YUVENIL REVMATOİD ARTRİTİN MÜALİCƏSİNDƏ BİOLOJİ GEN MÜHƏNDISLIYI PREPARATLARININ TƏTBİQİ
Prof. Surxay Musayev.
Azərbaycan Tibb Universiteti.
YUVENIL REVMATOID ARTRIT
Yuvenil revmatoid artrit (YRA) – 16 yaşa qədər meydana çıxan,naməlum etiologiyalı patologiyaların heterogen qrupuna daxil olan,mürəkkəb patogenezə malik,əsasən oynaqların ağır destruktiv-iltihabi zədələnməsinin üstünlüyü ilə xarakterizə olunan xəstəlikdir
EPIDEMIOLOGIYA
-
YRA ilə xəstələnmə hər 100 000 uşaq əhalisinə 2-16 xəstələnmə hadisəsi düşür
-
Müxtəlif ölkələrdə yaylması 0,05-0,6% təşkil edir
-
Daha çox hallarda qızlar xəstələnir
-
Letal nəticə – 0,5-1%
Xəstəliyin əsasında hüceyrə və humoral immunitetin fəallaşması durur. Aktivləşmiş T – limfositlər,makrofqlar,fibroblastlar, sinoviositlər iltihabönü sitokinlərin sintezini artırır ki,bu da oynaq daxilində proqressivləşən patoloji dəyişikliklərə və iltihabın inkişafına səbəb olur.
-
Odur ki,YRA zamanı qızdırma, limfoadenopatiya, səpgilər, arıqlama və digər təzhürlər şiş nekroz faktorundan (ŞNF-alfa) çox, interleykinlərin (İL -1,İL – 6) sintezinin artmsı ilə əlaqələndirilir. İltihabönü sitokinlər həm oynaqdan kənar əlamətlərin,həm də oynaqlarda destruktiv dəyişikliklərin xarakterini,ağırlıq dərəcəsini müəyyənləşdirir.
-
Beləliklə,nəzarətdən çıxmış immun reaksiyalar xroniki iltihaba, oynaqlarda geriyə qayıtmayan dəyişikliklərə və oynaqdan kənar əlamətlərə gətirib çıxarır.
MÜALICƏ
YRA-IN MÜALICƏSI IKI AMILDƏN ASILIDIR
YRA MÜALICƏSINDƏ UĞURLU NƏTICƏ…
-
Yaxşı klinik effektin alınması (Major Clinical Response) ≈ ACR70
-
Aşağı aktivlik səviyyəsi (DAS28≤3,2)
-
Remissiya (DAS28≤2,6)
-
Funksiyaların və həyat keyfiyyətinin yaxşılaşması (HAQ<1,5)
-
Proqressiv destruksiyanın inhibə olunması:
-
Rentgenoloji indekslərin inkişafında azalma (Sharp, Larsen)
-
Yeni eroziyalar yoxdur
-
MRT nəticələrində proqressivləşmə qeyd edilmir
FDA Guidance for Industry. Clinical Development Programs for Drugs, Devices, and Biological Products for the Treatment of Rheumatoid Arthritis (RA). 1999
Birbara C. A. Management of inadequate response to TNF-α antagonist therapy in rheumatoid arthritis: what are the options? . The Internet Journal of Rheumatology. 2008
-
ACR MEYARLARINA ƏSASƏN KOMPLEKS REMISSSIYA HESAB EDILIR
-
İltihab və oynaq ağrısı – YOX
-
Səhər gərginliyi – YOX
-
Yorğunluq – YOX
-
Sinovit – YOX
-
Radioqrafik müayinələrdə proqressivləşmə – YOX
-
EÇS və CRP səviyyəsində artım – YOX
-
Hazırda YRA sistem formalarının müalicəsində ənənəvi immunosupressiv terapiya ilə birlikdə QKS,VDİg tədbiq olunur.
-
Bir qrup xəstələr bu terapiyaya tez tabe olur və sistem əlamətlər müvəffəqiyyətlə aradan qaldırılır.
-
Amma böyük qrup xəstələrdə sistem forma YRA –nın müalicəsində ənənəvi dərman preparatları kifayət dərəcədə səmərə vermir və yeni müalicə üsullarının axtarılmasını zəruri edir.
Gen mühəndisliyi ilə sintez olunmuş bioloji preparatlların tədbiqi bu problemin həllində ciddi rol oynayır.Bu preparatların əsas xüsusiyyəti YRA patogenezinin ayrı ayrı həlqələrinə seçici (selektiv) təsir göstərməsidir.
PROFESSOR SURXAY MUSAYEV
WIKI QALEREYA – Azərbaycan Tibb Assosiasiyası. Revmatologiya Dərnəyi. Professorlar Sahib Musayev. Eldar Abbasov. Surxay Musayev.
REVMATOLOGIYA. REVMATIK XƏSTƏLİKLƏR
Azərbaycan Respublikasının əməkdar həkimlərinin siyahısı
Facebook Comments