FARİZ CAMALOV. ATU 3-CÜ CƏRRAHİ XƏSTƏLİKLƏR KAFEDRASININ MÜDİRİ, TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR

Fariz Camalov
Ümumi cərrah, Professor, ATU-un Kafedra müdiri
1963-cü ildə Şərur rayonunda anadan olub.
2009-cu ildə Tibb Elmləri üzrə doktorluq dissertasiyasın müdafiə edib.
2014-cü ildə Professor adı alıb. Hal-hazırda Azərbaycan Tibb Universitetinin 3-cü Cərrahi Xəstəliklər Kafedrasının müdiridir. Eyni zamanda Fariz Camalov ATU Tədris-Cərrahiyyə Klinikasında və Respublika Kliniki Xəstəxanasında ümumi cərrah kimi fəaliyyət göstərir.

PROFESSOR FARİZ CAMALOVUN TƏHSİLİ

Fariz Camalov 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.
1988-1990-cı illərdə Respublika Klinik Xəstəxanasında ordinantura keçib.
1990-1993-cü illərdə Böyük Elmi Şuranın qərarı ilə aspirantura keçib.
1993-1995-ci illərdə Dağlıq Qarabağ döyüşlərində iştirak edib.
1995-ci ildə Tibb Elmləri Üzrə Fəlsəfə Doktorluğunu müdafiə edib.
Fariz Camalov 1995-2003-cü illərdə qaşqın şəhərciyində cərrahi patologiyası olan xəstələrə cərrahi yardım göstərib.

İŞTİRAK ETDİYİ KURSLAR

2001-ci il Londonda Kral Kolleci Xəstəxanasında kurs keçib.
2003-cü il ABŞ, Houston Metdik Hospitalında koloproktologiya üzrə kurs
2005-ci il Ankara Gazi Tibb Universitetində “Qida borusu cərrahiyyəsi üzrə” kurs
2006-cı il Almaniya Tubengen şəhərində laporoskopik cərrahiyyə kursu
2007-ci il Almaniyanın Bonn şəhərində “Pankreas cərrahiyyəsi üzrə” kurs keçib.
Fariz Camalov 2005-2016-cı illərdə Rusiya Federasiyası Moskva şəhəri Tibb Akademiyası “Mədə və qida borusu xərçənginin cərrahi müalicəsi” kursları

PROFESSOR FARİZ CAMALOVLA ƏLAQƏ:

Fariz camalovFariz  1995-ci ildə Respublika klinik xəstəxanasında birinci cərrahiyyə şöbəsinin müdiri təyin olunub.
2017-ci ildə ATU-nun III cərrahi xəstəliklər kafedrasına müdir əyin olunub.
İİR-nın Bəm şəhərində, Pakistan Kirman vilayətində, Türkiyənin Yalova vilayətində, həmçinin Lənkəranda baş vermiş zəlzələlərdən əziyyət çəkən insanlara tibbi yardım edib.
Professor Fariz Camalov 2020-ci il 27 Sentyabr -10 Noyabr tarixləri arasında Qarabağın erməni işğalından azad olunması uğrunda 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə tibbi yardım göstərmək üçün peşəkar kimi yaxından iştirak edən cərrahlarımızdan biridir.
ATU III cərrahi xəstəliklər kafedrası (keçmiş I fakültə cərrahiyyəsi kafedrası) ilk olaraq Azərbaycan Dövlət Universitetinin tibb fakultəsinin nəzdində 1919-cu ildə təşkil edilmiş və kafedraya professor A.A.Oşman rəhbər seçilmişdir. O, 1930-cu ilə qədər kafedraya başçılıq etmişdir.
1930-1981-ci illərdə kafedraya akademik M.A.Topçubaşov rəhbərlik etmişdir.
Professor Camalov Fariz Hidayət oğlu 2017-ci ildə müsabiqə yolu ilə kafedra müdiri seçilmişdir. Bu müddət ərzində o, özünü yaxşı rəhbər və təcrübəli cərrah kimi göstərdi. Əməkdaşlarla elmi əsərlər, məqalələr çap etdirir. Kafedra müdiri gənc kadrlara çox diqqət yetirir. Gənc alimlərlə müxtəlif patologiya ilə olan əməliyyatlara cəlb edir.
Professor F.H.Camalovun rəhbərliyi ilə Camalova T.P. “Piylənmədən əziyyət çəkən, əməliyyatdan sonrakı ventral yırtığı olan xəstələrin kompleks müalicəsində təkmilləşdirilmiş abdomino-və hernioalloplastika metodlarının birmomentli tətbiqinin effektivliyi”, Zahidov Z.T. “Əməliyyatdan sonrakı eventrasiyalarda absorbtiv adnezion baryer və monoakril profilen torun birgətətbiqinin klinik qiymətləndirilməsi” tibb üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə etmişlər.
Professor F.H.Camalovun rəhbərliyi altında Abdullayev A.C. “Yüksək riskli kəskin xolesistitli xəstələrin kompleks müalicəsində qanın venadaxili lazer şüalandırılması fonunda laennek preparatının effektivliyi”, Hüseynova G.T. “Qasıq yırtıqlarının cərrahi müalicəsində Trabukko üsulu ilə yeni rekonstruktiv hernioalloplastika metodunun rolu” (ilkin müzakirəsi keçib), Kosayeva G.A. qızının “Pilonidal sinusun cərrahi müalicəsində doksisiklin hopdurulmuş kollagen süngərin və dəri plastikasının birgə tətbiqinin effetivliyi”, kafedranın dissertantı Piriyeva S.E. “Nekrozlaşan fassitli xəstələrin kompleks müalicəsində immunokorreksiya və antibiotik terapiyası” dissertasiya işlərinin mövzusunun və planının universitetin “Cərrahiyyə” üzrə Problem komissiyasında və fakültə Elmi Şurasında müzakirə və təsdiq olunmuşdur.
Professor F.H.Camalov 1995-2005-ci illərdə Azərbaycanın rayonlarında (Sabirabad, Ağcabədi, Saatlı, Biləsuvar, İmişli və s.) məcburi köçkünlərə cərrahi tibbi yardım göstərmiş.
1999-cu ildə Türkiyyədə, İran-İslam Respublikasının Bəm şəhərində, Pakistan İslam Respublikasının Müzəfərabad və Balakot şəhərlərində baş vermiş zəlzələlərdə aktiv tibbi yardım göstərmişdir.
2002-ci ildə B.V.Petrovski adına Russiya Tibb Akademiyasında “Qida borusu və mədə xərçəngi” üzrə kurs keçmişdir.
2002-ci ildə Londonun Kral Kollecində cərrahi travmalar üzrə üstalıq keçmişdir.
2003-cü ildə ABŞ-ın Texas ştatının Huston şəhərinin Beylor kollecində koloproktologiya kursu keçmişdir.
2004-cü ildə Almaniyanın Tübingen və Bonn Universitetinin klinikasında laparoskopik cərrahiyyə və mədəaltı vəzin xoş və bəd xassəli şişləri üzrə kurs keçmişdir.
2006-cı ildə Lənkəran şəhərində bina ucan zamanı yerində yaralılara tibbi yardım göstərmişdir.
2007-ci ildə Türkiyə Qazi Universitetində həzm traktı orqanlarının şişləri və endovizual cərrahiyyə kursu keçmişdir.
Professor Camalov F.H. respublikamızda və xarici ölkələrdə “Cərrahiyyə” fənni üzrə keçirilən konqreslərdə elmi məqalələrlə çıxış edib.
30 illik praktik fəaliyyətində 20000 yaxın müxtəlif spektirli əməliyyatlar icra etmişdir. 88 xəstədə – birmomentli qida borusu ekstripasiyası, 92 xəstədə – total qastroektomiya, 8 xəstədə – hemihepatektomiya, 8 xəstədə – pankreato-qastroduodenal rezeksiya icra etmişdir.
Professor Camalov F.H. dövrü tibbi ədəbiyyatda 160-dan çox elmi işləri çap olunmuşdur. 2 dərslik, 2 dərs vəsaiti və 7 monoqrafiyanın müəllifidir.
İşlədiyi müddət ərzində özünü savadlı, bacarıqlı, məsuliyyətli pedaqoq və həkim kimi göstərmişdir. O, müalicə-profilaktika, stomatologiya və ictimai səhiyyə fakultələrinin tələbələrinə “Cərrahiyyə” fənni üzrə təcrübi dərslər keçir və mühazirələr oxuyur.
Professor Camalov F.H. 2021 ci il tarixindən Dissertasiya Şurasının elmi katibidir.
Kafedra əməkdaşlarından dos. Həmzəyev S.M., dos. Mürsəlov M.M., dos. Şərifov E.Y., dos. Hacıyev S.H., dos. Rəhimov V.Ə., dos. Ramazanov C.N. doktorluq dissertasiyaları üzərində, Fərəcli V.F., Rüstəmova A.B., Abdullayev A.C., Rəhimli Ş.İ., Ələkbərova S.Ə., Abbasəliyev R.B., Məmmədova E.T., Məhərrəmov T.A., Hüseynova G.T., Qasımov R.Q., Abbasəliyeva P.M., Qırxlarova A.S. , Kosayeva G.A. isə namizədlik dissertasiyaları üzərində çalışırlar.
Hazırda kafedranın bütün əməkdaşları sağlam bir ailədə birləşərək mətinlik göstərir, bütün bacarıq və imkanlarından istifadə edərək tədrisin keyfiyyətcə yaxşılaşmasına, hazırki dövrdə tələbələrin mənəvi saflığının onlarda milli şüurunun formalaşmasına və Azərbaycan tibb elminin daha da zənginləşməsi və yüksəlməsi üçün səylə çalışırlar.

Fariz Camalov Facebook səhifəsi
Professor Fariz Camalovla
əlaqə telefonu: 050 530 28 29

YOUTUBE VİDEO – PROFESSOR FARİZ CAMALOV ATU 3-CÜ CƏRRAHİ XƏSTƏLİKLƏR KAFEDRASININ FƏALİYYƏTİ HAQDA – SAGLAM TV
XƏBƏR LENTİ –  Vətən Müharibəsinin zəfərlə başa çatmasında fədəkar həkimlərimzin də xüsusi payı var

Professor Fariz Camalov – Peritonarxası limfosarkomanın çıxarılmasıProfessor Fariz Camalov – Qida borusu ekstirpasiyası; mədədən süni qida borusunun yaradılması
Professor Fariz Camalov. Qarından çıxarılmış nəhəng törəmə. Əlaqə: 0505302829
Dr.Fariz Camalov .Qida borusu(искуственный пищевод)
Professor Fariz Camalov. Qarından çıxarılmış nəhəng törəmə. Əlaqə: 0505302829
Fariz Camalov – Professor Youtube slide show

Facebook Comments