ABBASƏLİ ABBASƏLİYEV İNVAZİV KARDİOLOQ

Abbasəli Abbasəliyev – həkim kardioloq, Azərbaycanda angioqrafiya və stent əməliyyatlarının icrasında, başqa sözlə invaziv kardiologiya üzrə ilk yerli mütəxəssis. Respublika Müalicə Diaqnostika Mərkəzinin Kadiologiya şöbəsinin müdiri, Azərbaycan Kardiologiya Cəmiyyəti idarə heyətinin üzvü, tibb elmləri namizədi. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 14.11.2016 tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

DOKTOR ABBASƏLİ ABBASƏLİYEVİN HƏYATI:
Abbasəli Abbasəliyev 1970-ci il 22 apreldə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.
Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra qardaş ölkə olan Türkiyə ilə imzalanmış müqaviləyə əsasən Türkiyədə tibb təhsilini davam etdirmişdir.
1991-1997–ci illərdə Turkiyənin İzmir şəhərində Dokuz Eylül Unversitetinin Tibb fakultəsində təhsil alıb.
1997-2001-ci illərdə İzmir Ege Universitetinin Kardiologiya Kafedrasında ixtisaslaşma keçərək, elmi işini müdafiə edib kardiologiya mütəxəssisi adını alıb.
2001-2003-cü illərdə İzmirdə xüsusi Atakalb Ürək Xəstəlikləri Xəstəxanasında işləmişdir.

A.ABBASƏLİYEVİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
2003-ci ilin aprelindən 2006-cı ilin müvafiq dövrünə qədər Bakıda Mərkəzi Klinik Xəstəxanasında kardiologiya bölməsinin müdiri vəzifəsində işləyib.
Kardioloq kimi peşə fəaliyyətinin mühüm bir hissəsi İnvaziv (İntervension) Kardiologiya ilə sıx bağlıdır. Abbasəli Abbasəliyev invaziv kardiologiyada yetişmiş ilk yerli mütəxəssisdir.

2000-ci illərdə Azərbaycanda kardiologiya bütün dünyada olduğu kimi özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin illərdə ölkəmizdə Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən koronar angioqrafiyamüayinəsi və stent qoyulması yolu ilə tıxanmış damarların açılması əməliyyatları icra olunmağa başlandı. Doktor Abbasəli Abbasəliyev Azərbaycanda belə əməliyyatları icra edən ilk yerli-azərbaycanlı mütəxəssis oldu. O 2003-cü ildən etibarən artıq Mərkəzi klinika Xəstəxanada koronar angioqrafiya və stent əməliyyatlarını həyata keçirməyə başladı.
Bəzi anadangəlmə ürək qüsurlarının (Ağciyər arteriyası qapağının darlığı, qulaqcıqlararası çəpərin defekti (ASD) Patent Duktus Arteriosuz (PDA), Aort koarktasiyası) cərrahiyyəsiz (qapalı) müalicəsi də invaziv kardiologiyaya daxildir.
İnvaziv kardiologiya eyni zamanda ürək ritminin problemlərində daimi pacemaker (Ürək batereyası), İCD, CRT cihazlarının implantasiyası, Aort qapağının qapalı üsulla dəyişdirilməsini də (TAVİ) əhatə edir

Abbasəli Abbasəliyev 2006-cı ildən 2017-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasının İntervension Kardiologiya şöbəsinin müdiri işləyib.

2017-ci ilin Mart ayından etibarən kardioloq, doktor Abbasəli Abbasəliyev Respublika Müalicə-Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzinin Kardiologiya şöbəsinin müdiridir.

Angioqrafiya və stent müdaxilələri ilə yanaşı olaraq bir kardioloq kimi Exokardioqrafiya da daxil olmaqla bütün non invaziv müdaxilələr və ürək çatışmazlığıhipertoniya, Ürəyin İşemik xəstəliyi, ateroskleroz və sairə bütün ürək xəstəliklərinin diaqnostikası və müalicəsi onun tibbdə əsas fəaliyyət sahələridir. O Azərbaycanda invaziv kardiologiyanın inkişafında rol oynayan aparıcı mütəxəssislərdən biri kimi yeni kadrların hazırlanmasında iştirak edir, beynəlxalq kardioloji konfranslarda fəal iştirak edir.

DR.ABBASƏLİ ABBASƏLİYEVİN İ YERİ:
RDM – Respublika Müalicə Diaqnostika Mərkəzi Kardiologiya şöbəsinin müdiri.
Əlaqə tel: (+994) 050-208-28-26

VİDEO – Azerbaycanda invaziv kardiologiyanın tarixi ve bu  günü. saglamTV.    İnvaziv kardioloqlar
VİDEO – Azərbaycanda Angioqrafiya və stent icra edən ilk yerli mütəxəssis
VİDEO – Stent qoyulsaydi infarkt olmazdi…..
VİDEO – Bir seansla 5 damara stent qoydular. Invaziv kardioloq Abbaseli Abbaseliyev
VİDEO – BİZİM HƏKİM VERİLİŞİ. ABBASƏLİ ABBASƏLİYEV
VİDEO – AZƏRBAYCANDA KİŞİLƏRİ XƏSTƏ OLDUQLARINA, QADINLARI İSƏ SAĞLAM OLDUĞUNA İNANDIRMAQ OLMUR. KARDİOLOQ ABBASƏLİ ABBASƏLİYEV
VİDEO – ÜRƏK XƏSTƏLİKLƏRİ ÜÇÜN RİSK FAKTORLARI HANSILARDIR? ABBASƏLİ ABBASƏLİYEV
VİDEO – KARDİOLOQ ABBASƏLİ ABBASƏLİYEV. ÜRƏK XƏSTƏLİKLƏRİNİN İLKİN SİMPTOMLARI


Azerbaycanda invaziv kardiologiyanın tarixi və bu günü. saglamTV
Ürək-damar xəstəlikləri – TOP 10 Videolar 
Kardiologiya – Angioqrafiya və stent icra edən kardioloqlar
Koronar Angioqrafiya. Ürək xəstəliklərinin diaqnostikası
İnvaziv kardiologiya. İntervension kardiologiya
Koronar angioqrafiya və stent
WIKI QALEREYA – Azərbaycan kardiologiya Cəmiyyəti. Kardioloqlar

Facebook Comments