“Seksologiya və seksopatologiya” (Yeni kitab). Seksologiya.

Seksologiya son zamanlar inkişaf etməyə başlamış gənc elmlərdən biri sayılır. Bu elm tədqiq etdiyi məsələlərin insanla birlikdə çox qədim vaxtlardan mövcudluğuna baxmayaraq, səhiyyə sistemində çalışan həkimlərin onun haqqında olan biliklərin səviyyəsi xeyli aşağıdır. Xəstələrin seksoloji pozqunluqları, potensiya, reproduktiv funksiya, xəstəliklər haqqında sualları çox vaxt həkimlər tərəfindən düzgün təsəvvür olunmur, onların ətrafında səhv fikirlər irəli sürülür. Hal-hazırda tibb universitetinin tədris proqramlarında, seksologiya və seksopatologiya mütləq fənlər sırasına daxil deyildir və buna görə də o, müxtəlif kafdralar və mütəxəsislər arasında pərakəndə olaraq yayılmışdır.

Tibb universitetini bitirmiş tələbələrə seksuallığın fiziologiyası və patologiyası haqqında sistemli elmi biliklər tam şəkildə verilmədiyindən, gənc həkimlər seksual pozğunluqlar və xəstəliklərə düçar olmuş şəxslərlə üz-üzə gəldikdə, diaqnostik və müalicəvi çətinliklərə yuvarlanırlar. Tələbələr və gənc həkimlər arasında aparılan sorğu materialları göstərir ki, onların səksən faizindən çoxu, seksopatologiya üzrə geniş və təşkil olunmuş təhsil tərəfdarıdırlar.

Seksologiya insanın cinsi funksiyasını sosial, psixoloji, pedoqoji və sair aspektlərdə, başqa sözlə insanın cinsi həyatını öyrənir. Seksopatologiya isə klinik tibb elminin bir sahəsi olub, cinsi pozğunluqların etiologiyası, patogenezi, gedişi, proqnozu və müalicəsi ilə məşğul olur. Seksopatologiya endokrinologiya, urologiya, ıginekologiya, nevropatologiya, psixiatriya kimi elmlərlə sıx əlaqədardır, çünki cinsi finksiyalar müvafiq fizioloji sistemlərlə müəyyən olunur.

Azərbaycan dilində ilk dəfə işıq üzü görəcək “Seksologiya və seksopatologiya” adlı bu kitabda qadın və kişi cinsi orqanlarının anatomiyası və fiziologiyası, seksoloji xəstəliklər, urogenital infeksiyalar, kopulyativ və reproduktiv funksional pozğunluqlar, cinsi funksional pozğunluqları törədən digər hallar, patologiyalar, infeksiyalar, travmalar, anomaliyalar, inkişaf çatışmaqlıqları, yenitörəmələr, hormonal disstatuslar, diaqnostik və müalicə üsulları haqqında lazımi qədər müasir məlumatlar sistem üzrə verilmişdir.

Kitab seksopatoloq, androloq, mama-ginekoloq, veneroloq kimi həkim mütəxəssislər, gənc həkimlər, rezident və tibb universitetinin yuxarı kurs tələbələri üçün nəzərdə tutulmuşdur.

Kitabın müəllifləri:
Rauf Rzayev


Andrologiya
Cinsi həyat
Parnoqrafiya
Erotika
Urologiya-andrologiya
Seksologiya və andrologiya barədə videolar-Wikimed.az
Rauf Rzayev. Uroloq-androloq

Facebook Comments