Erotika xeyli mürəkkəb anlayışdır. İnsanın seksuallığında erotik fantaziyalar və yuxular mütləq komponentlərdir. Onlar daim normal cinsi həyatı müşayiət edir, bəzən onun çatışmazlıqlarını və ya yoxluğunu və ya qeyri-requlyarlığını əvəz edir. Onlar daim normal cinsi həyatı müşayiət edir, bəzən onun çatışmazlıqlarını və ya yoxluğunu və ya qeyri-requlyarlığını əvəz edir.
Daha fəal cinsi həyat keçirən insanlar güclü erotik qavramaya malik olur və bu onlara həyatda ümumiyyətlə və cinsi fəaliyyətdə hissəvi olaraq yaxşılığa doğru kömək edir. İnsan erotik əlamət və fəaliyyətlərə reaksiya verir, özü onları öz arzusuna görə, fantaziyalarına əsasən bacardığı kimi yaradır. Bu qabiliyyət, demək olar ki, yalnız insana məxsusdur.
Şəxsi seksuallıq və cinsi reaksiyalar haqqında bilib agah olmaq, seksual davranışı və münasibətləri nizamlayıb nəzarətə almaq üçün şərtdir. Məsələn, yeniyetmə güclü ereksiyanı mütəəssirliklə, ancaq onu başa düşənə və ya başqaları tərəfındən izah olunana qədər, sözügedən hal erotika rolunu oynamayacaqdır.
Erotik təəssürat insan seksuallığının normal və lazımi aspektidir. Ancaq, onun mənası insan cəmiyyətinin əxlaqi təməllərinə görə həmişə qəbul edilmir. Onu da bilirik ki, ədəbiyyat və incəsənət erotikaya tarix boyu diqqət yetirmişdir.
Erotika, nəslin davam etdirilməsi üçün nəcibləşdirilmiş və yüksək səviyyədə təsəvvür olunan, ruhi instinkdir. İncəsənətdə erotika insanların arasında seksual münasibətlərin ilhamlaşdırılmış təcəssümüdür. Yeri gəlmişkən qeyd edək ki, erotikadan fərqli olaraq, pornoqrafıya normadan kənara çıxır.
Mənbə: “Seksologiya və seksopatologiya” kitabı. Bakı. 2017-ci il nəşriyyatı
Andrologiya
Cinsi həyat
Parnoqrafiya
Erotika
Urologiya-andrologiya
Seksologiya və seksopatologiya
Seksologiya və andrologiya barədə videolar-Wikimed.az
Rauf Rzayev. Uroloq-androloq
Facebook Comments