Kişi və qadınların seksoloji müayinə üsulları

Qadın və kişilərdə seksual pozğunluqlar, bioloji və psixoloji amillərin geniş dairəsini əhatə edən səbəb və şərtlərlə əlaqədar ola bilər. Ona görə də bu və ya başqa seksopatologiyanın mənşəyini və işini müəyyən etmək üçün hərtərəfli ümumi klinik, seksoloji və psixoloji yoxlamaların yerinə yetirilməsi lazımdır. Bu zaman psixoloji aspektlərə xüsusi diqqət yetirmək lazımdır.

Klinik seksoloji müayinə

Seksual sferanın müayinəsi ilk-öncə hər bir pasiyentin seksual funksiyalarının subyektiv və obyektiv xüsusiyyətlərinin öyrənilməsini nəzərdə tutur. Eyni zamanda onun ümumi somatik vəziyyəti, nevroloji və psixi statusları, sidik-cinsi sistemi aydınlaşdırılmalıdır. Bəzən sosial-psixoloji və müvafıq paraklinik müayinələrin icrasına əl atmaq lazım gəlir. Müayinələr xəstənin qəbulundan, dindirilməsindən, şikayətlərə qulaq asmaqdan və araşdırılmasından başlanır.

Sağlamlıq durumu haqqında şikayətıərin sırasında seksual funksiyalarının pozulması və seksual məmnunsuzluğuna xüsusi diqqət yetirmək gərəkdir. Mövcud olan seksual pozğunluğa və ya seksual disharmoniyaya qarşı pasiyentin nevrotik şikayətlərinə diqqət yetirilir. Seksual patologiyanın klinik təzahürlərini və gedişini düzgün başa düşmək üçün, eyni zamanda yanaşı gedən hallar, xəstəliklər, mayalandırıcı amillər (triqqer amillər) haqqında olan danışıqlara, şikayətlərə fıkir verilir.

Xəstənin anamnezini yığarkən, seksual patologiyanın səbəblərini və inkişaf şərtlərini aydınlaşdırmağa çalışılır. Hər bir situasiyada ər və arvadın, cari seksual pozğunluq və patologiya haqqında, ayrı-ayrılıqda fıkirləri dinlənilir. Seksual pozğunluq və ya uğursuz cinsi aktın xarakteristikası və baş verdiyi şəraitin, halın aydınlaşdırılması çox vacibdir. Bu zaman həkim taktiki olaraq heç nəyin gizlədilməməsi üçün,  informasiyanın diaqnoz və müalicə məqsədilə lazım olduğunu pasiyentə çatdırmalıdır.
Danışmamaq, sirr saxlamaq, dinməzlik və ya utandığından qeyri-müəyyən məlumat vermə, diaqnostikanın dürüstlüyünü poza bilər. Hər dəfə hər bir pasiyentin həkimə müraciət motivini aydınlaşdırmaq və həm də bu zaman pasiyentin baş vermiş seksual pozğunluğa göstərdiyi reaksiyanı bilmək lazımdır.
Burada partnyorun münasibəti, əvvəllər müayinə və müalicələrin olması, nəticələri qeydə almaq əhəmiyyətlidir. Həyat anamnezi yığılarkən pasiyentin valideynləri, həyat yoldaşı, yaxın qohumlarının xəstəlikləri və şəxsi xüsusiyyətləri haqqında informasiya alınır.
Seksopatoloq üçün sözügedən adamların sağlamlığı, patologiyası, yaşı, zərərli adətləri maraq yaradır. Pasiyentin ana bətnində inkişafı, doğulması, neçənci uşaq olması, inkişafı, anomaliya və ya xəstəliklərin olması, evlənməsi, ailəli olması, uşaqların varlığı, vəziyyəti, yaşları yazılmalıdır. Ayrılma olduqda kəbinin pozulması səbəbi, kəbindən kənar cinsi əlaqələrin olması və bunun motivi, hamiləliyin, doğuşların, abortların seksuallığa təsiri, hamiləlikdən qorunma üsulları, onların törətdiyi xoşagəlməz hallar, partnyorların bunlara münasibətləri, keçirilmiş xəstəliklər haqqında suallar verilməlidir. Pasiyentin sosial məişət vəziyyəti, professional fəaliyyətinin xüsusiyyətləri, əmək şəraiti, gündəlik emossional gərginlik seksual sferaya təsir göstərə bilər. Xüsusi seksual anamnez, cinsi həyatdan əvvəl və sonra seksual təzahürlərin təbiətini, inkişaf xüsusiyyətini, seksual patologiyadan əvvəl halını və cari vəziyyətini öyrənilməsinə yönəldilir.

Seksual təzahürlərinin cinsi həyatdan əvvəl olan xarakterini aydınlaşdırmaqdan ötəri, aşağıdakı məsələlərə diqqət yetirilir, yəni suallar verilir:

– libidonun oyanması yaşı;

– birinci eyakulyasiya və orqazmanın baş verdiyi yaş və şərait;

– birinci pollyusiyanın meydana çıxdığı yaş və pollyusiyaların tezliyi;

– masturbasiyadan istifadə olunması, yaş, masturbasiya tipi və tezliyi;

– pettinqdən istifadə olunması, davamiyyəti, tezliyi;

– frustrasiya, yəni cinsi zəiflik, davamiyyəti, tezliyi;

– menstruasiyanın baş verdiyi yaş, xarakteri, gedişi, davamlığı, axırıncı menarxe vaxtı, dayanma səbəbi;

– seksual norma haqqında pasiyentin fıkri və bu fıkri formalaşdıran amillər.

Cinsi həyatın səciyyəsini öyrənmək üçün, hər bir pasiyentdə aşağıdakı məsələlər müəyyən edilir:

– birinci cinsi əlaqənin baş verdiyi yaş və onun subyektiv qiymətləndirilməsi;

– cinsi həyatın evlənməyə qədər və evləndikdən sonra dinamikası;

– fərdi fızioloji ritmə keçməsi vaxtı, yəni yaşı;

– eksseslərin olması, sayı, yaş və təsviri;

– seksual abstinensiya dövrləri və onlara tolerantlıq;

– pollyusiyaların mövcudluğu və onların tezliyi;

– cinsi fəaliyyətə alkoqol, siqaret, psixofarmokoloji maddələr, narkotiklər, fıziki və psixi yüklənmənin təsiri;

– seksual pozğunluğun və ya xəstəliyin hiss olunan və ya görünən dinamikası.

Xəstələrdən həm də seksual aktın xarakteristikası haqqında məlumat əldə etmək üçün, aşağıdakı sualları vermək lazımdır:

– cinsi aktın əvvəlində şəxsin əhvalı-ruhiyyəsi;

– cinsi həvəsin, yəni libidonun aşkarlıq dərəcəsi; istəyin güclülüyü;

– ereksiyanın səciyyəsi, spontan və adekvat ereksiyaların mövcudluğu və təzahür dərəcəsi;

– cinsi aktın davamiyyəti, yəni sürəkliliyi;

– eyakulyasiyanın və orqazmın xarakteri və davamiyyəti;

– cinsi əlaqədən sonra əhval-ruhiyyə, özünü hissetmə;

– sonuncu cinsi aktın vaxtı, şəraiti, xüsusiyyətləri.

Seksual funksiyanın, kişi və qadın seksual formula şkalası üzrə müayinə olunması (KSF, QCF)

Qadın və kişi seksual funksiyanı səciyyələndirən bir sıra məlumatları kişi və qadın ixtisaslaşdırılmış seksual formula şkalası vasitəsilə əldə etmək mümkündür. Seksual formula şkalası aşağıdakı sualların aydınlaşdırılması əsasında qurulur:

– ərdəsiniz?

– heç vaxt ərdə olmamısınız?

İ. Menstruasiyalar

0. cinsi yollarda qanlı ifrazat heç vaxt olmamışdır;

1. cinsi yollardan qanlı ifrazat qeyri-requlyar, başqa yerlərdən isə (məsələn burundan) requlyar olmuşdur;

2. son illər ərzində menstruasiya qeyri-requlyar olmuş və ya tam kəsilmişdir;

3. menstruasiya öz requlyarlığını ancaq xoşagəlməz amillərin təsirindən, sinir-psixi təəssüratlardan, yay dövründə və ya yaşayış yerini dəyişdikdə itirir;

4. menstruasiya həmişə, hətta xoşagəlməz şəraitdə belə öz requlyarlığını saxlamışdır;

II. Cinsi fəallıq və cinsi əlaqələrə münasibət

0. cinsi akt həmişə dəfedilməz nifrət və ya ağrı törətmişdir;

1. cinsi əlaqə son vaxtlar nifrət törədir və ona görə ondan yayınmağa çalışıram;

2. cinsi akt təfavütsizdir, ona görə burada vəzifə borcu kimi və ya konfliktdən uzaq olmaq üçün, daxili oyanmasız iştirak edirəm;

3. cinsi akt məmnunluq yaradır, ancaq məmnunluq ləzzət, zövq, nəşə və həzz dərəcəsi menstrual siklin fazasından asılıdır;

4. cinsi akt həmişə, hətta menstrual sikldən asılı olmayaraq, məmnunluq və böyük ləzzət verir;

III. Uşaqlıq yolu seliyinın, yəni ifrazatının (lyübrikasiya) cinsi aktdan əvvəl xaric olması.

0. belə hal heç vaxt olmayıb;

1. həmişə olmur və menstrual siklin fazasından asılıdır; bəzən hətta uzun müddətli nəvazişlərdən sonra da olmur;

2. uzun müddətli nəvazişlərdən sonra demək olar ki, həmişə, menstrual siklin fazasından asılı olmayaraq qeyd edilir;

3. cinsi aktın daxili oyanma ilə icra olunduğu bütün hallarda vaginal ifrazat baş verir;

4. həmişə və özü də tez və çoxlu miqdarda olur; bəzən bunun üçün intim danışıq, toxunma, öpmə, qucaqlama kifayət edir;

VI. Kəskin və dərin sinir boşalması və ya orqazmın baş verməsi.

0. heç vaxt və heç bir şəraitdə orqazm olmamışdır;

1. yalnız erotik mənalı yuxularda hiss etmişəm;

2. tək-bir hallarda, özü də xüsusi cinsi çalışmalar zamanı hiss etmişəm;

3. yüngül cinsi aktların, demək olar ki, yarısında orqazm hiss edirəm;

4. orqazm 80% hallarda, bəzən eyni cinsi akt zamanı bir neçə dəfə hiss edirəm;

V. Cinsi aktdan sonra fıziki olaraq özünü hissetmə vəziyyəti.

0. cinsi orqanlarda ağırlıq hissi və ya ağrı olur;

1. tam fıziki təfavütsizlik;

2. reaksiyasız cinsi əlaqənin olması haqqında uzun çəkən hisslər;

3. cinsi oyanıqlığın boşalması və ya azalması hissi;

4. məmnunluq və yorğunluq;

VI. Cinsi əlaqədən sonra əhval-ruhiyyənin, ovqatın vəziyyəti.

0. nifrət və ya alçalma;

1. məyusluq, vəzifə borcunu yetinə yetirilməsi;

2. təfavütsizlik hissi;

3. kişiyə ləzzət və sevinc yetirmək fıkrindən məmnunluq;

4. yaratdığı məmnunluq, ləzzət, nəşəyə görə kişiyə minnətdar olmaq, qarşılıqlı seksual yaxınlıqdan əldə olunmuş sevinc hissini keçirmək;

VII. Cinsi fəallığın səviyyəsi.

0. cinsi aktlar heç vaxt olmamışdır;

1. cinsi aktların icrası ildən çox olmaqla intervallarla, ildə bir neçə dəfə, ancaq ayda bir dəfədən çox olmamaqla baş vermişdir;

2. ayda bir neçə dəfə, ancaq həftədə bir dəfədən çox olmaqla;

3. həftədə bir-iki və daha çox olmaqla;

4. hər gün bir və ya bir neçə dəfə olmaqla.

VIII. Cinsi əlaqənin sürəkliliyi, kişidə eyakulyasiyanın təzahürü.

0. spermanın intfontusa qədər və ya uşaqlıq yoluna daxil olarkən xaric olunması;

1. penisin uşaqlıq yoluna daxil edilməsindən bir neçə saniyə sonra eyakulyasiyanın baş verməsi;

2. eyakulyasiyanın heç vaxt baş verməməsi;

3. həmişə baş vermir, cinsi əlaqə uzun çəkir, cansıxıcı olur;

4. demək olar ki, 20-25 friksiyadan sonra eyakulyasiya baş verir;

5. 1-3 dəqiqədən sonra baş verir;

6.eyakulyasiyanın baş verməsi üçün xeyli vaxt (5-10 və daha çox dəqiqə) lazım olur.

IX. xarici görünüş.

0. kobud, gözə görünən defektlər;

1. az sezilən defektlər;

2. defektlərsiz adilik;

3. xoşagələn görünüş və davranış;

4. gözə görünən gözəllik.

X. Cinsi pozulmaların sürəkliyi

0. cinsi pozulma cinsi həyata başladıqdan sonra meydana çıxmışdır;

1. yarım ildən çoxdur;

2. yarım ildən azdır;

3. hazırda yoxdur, ancaq əvvəllər olmuş və keçib getmişdir;

4. cinsi həyatda çətinliyin nə olduğunu bilmirəm.

Kişi və qadın seksual formula üzrə şkalanın tərtibi zamanı alınan nəticələri rasional qiymətləndirmək üçün, cinsi aktın yerinə yetirilməsi prosesini də analiz etmək lazımdır.

Bunun üçün cinsi akt önü fazanın xarakteri və müddəti, məqbul və münasiblik diaqnozunu və onun cinsi partnyorlara uyğunluğunu, cinsi əlaqənin realizasiyası vaxtını və bütün bunların motivini aydınlaşdırmaq lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, həm də qadın və kişinin somatik, ginekoloji, sidik-cinsi, nevroloji və psixi durumlarını mükəmməl yoxlamaq lazımdır.

Cinsi konstitusiyanın müəyyən edilməsi

Pasiyentin cinsi funksiyalarının individual xüsusiyyərtlərini səciyyələndirmək üçün, cinsi konstitusiyanın müəyyən edilməsi əhəmiyyət kəsb edir. Sonuncu seksual fəaliyyətdə əsas yer tutur və vəziyyəti cinsi pozğunluqların baş verməsinə yol açır.

Cinsi konstituasiyanın müəjyən edilməsi hər kəs üçün seksual qayda və normaları səciyyələndirməyə imkan verir. Məsələn, biri üçün eksses sayılan, digəri üçün hətta hissəvi abstinensiya qiymətləndirilə bilər. Cinsi konstitusiyanın müayinəsi nəticələri, fərdin cinsi fəallığını, cinsi tələbatını və həm də patogen amillərə qarşı müqavimətini araşdırmağa imkan verir. Bunun üçün xüsusi şkalalar vardır ki, onların vasitəsilə qadın və kişinin fenotip, genotip və cinsi fəallıq əmsalları hesablanır.

Ər və arvad cütlüyünün seksual harmoniyasının tədqiqi

Seksual funksiya cütlük harmoniyasına əsaslanır və onun pozulması həmişə hər iki partnyora aid olduğu üçün, seksual dishormoniyanı aydınlaşdırmaq üçün, ər-arvad və hər iki stabil partnyor sosial, fızioloji, psixoloji və seksual müayinələrdən keçməlidir. Burada sosial-mədəni səviyyə, xarakterlərin, temperamentin, cins konstitusiyasının uyğun gəlməsi maraqların və motivlərin üst-üstə düşməsi, seksual davranış (cinsi meyllik, erotika, qarşılıqlı qəbulluluq diapazonu, cinsi aktın icrası və s), kişi və qadın seksual orqanlarının, seksual funksiyalarının müvafıqliyi nəzərdə tutulur.

Seksual harmoniya meyarları aşağıdakılardır:

– ər və arvadın və ya yaxın partnyorların əxlaq, etik və estetik baxışların uyğunluğu;

– inam və dünyagörüşlərinin adaptivliyi;

– sosial-mədəni səviyyələrinin yaxınlığı;

– seksual təzahürlər, seksual normalar haqqında xəbərdarlığı;

– ümumi seksual patologiyanı bilmələri;

– birində o birisində ikrah törədən xasiyyətin və ya halın olub-olmaması;

– ər və arvadın surət və intellektlərinin uyğunluğu;

– aralarında sevginin varlığı və ya yoxluğu;

Seksual pozğunluqların diaqnostikası

Seksual pozğunluqlarınn müxtəlif mərhələ və səviyyələrdə aşkara çıxarılması və diaqnostikası üçün, 1-7 saylı müasir anketlərdən istifadə edilir. 1 saylı anket seksual xəbərdarolma, 2-ci seksual oriyentasiya, 3 və 4-cü kişi və qadın seksual formulalar, 5-ci seksual mümkünlük diapazonu, 6-cı qadın və kişi erogen zonaları və 7-ci isə şəxsiyyətin müayinəsinə həsr olunur.

Seksual xəvərdarolma anketi (N-1) üzrə olan suallara cavab olaraq d (düzgün) və ya dd(düz deyildir) yazılır:

1. penis sünnətdən sonra öz hissiyyatini bir qədər itirir;

2. onanizm seksə marağı azaltdığından pisdir;

3. prezervativ qazanılma immunodefısit sindroma tutulmağından qoruyur;

4. vazoektamiya, yəni kişinin cərrahi sterilizasiyasi geriyə dönməzdir;

5. kişiyə, orqazmı əldə etmək üçün, yaşla əlaqədar daha çox lazımdır;

6. cinsi əlaqəni, daha doğrusu cinsi aktə kəsmək, hamiləlikdən qoruyur;

7. mayalanma menstruasiyanın medial hissəsində daha çox ehtimal olunur;

8. cinsi yollarla yoluxan xəstəliklərə, unitazda oturmaqla yoluxmaq mümkündür;

9. seksual fəaliyyətdən dayanmaq zərərlidir;

10. homoseksualistlərin çoxu vaxtaşırı qadın paltarları geyinməyi sevirlər;

11. kişi seksual aktı icra edə bilirsə, deməli o, mayalandıra (törədə) bilər;

12. partnyorda ereksiya olmur və ya itirsə, deməli onun sizinlə cinsi əlaqə fıkri yoxdur;

13. məmnunedici seks üçün birgə orqazm gərəkdir;

14. klitor, cinsi dodaqların arasında yerləşmiş zəif hissiyyatlı orqandır;

15. döşəmizdirən qadın hamilə olmur;

16. qadınların çoxu klitoru stimulyasiya və eyni zamanda aktı icra etməklə orqazma nail etmək olar;

17. idmançılar yarışdan əvvəl seksdən kənar olduqda, qüvvələrini mühafızə etmiş olurlar;

18. menstruasiya zamanı cinsi əlaqə zərərsizdir və cari gərginliyi azaldır;

19. klimakteriyanı keçib menopauzaya adlamışlar, sekslə maraqlanmırlar;

20. frigid qadını seksual gətirmək olmur.

2 saylı anket və ya seksual oriyentasiya şkalası

İnsanın, daha doğrusu kişinin seksuallığı əsasən, hetero, az hallarda homoseksual, bəzən isə bu iki müxtəlifliklərin arasında olur. Pasiyent burada tam özünə məxsus oriyentasiyanı seçir:

1. məni yalnız qadın cinsli insanlar, seksual həvəsə gətirir və mən ancaq, onlarla cinsi əlaqədə oluram (A);

2. məni əsasən qadınlar oyadır, ancaq mənim seksual fantaziyalarım hərdən kişi cinsli insanlarla əlaqədar olur (V);

3. mən qadınlarla seksə üstünlük verirəm, ancaq bəzən homoseksual görüşlərə gedirəm (C);

4. məni eyni dərəcədə qadın və kişilər oyandırır və onların hər ikisi ilə seksual məmnunluq hiss edirəm (D);

5. mən həm kişilərlə və həm də qadınlarla seks icra edirəm, ancaq mənim fıkrim kişilərdədir (E);

6. məni əsas kişilər maraqlandırır, qadınları özümə seksual partnyor hesab etmirəm (F);

məni seksual fəallığa, ancaq kişilər gətirir və

ancaq onlarladır mənim seksual işim.

3. saylı anket və ya kişinin seksual formulası

Bu anketdə kişinin cinsi əlaqələrə ehtiyacı, yəni tələbatı, cinsi aktdan əvvəl halı və ovqatı, cinsi çalışmaları, cinsi aktların tezliyi, ereksiya, cinsi aktın sürəkliyi, eyakulyasiyaların tezliyi, cinsi əlaqədən sonrakı ovqatı, cinsi həyatın müvəffəqiyyətliliyi və cinsi pozulmaların müddəti müəyyən olunur. Sözügedən anket yenidən işlənmiş, tamamlanmış və müasirləşdirilmişdir. Anket on hissədən ibarət olub, suala cavab variantları ilə təmin edilmişdir.
Pasiyent yoxlama zamanı özünə məxsus cavabı seçib qeyd etməlidir.

I. Cinsi əlaqələrə olan tələbat

Penisin gərginliyindən asılı olmayaraq, hansı tezlikdə cinsi aktın icra edilməsinə aid mütləq arzu meydana çıxır?

0.heç vaxt və ya ildə bir dəfədən çox olmayaraq;

1.ildə bir neçə dəfə;

2.ayda iki-dörd dəfə;

3.həftədə iki və ya daha çox dəfə;

4.gündə bir və ya bir neçə dəfə;

II. Cinsi əlaqədən əvvəlki ovqat

0. müvəffəqiyyətsizliyə düçar olmaq qorxusu və buna görə də cəhdsizlik;

1.güclü inamsızlıq və cəhddən yayınma;

2. bir qədər inamsızlıq, ancaq cəhddən yayınmıram, arvadıma görə və ya özümü sınamaq üçün cəhd edirəm;

3. cinsi əlaqəyə qorxusuz, həvəslə, qadına sahib durmaq üçün, ləzzət, həzz, nəşə almaq üçün girişirəm.

III. Cinsi təşəbbüskarlıq

0.cinsi əlaqədə olmaq üçün heç bir fəaliyyət göstərmirəm və ya bunun üçün bir ildən çox intervallarla çalışıram;

1.ildə bir neçə dəfə, ancaq ayda bir dəfədən çox olmamaqla çalışıram;

2.ayda bir neçə dəfə, ancaq həftədə çox olmamaqla təşəbbüs göstərirəm;

3.həftədə iki və ya çox dəfə cinsi əlaqədə oluram;

4.gündə bir və ya çox dəfə cinsi aktı icra edirəm.

IV.Cinsi aktın aparılması

heç vaxt cinsi aktı apara bilməmişəm;

çox az hallarda cinsi aktı apara bilmişəm;

çox hallarda bu işin öhtəsindən gəlmişəm;

adi şəraitdə həmişə keçirə bilmişəm;

istənilən şəraitdə və hətta uyğunsuz şəraitdə də həmişə keçirmişəm.

V.Penisin gərginlik dərəcəsi, ereksiya

0.ereksiya heç bir halda baş vermir;

1.cinsi əlaqədən kənarda ereksiya lazımi qədər olur, ancaq cinsi aktı icra etmək məqamında ereksiya zəifləyir və uşaqlıq yoluna daxil olmaq mümkün olmur;

2.ereksiyanı yerli tədbirlərlə gücləndirirəm ki, uşaqlıq yoluna daxil olum, ancaq burada ereksiya tezliklə sönür; bəzən ereksiya eyakulyasiyaya qədər bəs edir;

3.ereksiya bütün hallarda və ya hətta şəraitsiz vəziyyətdə lazımi qədər baş verir.

VI. Cinsi əlaqənin sürəkliliyi, toxumaxıtma (spermaaxıtma)

0.toxumaxıtma heç vaxt olmur;

1.toxumaxıtma hər dəfə olur və cinsi əlaqə uzun çəkir;

2.toxumaxıtma uşaqlıq yoluna daxil olana qədər və ya daxil olarkən baş verir;

3.toxumaxıtma uşaqlıq yoluna daxil olduqdan bir neçə saniyə sonra baş verir;

4.spermaaxıtma olub, 15-20 friksiya etdikdən sonra baş verir;

5.spermaaxıntı 1-2 dəqiqə ərzində cinsi əlaqəni icra etdikdən sonra baş verir;

6.spermaaxıntı cinsi əlaqənin başlanmasından 2 dəqiqədən çox olmaqla vaxt keçdikdən sonra qeyd edilir;

VII. Cinsi fəaliyyətin tezliyi, toxumaxıntının cinsi əlaqələr, gecə pollyusiyaları, onanizm və sair zamanı orta hesabla tezliyi

0.toxumaxıtma olmur və ya ildə bir dəfədən çox olmur;

1.ildə bir neçə dəfə, ancaq ayda bir dəfədən çox olmamaqla ış verir;

2. həftədə bir və ya bir neçə dəfə, ancaq həftədə bir dəfədən olmamaqla baş verir;

3. həftədə bir və ya bir neçə dəfə baş verir;

4. gündə bir və ya bir neçə dəfə baş verir.

VIII. Cinsi əlaqədən sonrakı ovqat

güclü sıxıntı, katastrofa hissi və ya qadına nifrət;
qəmginlik, ruhdan düşmə;

laqeydlik, təfavütsüzlük və ya qadının məmnunsuz qalmasından ağırlıq hissi;

məmnunluq və xoşagələn yorğunluq;

tam məmnunluq , ruh yüksəkliyi.

IX. Cinsi fəaliyyətin qiymətləndirilməsi

0.qadın mənimlə yaxın olmaq istəmir;

1.qadından danlaq, məzəmmət və ya tənə eşidirəm;

2. cinsi əlaqə dəyişkən müvəffəqiyyətlə gedir;

3. cinsi həyat yaxşı gedir;

4. qadını istənilən şəraitdə razı sala bilirəm.

X. Cinsi pozğunluğun sürəkliyi

0. cinsi həyatın əwəlində cinsi pozğunluq qeyd edilir;

1. yarım ildən çoxdur;

2. yarım ildən azdır;

3. hazırda cinsi əngəl yoxdur, ancaq əvvəllər cinsi pozğunluqlar olub;

4.cinsi həyatda çətiniiyim yoxdur.

4 saylı anket. Qadın seksual formulası

Bu formulada olan punktlardan hazırda Sizə daha çox uyğun gələni seçib, qeyd ediniz.

I. Menstruasiyalar

0,cinsi yollardan heç vaxt qanlı ifrazat olmamışdır;

1.cinsi yollardan qeyri-requlyar qanlı ifrazat olmuşdur; başqa yerlərdən isə (məsələn burundan) qanaxmalar requlyar baş vermişdir;

2.menstruasiyalar son illər ərzində qeyri-requlyar olmuşdur və ya tam kəsilmişdir;

3.menstruasiyalar xoşagəlməz şəraitin, sinir-psixi sıxıntıların təsiri altında və ya yay dövründə, yaşayış yeri dəyişiləndə yalnız qeyri-requlyar olmuşdur;

4.menstruasiyalar həmişə və hətta xoşagəlməz şəraitdə requlyar baş vermişdir.

II. Cinsi fəallığa münasibət

0. cinsi əlaqə nifrət və ya dəf olunmaz ağrı törədir;

1.cinsi əlaqə son vaxtlar nifrət yaradır, ondan yayınıram;

2.cinsi akta laqeydəm, burada vəzifə borcuma görə və ya konfliktin yaranmaması üçün iştirak edirəm;

3.cinsi akt məmnunluq yaradır, ancaq o, menstrual siklin fazasından asılıdır;

4.cinsi akt menstrual siklin fazasından asılı olmayaraq, həmişə yüksək məmnunluq yaradır, ləzzət, həzz, nəşə verir.

III. Cinsi aktın başlanğıcında uşaqlıq volunda selikli ifrazatın başlanması

sözügedən halı heç vaxt görməyib;

həmişə olmur və menstrual siklin fazasından asılı olur;

nəvaziş fonunda, menstrual siklin fazasından asılı olmayaraq, həmişə olur;

bütün hallarda olur, ancaq bunun üçün daxili oyanmanın mövcudluğu lazımdır;

hətta yüngül nəvazişlərin tez və çox olur.

IV. Kəskin və dərin sinir boşalmasının, yəni orqazmın baş verməsi

heç vaxt və heç bir şəraitdə orqazm hiss etməmişəm;

ancaq erotik məzmunlu yuxu görmələr zamanı orqazm hiss etmişəm;

bəzən, həssas və mükəmməl kişi ilə xüsusi seksual oyunlar, cinsi təsirlər və ya özüm-özümü qıcıqlandırma zamanı hərdən bir orqazm hiss etmişəm;

3. demək olar ki, bütün cinsi əlaqələrin yarısında orqazm hiss edirəm;

4. orqazm cinsi aktların 80%-dən çoxunu müşayiət edir və bəzən eyni cinsi akt zamanı bir neçə dəfə olur.

V. Cinsi aktdan sonra fıziki vəziyyət

0. cinsi orqanlarda ağrı və ya ağırlıq hissi;

1. tam fıziki laqeydlik;

2. sürəkli cinsi oyanma hissi;

3. cinsi aktın və ya əlavə nəvazişlərlə əlaqədar olaraq cinsi oyanmanın boşalması, sinir, psixi və seksual sakitləşmə;

4. məmnunluq və xoşagələn yorğunluq.

VI. Cinsi əlaqədən sonra ovqat

0. nifrət və ya alçalma hissi;

1. xoşagəlməz borcdan qurtuluş hissi;

2. tam laqeydlik hissi;

3. yerinə yetirilmiş işin və ya kişiyə verilmiş məmnunluqdan sevinc hissi;

4. məmnunluq hissi, kişiyə onun verdiyi ləzzətə görə minnətdarlıq və ya cinsi yaxınlıqdan hiss olunan birgə sevinc hissi.

VII. Cinsi fəallıq səviyyəsi, cinsi əlaqələrin baş verməsi tezliyi

0. cinsi əlaqələr heç vaxt olmamışdır;

1. ildə bir dəfədən çox olmayaraq, cinsi əlaqənin baş verməsi;

2. ildə bir neçə dəfə, ancaq ayda bir dəfədən çox olmamaqla;

3. ayda bir neçə dəfə, ancaq həftədə bir dəfədən çox olmamaqla;

4. həftədə iki və daha çox dəfə;

5. gündə bir və ya bir neçə dəfə.

VlII. Cinsi əlaqələrin sürəkliyi, kişidə, yəni ərdə və ya partnyorda toxumatılmanın, yəni eyakulyasiyanın vaxtı

0. heç vaxt olmur;

1. uşaqlıq yoluna daxil olana qədər baş verir;

2. uşaqlıq yoluna daxil olarkən baş verir;

3. uşaqlıq yoluna daxil olduqdan bir neçə dəqiqə sonra baş verir;

4. hər cinsi aktda eyakulyasiya baş vermir; cinsi akt uzun çəkir, yorucu olur;

5. uşaqlıq yolunda penisin təxminən 15-20 hərəkətindən sonra baş verir;

6. uşaqlıq yolunda penisin 1-2 dəqiqə və daha çox çəkən hərəkətlərindən sonra, eyakulyasiya baş verir.

IX. Cinsi pozğunluğun davamiyyəti

cinsi həyatın başlanğıcından;

yarım ildən çox;

yarm ildən az;

hazırda heç bir cinsi pozğunluq yoxdur;

cinsi həyatda pozğunluq, çətinliyin nə  olduğunu bilmirəm.

5 saylı anket və ya məqbul sayılan, istifadə olunan seksual variant və ssenariyalar (hər punkt üçün məmnunluq və tezliyi göstərməklə)

1. Dilin bir-birinin ağzında olmağı ilə;

2. Pettinq (cinsi orqanlara dəyməmək şərtilə və ya geyinmiş partnyora nəvazişlərin göstərilməsilə;

3. Partnyor qadının Sizə, geyinilmiş şəkildə nəvaziş göstərməsi;

4. Partnyoru çılpaq görmək;

5. Sizə çılpaq şəkildə baxılmasından məmnunluq;

6. Partnyorun çılpaq bədənini oxşamaqdan ləzzət almaq;

7. Parnyor Sizin çılpaq bədəninizi oxşadıqda ləzzət almağınız;

8. Partnyorun döşlərini öpmək və döş gilələrini sormaq;

9. Partnyorun tərəfındən Sizin döşlərinizin öpülməsi və sorulması;

10. Partnyorun cinsi orqanlarını yoxlamaq, tədqiq etmək və əlləmək;

11. Partnyor tərəfındən Sizin cinsi orqanlarınızın yoxlanılması, tədqiq edilməsi və əllənməsi;

12. Partnyorun cinsi orqanlarını öpmək və onları dillə yalamaq;

13. Partnyor tərəfındən Sizin cinsi orqanlarınızın öpülməsi və dil ilə yalanması;

14. Partnyorda əllə stimulyasiya edərək orqazmın yaradılması;

15. Partnyor   tərəfındən əllə stimulyasiya edilərək Sizin orqazma gətirilməsi;

16. Cinsi aktın kişi üstə olmaqla pozasında yerinə yetirilməsi;

17. Cinsi aktın qadın üstə olmaqla yerinə yetirilməsi;

18. Cinsi aktın, partnyorların yanüstə pozasında yerinə yetirilməsi;

19. Cinsi aktın arxa tərəfdən yerinə yetirilməsi;

20. Cinsi aktın oturaq vəziyyətdə yerinə yetirilməsi;

21. Cinsi aktın ayaqüstü yerinə yetirilməsi;

22. Partnyorun sağrılarının və anusun öpülməsi, yalanması;

23. Partnyor tərəfındən stimulyasiya ilə orqazma çatdırılması;

24. Partnyorun oral stimulyasiya ilə orqazma çatdırılması;

25. Partnyor tərəfındən oral stimulyasiya vasitəsilə Sizi orqazma gətirməsi.

Yuxarıda qeyd edilən suallara cavab belə ola bilər:

Məmnunluq

göstəricisi

İndekss

Tezlik

göstəricisi

İndeks

Çox yüksək Yüksək

Orta

Aşağı

Sıfır

4

3

2

1

0

Requlyar Tez-tez Bəzən Çox az Heç vaxt

4

3

2

1

0

6A saylı anket və ya kişinin erogen zonaları

1. Cinsi orqan və ya penis

2. Penisin başı

3. Xayalıq

4. Qarınaltı nahiyə

5. Göbək

6. Barmaqlar və toxunma hissi, lamisə

7. Döş giləsi

8. Dil və dad

9. Ağız

10. Burun və iybilmə, qoxulama

11. Göz qapaqları və görmə

12. Qulaq və eşitmə

13. Boyun

14 Kürəkarası nahiyə

15. Bel

16. Büzdün

17. Sağrılar

18. Anus

19. Budların iç sahələri

20. Budların xarici səthləri

21. Dizaltı çuxur

   22.Baldırlar

6B saylı anket və ya qadının erogen zonaları

1. Klitor

2. Uretra

3. Uşaqlıqboynu

4. Qarınaltı nahiyə

5. Göbək

6. Barmaqlar və lamisə

7. Döşlər

8. Döş giləsi

9. Dil və dad

10. Ağız

11. Burun və qoxubilmə

12. Göz qapaqları və görmə

13. Qulaqlar və eşitmə

14. Boyun

Kürəklərarası sahə

Bel

Büzdüm

Sağrılar

Arxa tağ

İntroitus

Anus

Budlar

Dizaltı və baldır nahiyələri

Ayaq və ayaq barmaqları

7A saylı və ya Ayzenkin şəxsiyyət sorğu vərəqəsi

1. Sizdə oyandırıcı, silkələyici təəssüratlara meyllik tez-tezmi olur?

2. Sizi başa düşən, dəstəkləyən və sakitləşdirə bilən dostlara ehtiyacınız tez-tezmi olur?

Siz qayğısız, laqeyd insansınız?

Sizə elə gəlmirmi ki, yox deməkdə çətinlik çəkirsiniz?

Qərardan əvvəl fıkirləşirsinizmi?

Söz verdikdə Siz onu, münasiblikdən asılı olmayaraq həmişəmi yerinə yetirirsiniz?

Sizdə əhval-ruhiyyənin yüksəlməsi və düşkünlüyü tez-tezmi olur?

Siz, adətən fikirləşmədən tez cavab verirsiniz və ya fəaliyyət göstərirsiniz?

Hər şeyi mübahisə ilə edərdinizmi?

Siz özünüzü tez-tezmi, səbəbsiz olaraq, bədbəxt hesab edirsiniz?

Xoşagələn naməlum şəxslə ünsiyyət yaratmaq istəyərkən, utanma hissi və çaşqınlıq qeyd edilirmi?

Özünüzdən çıxırsınızmı, acıqlanırsınızmı?

Dəqiqəlik    əhval-ruhiyyə ilə çox vaxtmı fəaliyyət göstərirsiniz?

Deyiləsi və olunası söz və işlərdən sonra, hansı tezlikdə narahat olursunuz?

İnsanlarla   görüşməkdənsə, kitab oxunmasına üstünlük verirsinizmi?

Tezmi inciyirsiniz?

Kompaniyalarda tez-tez olmağı sevirsinizmi?

Sizdə, başqalarından gizlətmək istədiyiniz fıkirlər olurmu?

Sizdə energiya gah çox qızğın, gah isə zəif və sönük olur?

Dostlarınızın az, ancaq Sizə yaxın olmağını istəyirsiniz?

Tez-tezmi Siz arzulayırsınız?

Sizin üstünüzə qışqırıldıqda, eyni cür cavab verirsiniz?

Təqsirkarlıq hissi Sizi tez-tezmi narahat edir?

Sizin bütün vərdişləriniz yaxşı arzu olunandırmı?

Siz öz hisslərinizi cilovlamadan kompaniyada tam şənlənirsinizmi?

Özünüzü tez oyanan və həssas hesab edirsinizmi?

Sizi gümrah və şən hesab edirlər?

Bir    vacib işi görəndən sonra, onu daha yaxşı edə biləcəyiniz haqqında tez-tezmi düşünürsünüz?

Başqaları ilə olduğu zaman, Siz çox vaxt dinmirsiniz?

Siz bəzən qeybət edir, söz gəzdirirsiniz?

Başınıza müxtəlif fıkirlərin girməsindən yata bilmədiyiniz vaxtlar olurmu?

Bilmək istədiyinizi daha çox oxumaqla və ya soruşmaqla əldə edirsiniz?

Sizdə ürək döyüntüsü olurmu?

Daimi diqqət tələb edən iş xoşunuza gəlirmi?

Sizdə əsmə tutmaları olurmu?

Yoxlama qorxusu olmadan, Siz baqajın daşınma pulunu həmişə verirsiniz?

Biri-birilə zarafat edən cəmiyyətdə özünüzü pis hiss edirsiniz?

Siz tez qıcıqlanansınız?

Tələsməyi tələb edən sürətli iş xoşunuza gəlirmi?

Xoşagəlməz hadisələrin baş verə biləcəyindən qorxursunuz?

Siz yavaş və tələsmədən addımlayırsınız?

Siz işə və ya görüşə gecikirsinizmi?

Tez-tez pis və dəhşətli yuxular görürsünüz?

Siz danışmağı çox sevirsiniz və hətta tanımadığınız adamla danışmaq imkanını əldən qoymursunuz?

Sizi hər hansı bir ağrı narahat edirmi?

İnsanlarla uzun müddət təmasdan kənar olduqda, özünüzü bədbəxt hesab edirsiniz?

Özünüzü əsəbi adam hesab edirsiniz?

Tanışlarınız arasında Sizin xoşunuza tam gəlməyən varmı?

Siz özünüzü inamlı adam hesab edirsiniz?

Siz, səhvlərinizi və şəxsi xətalarınızı eşidəndə inciyirsiniz?

Siz hesab edirsiniz ki, axşam görüşlərindən məmnun olmaq çətin işdir?

Sizi, özünüzün kimdənsə pis olmaq fıkri, narahat edirmi?

Darıxdırıcı  kompaniyada müsbət canlanma yarada bilirsinizmi?

Olurmu ki, Siz bilmədiyiniz şeylər haqqında danışırsınız?

Öz sağlamlığınızı qoruyursunuzmu?

Başqalarla zarafat etmək, onları ələ salmağı sevirsinizmi?

Yuxusuzluqdan əziyyət çəkirsinizmi?

7B saylı anket və ya Ayzenkin şəxsiyyət sorğu vərəqəsi

1. Ətrafınızda canlanma və qaçaqaç olmağı xoşunuza gəlirmi?

2 İstədiyinizi bilməmək halı tez-tezmi keçirirsiniz?

3. Hazırcavabsınızmı?

4. Səbəbsiz şən və ya qəmgin olursunuzmu?

5. Axşam görüşləri və kompaniyalarında, Siz adətə  kölgədəmi qalırsınız?

6.  Uşaqlıqda, Sizə deyilənləri və ya əmr olunanları tez və tam tabelikləmi yerinə yetirirdiniz?

7. Gic, səfeh əhvalınız olurmu?

8. Sizi mübahisə və qalmaqala cəlb edərkən, dinməməyi üstün tutursunuz?

9. Əhvalın dəyişilmələrinə asan dözürsünüz?

10.    İnsanlar arasında olmaq xoşunuza gəlirmi?

11.    Həyəcanlarınızdan tez-tezmi yuxunuzu itirirsiniz?

12.    Bəzən tərslik edirsiniz?

13.    Özünüzü laqeyd adlandıra bilərsinizmi?

14.    Yaxşı fıkirlər başınıza çox vaxt gec gəlir?

15.      Tək işləməyi sevirsiniz?

16. Ciddi səbəb olmadan, tez-tezmi özünüzü apatik, yorğun

hesab edirsiniz?

17.    Siz canlı təbiətli adamsınız?

18.    Ayıb zarafatlar Sizi güldürürmü?

19.    Olurmu ki, özünüzü cana yığılmış hesab edirsiniz?

20. Gündəlik olmayan paltarda özünüzü qıvraq hiss etmirsiniz?

21. Sözlərlə fikrinizi tez izah edə bilirsinizmi?

22. Tez-tezmi yayınırsınız?

23. Özünüzə tez-tezmi qapılırsınız?

24. Tərəddüdlərdən azadsınızmı?

25. Zarafatları xoşlayırsınızmı?

İşiniz haqqında tez-tezmi fıkirləşirsiniz?

Dadlı yeməkləri doyunca yeməyi çoxmu

sevirsiniz?

Siz qıcıqlanmış və əsəbi olanda söhbət üçün dost adama ehtiyac duyursunuzmu?

29. Pula ehtiyac olduqda nəyi satmaq və ya borc götürmək Sizin üçün çox çətindirmi?

30. Hərdən özünüzü tərifləyirsinizmi?

31. Bəzi şeylərə çox həssassınız?

Danxdırıcı axşam görüşünə

getməkdənsə, evdə qalmağınızı üstün tutardınızmı?

33. Bəzən çox narahat olursunuz, hətta özünüzə yer tapmırsınız?

34. Öz işlərinizi lazım olandan çox erkən və dəqiq planlaşdırmağınızı çox sevirsiniz?

Başgicəllənmələriniz olurmu?

Məktub və yazılara dərhal cavab

verirsiniz?

Başqalarsız öz işinizi yola verə

bilirsinizmi?

Töyşümələriniz olurmu?

Hər şeyin lazımi şəkildə olmasını

istəyənsiniz?

Əsəbləriniz Sizi narahat edirmi?

Bu gün icrası mümkün olanı sabaha

təxirə salırsınızmı?

Fəaliyyət göstərməkdən çox planlar

qurmağı sevənsiniz?

Liftdə, metroda, tuneldə darıxırsınızmı?

Tanış olarkən, adətən birinci olaraq cəhd

edirsiniz?

Güclü başağrıları Sizdə olurmu?

Hesab edirsinizmi ki, hər şey düzələcək?

Yuxuya getmək Sizə çətindirmi?

Yalan danışırsınızmı?

Ağlınıza gələni birinci olaraq

deyirsinizmi?

Baş vermiş konfliktdən sonra çoxmu

əziyyət çəkirsiniz?

Yaxın dostlardan başqa hamı ilə adətən

qapalı olursunuz?

Sizinlə tez-tez xoşagəlməzliklər olur?

Dostlarınıza şən və maraqlı mövzuları

danışmaq, zarafat xoşlayırsınızmı?

Siz udmağı, yoxsa uduzmağı sevirsiniz?

Özünüzdən yüksək vəzifəlilər arasında

özünüzü pis hiss edirsinizmi?

Vəziyyət Sizə qarşı olduqda, siz buna

baxmayaraq fikirləşirsinizmi ki, nəsə etmək lazımdır?

Vacib işin qarşısında həmişə darıxıb

həyəcan keçirirsiniz, ürəyiniz sıxılır?

Ayzenkin 7A və 7B saylı sorğu anketlərindəki sualların cavabı müsbət və ya ola bilər. Bunlar hə və yox mənasına uyğun gəlir. Onların summar nəticəsi Ayznekin 8 saylı dairəvi qiymətləndirmə şkalasına əsasın stabil, qeyri-stabil, sanqvinik, fleqmatik, xolerik, melanxolik, intra və ya ekstraversiv şəxsiyyətlər kimi müəyyən edilir. Sonuncu praktikada az istifadə olunur.

Mənbə: “Seksologiya və seksopatologiya” kitabı. Bakı. 2017-ci il nəşriyyatı


Andrologiya
Cinsi həyat
Parnoqrafiya
Erotika
Seksual akt
Ereksiya. Eyakulyasiya. Kişilərdə seksual akt
Urologiya-andrologiya
Seksologiya və seksopatologiya
Kişi və qadınların seksoloji müayinə üsulları
Seksologiya və andrologiya barədə videolar-Wikimed.az
Rauf Rzayev. Uroloq-androloq

Facebook Comments