əməliyyatlardan sonrakı dövrdə xəstələrin müalicəsi ətraflı izah edilmişdir.
Mündəricat:
FƏSİL1:
YOĞUN BAĞIRSAĞIN ANATOMİYASI VƏ FİZİOLOGİYASI.
Yoğun bağırsağın embriologiyası.
Yoğun bağırsağın cərrahi anatomiyası.
Kor bağırsaq.
Köndələn çəmbər bağırsaq.
Enən çəmbər bağırsaq.
S-vari bağırsaq.
Düz bağırsaq.
Anorektal zonanın əzələləri.
Anorektal sahələr.
Yoğun bağırsağın qan təchizatı.
Yoğun bağırsağın innervasiyası.
Yoğun bağırsağın histologiyası.
Yoğun bağırsağın fiziologiyası.
Anorektal zonanın fiziologiyası.
Defekasiya aktı.

FƏSİL 2:
YOĞUN BAĞIRSAĞIN CƏRRAHİ XƏSTƏLİKLƏRİ
MEQAKOLON.
Hirşprunq xəstəliyi. (Anadangəlmə meqakolon)
YOĞUN BAĞIRSAĞIN İLTİHABİ XƏSTƏLİKLƏRİ.
Qeyri-spesifik xoralı kolit.
YOĞUN BAĞIRSAĞIN DİVERTİKULYOZU VƏ DİVERTİKULİT.
Divertikulit.
ÇƏNBƏR VƏ DÜZ BAĞIRSAĞIN POLİPLƏRİ.
Neoplastik poliplər(Adenomalar)
Qeyri-neoplastik poliplər.
Hamartomatoz poliplər.
Peuts-Jeghers sindromu
Ailəvi adenomatoz polipoz
ÇƏNBƏR VƏ DÜZ BAĞIRSAĞIN XƏRÇƏNGİ.
DÜZ BAĞIRSAĞIN XƏRÇƏNGİ.
YOĞUN BAĞIRSAĞIN BURULMASI.
S-vari bağırsağın burulması.
BABASİL XƏSTƏLİYİ
ANAL ÇAT.
DÜZ BAĞIRSAĞIN SALLANMASI.(PROLAPS).
KƏSKİN VƏ XRONİKİ PARAPROKTİT.
(ANAREKTAL ABSES VƏ ANAL FİSTULA)
Kəskin paraproktit(Anarektal abseslər).
Xroniki paraproktit (Anal fistulalar)
ÇƏNBƏR VƏ DÜZ BAĞIRSĞIN ƏMƏLİYYATÖNÜ HAZIRLANMA PRİNSİPLƏRİ.
TÖVSİYYƏ OLUNAN ƏDƏBİYYATLAR.

Əməliyyatdan sonrakı ventral yırtıqların müasir müalicəsi.Monoqrafiya. T.P.Camalova, M.Y.Nəsirov, F.H.Camalov, E.Y.Şərifov.

Azərbaycan Resoublikası Təhsil Nazirliyinin 03.04.2015 il tarixli 523 N-li əmri ilə monoqrafiya kimi təsdiq edilmişdir.
Bakı.Səda nəşriyyatı. 2018.
Rəyçilər:
H.B.İsayev. Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik M.A.Topçubaşov adına ETM direktor müavini.
Ş.F.İbrahimli. T.E.D, ATU-nun Cərrahi Xəstəliklər kafedrasının professoru.

Kitabın GİRİŞİNDƏN çıxarış:
Hazırki dövrdə əməliyyatdan sonrakı ventral yırtıqların (ƏSVY) müalicə problemi müasir hemiologiyada mərkəzi yerlərdən birini tutur. Abdominal cərrahiyyənin inkişafı, təcili və təxirəsalınmaz göstərişlər üzrə yerinə yetirilən Laparotomiyaların sayının sayının artması ƏSVY-la xəstələnmə hallarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarmışdır.
Son 25 ildə onların sayı kəskin artmış və hazırda cərrahi xəstəliklərin ümumi strukturunda payı 6.5%-ə, bütün yırtıqlar arasında isə 38%-ə çatır.
Əməliyyatdan sonrakı dövrün ağırlaşmış gedişi, yüksək əməliyyatdan sonrakı ölüm, eləcə də 20-40%-ə çatan yırtıq residivləri bu gün də ciddi problemlərdən hesab olunur.

Həmçinin bax:
Fariz Camalov. Wikimed.az. Azərbaycan Tibb Ensiklopediyası.

Facebook Comments