EMİL MUXTAROV UROLOQ-ANDROLOQ, ONKOLOQ, TİBB EMLƏRİ NAMİZƏDİ

Uzm. Dr. Emil Muxtarov – Tibb elmləri namizədi, Uroloq-androloq, uroloq-onkoloq. Emil Həsən oğlu Muxtarov 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1990-1996-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil almışdır. Emil Muxtarov 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetində elmi işçi, 2002-2003-cü illərdə kafedranın dossenti vəzifəsində, 2003-2008-ci illərdə EGE Universiteti Tibb fakültəsinin urologiya kafedrasında çalışmışdır.
Emil Muxtarov 2003-2009-cu illərdə uroloq, uro-androloq üzrə assistent, 2009-2014-cü illərdə Modern Hospitalda uroloq –androloq vəzifəsində çalışmışdır.
Emil Muxtarov 2011-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına ‘‘Qrand ‘‘ mükafatı almış və ‘‘İlin uroloq həkimi ‘‘ adına layiq görülmüşdür.

Uzman dr. Emil Muxtarov Avropa uroloji dərnəyinin, Avropa transluminal cərrahi dərnəyinin, Türk uroloji dərnəyinin,Türk endouroloji, Türk androloji-uroloji cərrahlar dərnəyinin, Azərbaycan androloji dərnəyinin, Alman-Azərbaycan Tibbi işbirliyi və Bakı cərrahlar klubunun üzvüdür.
Emil Muxtarov ATU Onkologiya Klinikasında işləmişdir. Daha sonra Baku Clinikdə və Bakı Sağlamlıq Mərkəzində Vest Hsopitalda işləyib.
Doktor Emil Muxtarov hal-hazırda YENİ KLİNİKANIN UROLOGİYA ŞÖBƏSİNİN MÜDİRİ vəzifəsində çalışır.

DOKTOR EMİL MUXTAROVUN İCRA ETDİYİ ƏMƏLİYYATLAR:
Nefrektomiya – böyrəyin çıxarılması (açıq və laparoskopik – qapalı)
Parsial nefrektomiya (böyrəyin hissəvi rezeksiyası)
Pieloplastika – böyrək ləyəni daralmasının ləğvi (açıq və qapalı)
Pielolitotomiya – böyrək ləyəni daşının çıxarılması (açıq və qapalı)
Perkutan nefrolitotriosiya – PNL (qapalı böyrək daşı çərrahiyyəsi)
Böyrək kistası rezeksiyası (açıq və qapalı)
Sidik axarı daşı əməliyyatları (açıq və qapalı)
Sidik kisəsinin daş və ya törəməyə görə açıq və qapalı (TUR) əməliyyatları
Radikal sistektomiya (sidik kisəsinin tamının çıxarılması) və yeni sidik yollarının yaradılması
Prostat vəzinin açıq və qapalı (TUR) əməliyyatları
Radikal prostatektomiya (prostat şişinə görə prostat vəzinin tamının çıxarılması)
Sidik kanalının açıq və qapalı (endoskopik) əməliyyatları
Varikoselektomiya (genişlənmiş xaya damarlarının ləğvi)
Xaya və xayalıq əməliyyatları
Cinsi alət (penis) üzərində və digər androloji əməliyyatlar
Qadınlarda sidik qaçırmasına görə asqı (TVT) əməliyyatı
Qadınlarda sidik kisəsi sallanması (sistosel) təmiri
Qadınlarda sidik kanalı ağzının polipinin (karunkul) kəsilməsi

DOKTOR EMİL MUXTAROVUN HAZIRKİ İŞ YERİ:
YENİ KLİNİKA
Heydər Əliyev pr. 142
+ 994 12 505 62 31
Doktor Emil Muxtarovla
əlaqə telefonu:
+994 055 823 62 08

saglamTV. Varikosele xəstəliyi. Uzman uroloq Emil Muxtarov. Emil mukhtarov.
Doktor Emil Muxtarov. Uroloq-onkoloq. PROSTAT ADENOMASININ MÜALİCƏSİ
Dr. Emil Muxtarov – Peşəkar həkim heyəti ilə sağlamlığınızın keşiyindəyik
Prostate cancer. Emil Mukhtarov. Prostat xərçəngi. Uzman uroloq-onkoloq Emil Muxtarov. saglamTV
Böyrek ağrılarının 3 əsas elameti. Dr.Emil Muxtarov. Uroloji uzmanı
Uroloq Emil Muxtarov. Lazerle böyrek daşı əməliyyatı. (Perkütan Cerrahi)
Böyreklerde Lal daşlar. Ne etmeli? Dr.Emil Muxtarov. Uroloji uzmanı
Sidikde qanama neden xeber verir? Uroloji Uzmanı. Emil Muxtarov. Teleklinika.
Prostat vezi adenoması. TUR ameliyyatı. Dr.Emil Muxtarov. Uroloji uzmanı

Urologiya. Uroloqlar. Urologiya-andrologiya, onko-urologiya, uro-ginekologiya


Facebook Comments