Xroniki böyrək çatışmazlığı kitabı. Fariz Babayev. Nefroloq.


Xroniki böyrək çatişmazlığı  (XBÇ) problrminin Azərbaycan Respublikasında həlli akademik  M.C.Cavad-Zadənin faliyyəti ilə bağlıdır.
1969 –cu ildə akademikin təşəbbüsü və rəhbərliyi ilə Respublika Kliniki Uroloji xəstəxanasinda süni boyrək labarotoriyası yaradılır.

Qısa müddət ərzində 10 xəstədə hemodializ seansları aparmağa imkan verən və Amerikanın  “KİLL”firmasının süni ilə böyrək aparatları təchiz olunmuş dializ zalı təşkil edir.
Eyni zamanda XBÇ xəstələrinin konservativ müalicəsi üçün 20 çarpayılıq şöbə yaradılır.Beləliklə ,nefroloqlar XBÇ olan xəstələrinin həm müayinəsi ,həm də dispanser müşahidə və hemodializlə müalicəsi üçün geniş imkanları olan mərkəzə malik olurlar.Kəskin və xroniki böyrək çatızmazlığı olan xəsdələrdə hemodializ seansları keçirilir,turşu – qələvi tarazlığı ,elektolik balansını təyin etmək üçün ekspress labarotiya yaradılır.
Laborotiyanın təşkili ilə aparıcı alim – nefroloqlar yetişdirilir ; R.S.Malkov,M.M.Ağayev, S.İ.Əliyev, C.Ə.Zeynalov , R.Əliyev , İ.M.Həmidov , R.Ə.Məmmədov , F.H.Babayev və s .Artıq 1970-cı ildə RKUX-nın böyrək   mərkəzində 24 xəstəyə arterial –venoz  şunt implantasiya olunmüş  və 91 hemodializ seansı keçirilmişdi. Hemodializ mərkəzinin yaradılması böyrək köçürlməsinin həyata keçirilməsinin təməlini qoydu .
1971 –ci ildə akademik M.C.Cavad- Zadənin rəhbərliyi  ilə  Zaqafqaziyada ilk dəfə terminal böyrək köçürülməsi həyata keçirilir.
1972 –ci ildə artıq 4- cü müvəffəqiyyətli cərrahiyyə əməliyyatı aparılır .1983 – cü ilə qədər akademik M.C.Cavad- Zadə tərərfindən 30 – dan artıq böyrək köçürülməsi cərrahiyyə əməliyyatı aparılmışdır. Xəstələrə donor böyrəkləri ilə yanaşı , anadan oğula ,bacidan baciya da böyrək köçurulmüşdür.
Akademik  M .C.Cavadzadənin rəhbərliyi altinda mərkəzin əsas elmi istiqamətləri – xroniki böyrək çatişmazliği zamanı ürək – qan damar sisteminin vəziyyəti , tuşu –qələvi tarazlığı, böyrək və qaraciyərin fəaliyyəti , mikrosirkulyasiya , homeostaz və membran patologiyası müəyyən edilir.

Aparilan gərgin elmi tədqiqatlarlın nətıcəsi olaraq mərkəzin əməkdaşları tərərfindən 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə edilir.
Azərbaycanda xroniki hemodializ və böyrək köçürülməsi işinə görə 1974 –cü ildə akademik  M.C.Cavad –Zadə , P.S.Malkov , K.A.İsamyilov , N .İ ,Əliyev , S.N.Linyov Azərbaycan Dövlət  mükafatının , “ Xroniki böyrək çatışmazliğindan mikrosirkulyasiyanın vəziyyəti” mövzusunda elmi araşdırmalarına görə İ.M.Həmidov, C.Ə.Zeynalov və F.Əliyev 1982 – cı ildə Respublikanın Lenin Komsomolu mükafatına layiq görülmüşdür.

Xroniki uremiyalı xəstələrdə İ.M.Həmidov tərəfindən ilk dəfə olaraq elektron mikroskopiyasi , F.H.Babeyev tərərfindən nefroloji təcrübədə ilk dəfə membran patologiyasının tədqiq etmək məqsədilə nazik qatlıxromatoqrafiya metodu tətbiq olunmuş və bu yeniliklər səmərələşdirici təklif kimi qəbul edilmişdir.


Fariz Babayev – Nefroloq
Nefrologiya
Hemodializ – Dializ
Urologiya -Uroloqlar
Xroniki böyrək çatışmazlığı kitabı. Fariz Babayev. Nefroloq.
Nuru Bayramov – Transplantoloq. Professor
A-dan Z-yə Azərbaycanda orqan köçürülməsi barədə bütün suallara cavab. Nuru Bayramov.
Kimlere boyrek kocurulur ? Professordan aciqlama

 

Facebook Comments