İnvaziv kardiologiya barədə sənədli film – Angioqrafiya və stent icra edən kardioloqlar

Artıq Azərbaycanda xeyli sayda invaziv kardioloqlar fəaliyyət göstərməkdədir.
Angioqrafiya və stent tətbiqi ilk dəfə Mərkəzi Klinikada 2000-ci illərin əvvəllərində icra edilməyə başlanıb.

Azerbaycanda invaziv kardiologiyanın tarixi və bu günü. saglamTV
Ürək-damar xəstəlikləri – TOP 10 Videolar 
Kardiologiya – Angioqrafiya və stent icra edən kardioloqlar
Koronar Angioqrafiya. Ürək xəstəliklərinin diaqnostikası
İnvaziv kardiologiya. İntervension kardiologiya
Koronar angioqrafiya və stent
WIKI QALEREYA – Azərbaycan kardiologiya Cəmiyyəti. Kardioloqlar
Abbasəli Abbasəliyev – Kardioloq
Tofiq Sadıqov – Kardioloq

Orada ilk vaxtlarda Türkiyədən gəlmiş mütəxəssislər bu əməliyyatları icra edirdi. Tükiyədə tibb təhsili alan, kardiologiyada müasir texnologiyaları mənimsəyən azərbaycanlı mütəxəssislər yetişməyə başlayınca bu işləri artıq ölkə vətəndaşları həyata keçirtməyə başladı.
Azərbaycanda angioqrafiya və stent müayinə və müalicəsini icra edən ilk yerli mütəxəssis invaziv kardioloq Abbasəli Abbasəliyevdir.
Abbasəli Abbasəliyevdən sonra Üzeyir Rəhimov, Firdovsi İbrahimov, Ülvi Mirzəyev və ardınca onlarla mütəxəssis invaziv kardioloq kimi yetişərək ölkəmizdə müxtəlif klinikalarda fəaliyyət göstərməkdədirlər.
İlk dəfə Mərkəzi Klinikada başlayan angioqrafiya və stent müdaxilələri mərkəzləri daha sonra Mərkəzi Neftçilər Xəstəxanasında, Gömrük Hospitalda, Kliniki Tibbi Mərkəzdə, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində də yarandı. Ardınca Bakının ən böyük dövlət və özəl klinikalarını və bir sıra ölkə regionlarını əhatə etdi.
İnvaziv kardiologiya nədir? İnvaziv kardiologiyanın tarixi və bu günü, keçdiyi yol, Azərbaycandakı invaziv kardioloqlar, Azərbaycanda koronar angioqrafiya və stent qoyan ilk yerli mütəxəsslər barədə 2017-ci ildə hazırlanmış İnvaziv kardiologiyanın tarixi və bu günü adlı sənədli filmdə ətraflı və mükəmməl informasiya əldə edə bilərsiniz.

İnvaziv kardioloqlar və invaziv kardiologiya

Müasir Tibbin nailiyyətlərindən biri olan İnvaziv Kardiologiya üyəyin tac damarlarında darlıqları aşkara çıxarmaq üçün aparılan Koronar Angioqrafiya və bu darlıqların aradan qaldırılması üçün icra edilən stent əməliyyatlarından ibarətdir. Koronar Angioqrafiya və stentin bütün dünyada və Azərbaycanda tarixi və bu günü, invaziv kardioloqlar, invaziv müdaxilələr barədə bütün ətraflı məlumatlar İnvaziv kardiologiya barədə sənədli filmdə əhatə olunub.
Film 2017-ci ildə hazırlanıb və Azərbaycan Kardiologiya Cəmiyyətinin qurultayında da nümayiş etdirilmişdir.
Koronar Angioqrafiya və stent müdaxiləsi, İnvaziv Kardiologiya, İnvaziv kardioloqlar barədə videolar

İnvaziv kardioloqlar

Azərbaycanda hazırda 10-larla aktiv fəaliyyət göstərən invaziv kardioloqlar koronar angioqrafiya müayinələri edir və stent əməliyyatları icra edir.
Hal-hazırda Bakıda Mərkəzi Klinikada, Mərkəzi Neftçilər Xəstəxanasında, Kliniki Tibbi Mərkəzdə, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Bakı Ürək Mərkəzində, Gömrük Hospitalda, Dövlət Təhlükəsizlik Xidməti Hospitalında, Baku Medical Centerdə, Zəfəran Hospitalda, Ege Hospitalda, Mediland Klinikasında və ölkənin digər xəstəxanalarında invaziv kardioloji müdaxilələr edilir və orada tanınmış invaziv kardioloqlar çalışır.
Angioqrafiya və stent videoları səhifəsində videolarımızla mövzuyla vizual tanış olmaq imkanınız var

Bakıda aktiv fəaliyyət göstərən invaziv kardioloqlar:

Abbasəli Abbasəliyev
Firdovsi İbrahimov
Üzeyir Rəhimov
Ülvi Mirzəyev
Eyvaz Abbasov
Qalib İmanov
Şahin Xəlilov
Oktay Musayev
Mehman Ağamalıyev
Tofiq Sadıqov
Fərid Əliyev
Fuad Səmədov
Elnur İsayev
Saleh Hüseynov
Vuqar Zamanov
Ziya Səlimov
Rüfət Zeynalov
Rasim Məhərrəmov
Samir Mustafayev
Vüsal Xankişiyev
Sərdar Abdullai
Nemət Bəşirov
Vüsalə Rəhimova
Muxtar Museyibov
Turxan Yusifov
Şəfəq Nəzirova

Facebook Comments