SURXAY MUSAYEV, PROFESSOR, T.E.D, ƏMƏKDAR ELM XADİMİ

YOUTUBE VİDEO – ƏMƏKDAR ELM XADİMİ SURXAY MUSAYEVİN ƏZİZ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ SƏNƏDLİ FİLM. SAGLAM TV TƏQDİM EDİR:
YOUTUBE VİDEO – SURXAY MUSAYEV. T.E.D. Professor, Əməkdar elm xadim
YOUTUBE VİDEO – Surxay Musayev. Azərbaycan səhiyyəsi. Azerbaijan healthcare. SaglamTV
YOUTUBE VİDEO – ATU Tədris Terapevtik Klinikasında sümük iliyi transplantasiya şöbəsi yaradılıb (2015-ci il)

Surxay Novruz oğlu Musayev — professor (1992), “əməkdar həkim” (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (20 sentyabr 2010)[1]
İxtisası: Pediatr
Vəzifəsi: Professor,
Kafedra:  ATU 3-cü Pediatriya (Uşaq Xəstəlikləri) kafedrası

Təhsili:

1968-1974 : Azərbaycan Tibb Universitetinin Pediatriya Fakultəsi
1989 – 1992: 1-ci Moskva Tibb İnstitututunun Pediatriya fakultəsində Doktorantura təhsili almışdır.

İş təcrübəsi barədə:

1974-77: ATU Uşaq Xəstəlikləri Kafedrasında Baş laborant
1977 – 1985: ATU Uşaq Xəstəlikləri Kafedrasında Assistant
1986-1992: ATU Uşaq Xəstəlikləri Kafedrasında dosent
1992-ci ildən hal-hazırki dövrə qədər ATU Uşaq Xəstəlikləri Kafedrasının Professoru
1994-2010: ATU Həmkarlar İttifaqı Komitəsinin sədri
2010-2016: ATU Tədris-Terapevtik Klinikasının direktoru
2020-2023-cü illərdə yenidən həmin klinikanın direktoru vəzifəsində çalışmışdır.

İştirak etdiyi təlimlər və kurslar haqqında:

Surxay Musayev 1998 – Özbəkistanın Daşkənt şəhərində Pediatriya kursunda olmuşdur.
1999-cu ildə Türkiyənin İstanbul şəhərində Əmək hüquqları mövzusunda kursda olub
2011-ci ildə Paris, Fransa. Revmatologiya
2012-ci ildə Danimarkanın Kopenhagen şəhərində Revmatologiya
2013-cü ildə Almaniyanın Baden-Baden şəhərində Bioloji Üsullarla müalicə kursu
2014-cü ildə İspaniyanın Madrid şəhərində Revmatologiya kursu
2016-cı il İspaniyanın Reykyavik şəhərində Revmatologiya kursu

Elmi iş və məqalələr haqqında qısa məlumat

150 yaxın elmi əsər o cümlədən 2 dərs vısaiti, 6 tədris metodik vəsait

Üzv olduğu qurumlar haqqında qısa məlumat:

Azərbaycan Pediatrlar Assosiyasiyasının vitse prezidenti
Azərbaycan Revmatoloqlar Assosiasiyasının vitse prezidenti
Türkdilli ölkələrin Pediatrlar assosiasiyasının üzvü

PROFESSOR SURXAY MUSAYEVİN HƏYATI:
Surxay Musayev 1951 -ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olmuşdur.

1967-ci ildə Samux rayon M.Ə.Sabir adına orta məktəbi bitirmişdir. Bir il sovxozda fəhlə işlədikdən sonra 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb institutunun (indi universitet)pediatriya fakültəsinə daxil olmuş, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Surxay Musayev 1974-1977 -ci illərdə Azərbaycan Tibb Universitetinin I-uşaq xəstəlikləri kafedrasnda həkim, 1977-1985-ci illərdə assistent, 1986-1992-ci illərdə dosent vəzifəsində işləmiş, 1992-ci ildən professor vəzifəsində işləyir.

Eyni zamanda Surxay Musayev 1974-82-ci illərdə universitet komsomol təşkilatına, 1983-88-ci illərdə universitet partiya komitəsinə, 1994-2010-cu illərdə universitet həmkarlar ittifaqı komitəsinə rəhbərlik etmişdir.  1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyası müdafiə etmişdir.

Surxay Musayev 150-dən çox elmi əsırin müıəllifidir. Rəhbərliyi altında 5 elmlər namizədi hazırlanmış, 4 nəfər gənc tədqiqatşı namizədlik dissertasiyası üzərində işləyir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Surxay Musayev 2000-ci ildə “əməkdar həkim”,2010-cu ildə “Əməkdar elm xadimi”adina layiq görülmüşdür.

2010-cu ilin aprel ayından Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin Sərəncamı əsasında yaradılmış Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunmuşdur.
2016-cı ilə qədər həmin vəzifədə çalışmışdır.
Hal-hazırda Professor Surxay Musayev Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında həkimlik fəaliyyətinin davam etdirib
2023-cü il Aprel ayında profesor Surxay Musayev vəfat etmişdir.
Onun vəfat etməsi Azərbaycan tibb elmi və səhiyyə ictimaiyyəti üçün ağır itki oldu
Allah rəhmət eləsin
YOUTUBE VİDEO – ƏMƏKDAR ELM XADİMİ SURXAY MUSAYEVİN ƏZİZ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ SƏNƏDLİ FİLM. SAGLAM TV TƏQDİM EDİR

Azərbaycan Respublikasının əməkdar həkimlərinin siyahısı

Facebook Comments