Fariz Camalov. Öd yollarının cərrahiyyəsi. Monoqrafiya.
Nəşr olunma tarixi: Bakı. 2001-ci il. Təbib nəşriyyatı.
Öd yolları cərrahiyyəsi barədə vacib tarixi və kliniki faktlar.
Rəy verən: Tibb elmləri doktoru, professor, M.A.Topçubaşov adına Respublika Klinik Təbabət İnstitutunun Elmi İşlər üzrə direktor müavini Hidayət.B.İsayev.
Cərrahi klinikalarda aparılan əməliyyatlar içərisində xolesistektomiya appendektomiyadan sonra ikinci yeri tutur.
Bu əsasən bir çox faktorlarla – öddaşıyıcı sistemdə xəstəliklərin sayının artması, diaqnostikanın yaxşılaşması, cərrahi müalicədə taktikanın təkmilləşməsi ilə əlaqədardır.
Bunu demək kifayətdir ki, ötən əsrin 70-ci illərinin əvvəlindən indiki dövrə qədər yalnız xroniki kalkulyoz və kəskin xolesistitlə xəstələnənlərin və bununla əlaqədar aparılan əməliyyatların sayı 10 dəfədən çox olmuşdur.
Tarixi məlumat:
İlk dəfə 1882-ci ildə alman cərrahı K.Lanhenbux praktik olaraq xolesistektomiya icra etdikdən sonra, öd yollarının cərrahiyyəsinə başlanmışdır.
A.Benniveni (1440-1502) iki ölmüş xəstənin meyidini yardıqdan sonra, ölümün səbəbinin öd daşı olduğunu qeyd etmişdir.
Amerikada ilk dəfə 1867-ci ildə D.Bobbs öd kisəsinin hidropsu diaqnozu altında bir qadında xolesistektomiya əməliyyatı etmişdir.
Avropada isə 1878-ci ildə Koxer və Sims bu əməliyyatı icra etmişdilər.
Rusiyada 1886-ci ildə C.F.Kosinski, sonralar isə A.H.Matlyanovski (1889), A.R.Verner (1892), A.H.Kablukov (1895-ci il), A.A.Troyanov (1897),P.İ.Djakonov (1898) xolesistektomiya əməliyyatı icra etmişlər.
Azərbaycanda 1930-cu ildə M.A.Topçubaşov, F.Ə.Əfəndiyev (1940), Mahmudbəyov (1963), M.Tağızadə (1965), uğurlu xolesistektomiya icra etmişlər.
1982-ci ildə B.Ağayevin təşəbbüsü ilə qaraciyər, öd kisəsi və mədəaltı vəz cərrahiyyəsi Mərkəzi yaradılmışdır.
1923-cü ildə Enderlen, Hots məlumatlarına dünyada artıq 1200 xolesistektomiya edilmişdir.
1950-60-cı illərdən sonra öd yollarında müxtəlif əməliyyatların icra edilməsinə başlanmışdır.
Həmçinin bax:
Fariz Camalov.
Wikimed.az. Azərbaycan Tibb Ensiklopediyası.
T.E.D.FARİZ CAMALOVUN CƏRRAHİ XƏSTƏLİKLƏRLƏ BAĞLI MÜƏLLİFİ OLDUĞU KİTABLAR.
Facebook Comments