İnvaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunur. İnvaziv kardiologiya koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla geniş və əhəmiyyətli bir sahəni əhatə edir.
İndiki inkişaf mərhələsinə gəlib çatana qədər tibbin bu sahəsi böyük bir yol keçmişdir.
invaziv kardiologiya tarixi barədə Azərbaycanda çəkilmiş sənədli film
Koronar angioqrofiya bugün dünyada ən son istifadə olunan ürək damarlarının vəziyyətini göstərən müayinə sistemidir. Koronar angioqrofiyaya göstərişlər olmalıdır. Xəstə infarkt keçirmişsə və ya hərəkət əsnasında sinə nahiyəsində göynəmə, yanma, ağrı kimi stenakardiya adlandırılan şikayətlərlə həkimə müraciət ettiyi zaman koronar angioqrofiya ilə ürək damarlarının şəkilini çəkib, darlığın harada olduğu aşkara çıxarılır. Damarlarda ciddi və ciddi olmayan darlıqlar olur. Koronar damarlarda darlıqlar insan həyatı üçün təhlükə kəsb etdikdə, infarkt riski mövcud olduqda bu tıxanmış damarları açmaq üçün stent əməliyyatı tətbiq edilir.
Azerbaycanda invaziv kardiologiyanın tarixi və bu günü. saglamTV
Ürək-damar xəstəlikləri – TOP 10 Videolar
Kardiologiya – Angioqrafiya və stent icra edən kardioloqlar
Koronar Angioqrafiya. Ürək xəstəliklərinin diaqnostikası
İnvaziv kardiologiya. İntervension kardiologiya
Koronar angioqrafiya və stent
WIKI QALEREYA – Azərbaycan kardiologiya Cəmiyyəti.
Damarda darlıq 70%-dən yüksəkdirsə, xəstələr üçün təhlükəli darlıq hesab olunur. 70%-dən yükək darlıqlar xəstələrə hərəkət vaxtışikayətlər verir. Amma 70%-dən aşağı darlıqdırsa, hərəkət halında olsa belə xəstələrdə ağrılar verməz, biz bunu dərman müalicəsi ilə davam etdiririk. Konorar angioqrofiya zamanı xəstədə darlığın 70 və 70%-dən yüksək olduğunu görsək, bu artıq xəstənin gələcək həyatı üçün təhlükəli olduğunu və infakt riski olduğundan xəstəni infakt keçirmədən stend əməlliyyatı icra edirik. Stent ürəyi qidalandıran damarların invaziv yolla- açıq əməliyyat olmadan arteriyadan girərək ürək damarlarının açılması prosesidir.Stent əməliyyatı uzun illərdir tibbdə istifadə olunur və tibbin ən son yeniliyidir.
Stent vaxtında icra olunarsa xəstənin də, həyat keyfiyyəti normal olur. Stentlər dərmanlı və dərmansız olmaqla iki böyük qrupa ayrılır. Metal olaraq hər ikisi bəlli metallardan hazırlanır. Dərmanlı stendlərin üzərinə xüsusi dərmanlar hopdurulur və bu gələcəkdə restenoz riskini ciddi şəkildə azaltmış olur. Dərmansız stentlərdə isə üzərində dərman olmur.
Dərmansız stendlərin dərmanlı stentlərdən tutulma riski daha çoxdur. Dərmanlı stentlərdə təkrar tutulma riski 3-5 % olduğu halda, dərmansız stentlərdə bu risk daha yüksəkdir.
Burada önəmli olan damarın yeri və ölçüsüdür. Damarın ölsüsü və diametri nə qədər böyük, uzunluğu isə nə qədər qısa olarsa, dərmanlı və dərmansız stendlərin fərqi yoxdur. Damarın ölsüsü və diametri nə qədər böyük, uzunluğu isə nə qədər qısa olarsa stend dərmansız stend olsa belə tutulma riski azdır. Arteriya damarından girərək bu əməliyyatı icra edirik. Adətən qasıq- bud arteriyası və mil arteriyasından girərək əməliyyat icra olunur. Bunların prinsipial fərqi ondan ibarətdir ki, qol damarından icra olunması xəstələrin rahatlığı üçün əlverişlidir. Yaşlı xəstələrdə isə qanaxma riskini azaldır. Qol damarı incə olduğu üçün o risk o qədər də çox deyil.
İntervension kardiologiya, başqa sözlə invaziv kardiologiya təkcə angioqrafiya və stent müdaxiləsindən ibarət deyil.
Bəzi anadangəlmə ürək qüsurlarının (Ağciyər arteriyası qapağının darlığı, qulaqcıqlararası çəpərin defekti (ASD) Patent Duktus Arteriosuz (PDA), Aort koarktasiyası) cərrahiyyəsiz (qapalı) müalicəsi də bura daxildir.
İnvaziv kardiologiya eyni zamanda ürək ritminin problemlərində daimi pacemaker (Ürək batereyası), İCD, CRT cihazlarının implantasiyası, Aort qapağının qapalı üsulla dəyişdirilməsini də (TAVİ) əhatə edir
.Artıq Azərbaycanda xeyli sayda invaziv kardioloqlar fəaliyyət göstərməkdədir.
Angioqrafiya və stent tətbiqi ilk dəfə Mərkəzi Klinikada 2000-ci illərin əvvəllərində icra edilməyə başlanıb. Orada ilk vaxtlarda Türkiyədən gəlmiş mütəxəssislər bu əməliyyatları icra edirdi. Tükiyədə tibb təhsili alan, kardiologiyada müasir texnologiyaları mənimsəyən azərbaycanlı mütəxəssislər yetişməyə başlayınca bu işləri artıq ölkə vətəndaşları həyata keçirtməyə başladı.
Azərbaycanda angioqrafiya və stent müayinə və müalicəsini icra edən ilk yerli mütəxəssis invaziv kardioloq Abbasəli Abbasəliyevdir.
Abbasəli Abbasəliyevdən sonra Üzeyir Rəhimov, Firdovsi İbrahimov, Ülvi Mirzəyev və ardınca onlarla mütəxəssis invaziv kardioloq kimi yetişərək ölkəmizdə müxtəlif klinikalarda fəaliyyət göstərməkdədirlər.
İlk dəfə Mərkəzi Klinikada başlayan angioqrafiya və stent müdaxilələri mərkəzləri daha sonra Mərkəzi Neftçilər Xəstəxanasında, Gömrük Hospitalda, Kliniki Tibbi Mərkəzdə, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində də yarandı. Ardınca Bakının ən böyük dövlət və özəl klinikalarını və bir sıra ölkə regionlarını əhatə etdi.
İnvaziv kardiologiya nədir? İnvaziv kardiologiyanın tarixi və bu günü, keçdiyi yol, Azərbaycandakı invaziv kardioloqlar, Azərbaycanda koronar angioqrafiya və stent qoyan ilk yerli mütəxəsslər barədə 2017-ci ildə hazırlanmış İnvaziv kardiologiyanın tarixi və bu günü adlı sənədli filmdə ətraflı və mükəmməl informasiya əldə edə bilərsiniz.
İnvaziv kardioloqlar və invaziv kardiologiya
Müasir Tibbin nailiyyətlərindən biri olan İnvaziv Kardiologiya üyəyin tac damarlarında darlıqları aşkara çıxarmaq üçün aparılan Koronar Angioqrafiya və bu darlıqların aradan qaldırılması üçün icra edilən stent əməliyyatlarından ibarətdir. Koronar Angioqrafiya və stentin bütün dünyada və Azərbaycanda tarixi və bu günü, invaziv kardioloqlar, invaziv müdaxilələr barədə bütün ətraflı məlumatlar İnvaziv kardiologiya barədə sənədli filmdə əhatə olunub.
Film 2017-ci ildə hazırlanıb və Azərbaycan Kardiologiya Cəmiyyətinin qurultayında da nümayiş etdirilmişdir.
Koronar Angioqrafiya və stent müdaxiləsi, İnvaziv Kardiologiya, İnvaziv kardioloqlar barədə videolar
İnvaziv kardioloqlar
Azərbaycanda hazırda 10-larla aktiv fəaliyyət göstərən invaziv kardioloqlar koronar angioqrafiya müayinələri edir və stent əməliyyatları icra edir.
Hal-hazırda Bakıda Mərkəzi Klinikada, Mərkəzi Neftçilər Xəstəxanasında, Kliniki Tibbi Mərkəzdə, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Bakı Ürək Mərkəzində, Gömrük Hospitalda, Dövlət Təhlükəsizlik Xidməti Hospitalında, Baku Medical Centerdə, Zəfəran Hospitalda, Ege Hospitalda, Mediland Klinikasında və ölkənin digər xəstəxanalarında invaziv kardioloji müdaxilələr edilir və orada tanınmış invaziv kardioloqlar çalışır.
Angioqrafiya və stent videoları səhifəsində videolarımızla mövzuyla vizual tanış olmaq imkanınız var
Abbasəli Abbasəliyev
Üzeyir Rəhimov
Firdovsi İbrahimov
Ülvi Mirzəyev
Eyvaz Abbasov
Qalib İmanov
Şahin Xəlilov
Oktay Musayev
Mehman Ağamalıyev
Tofiq Sadıqov
Samir Mustafayev
Fərid Əliyev
Fuad Səmədov
Elnur İsayev
Saleh Hüseynov
Vuqar Zamanov
Ziya Səlimov
Rüfət Zeynalov
Rasim Məhərrəmov
Vüsal Xankişiyev
Sərdar Abdullai
Nemət Bəşirov
Vüsalə Rəhimova
Muxtar Museyibov
Turxan Yusifov
Şəfəq Nəzirova
Facebook Comments