Tural Qəlbinur

Uzman oftalmoloq-cərrah, vitreoretinal xəstəliklər və cərrahiyyəsi üzrə mütəxəssis, tibb üzrə elmlər doktoru Tural Qəlbinur Tibb elmlər doktoru,  professor, əməkdar elm xadimi, əməkdar həkim, oftalmoloq və şair Paşa Qəlbinurun 3 övladından biridir. O, 1995-ci ildə 286 nömrəli məktəbi ekstern yolu ilə bitirib. Elə həmin ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub. O, 13 yaşında universitet tələbəsi olan nadir gənclərdən biridir. Tural Qəlbinur  2001-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

TƏHSİLİ
Tural Qəlbinur 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakultəsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində, SSK Vakıf Gureba Eğitim xəstəxanasının Göz xəstəlikləri klinikasında oftalmologiya ixtisası üzrə təhsil almışdır.
2006-2008-ci illərdə Tural Qəlbinur İsrailin Yerusəlim şəhərində, Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship təhsili almışdır.
2009-2010-cu illərdə doktor Tural Kanadanın Toronto şəhərində, Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili almışdır.

KURSLAR
2000-ci il University Hospital of Zurich, Department of Ophthalmology.  Zurich, Switzerland,
2005-ci il The Lancaster Course in Ophthalmology.  MA, Waterville. USA,
2006-cı il Vitreoretinal Observership Training at Moorfields Eye Hospital. London, UK.
DAHA ƏTRAFLI
Tural Paşa oğlu Qəlbinur, Nobel mükafatı laureatı, bakılı fizik Lev Landaudan sonra 13 yaşında universitetin tələbəsi, intellektual dünyası zəngin olan nadir gənclərimizdən biridir. Tural Bakı Özəl Türk Liseyində təhsil almış və 1995-ci ildə 286 nömrəli məktəbi ekstern yolu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunmuş, 2001-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Ulu babaları İsveçrədə, Belçikada ali təhsil alan Tural Qəlbinur onların yolunu şərəflə davam etdirir. 2001-2005-ci illərdə İstanbulun SSK Vakif Gureba tədris xəstəxanasının göz xəstəlikləri kafedrasında göz xəstəlikləri ixtisası üzrə böyük təcrübə keçən gənc mütəxəssis 2006-2008-ci illərdə İsraildə, Hadassah-Hebrev Universitetinin vitreoretinal cərrahiyyə şöbəsində medikal və cərrahi vitreoretinal üst ixtisasını bitirmişdir. 2009-cu ildə isə böyük rəqabətlə Kanadanın Toronto Universitetinin göz xəstəlikləri kafedrasına qəbul edilərək, vitreoretinal cərrahiyyə üst ixtisasını davam etmiş, 2010-cu ildə universitetin məzunu olmuşdur.
Dünyanın ən gənc azərbaycanlı vitreoretinal cərrahı Tural Qəlbinurun “British Journal Ophthalmology” jurnalının son nömrəsində isə son dərəcə maraqlı elmi işi çap olunmuşdur. Oftalmoloqların diqqətini cəlb edən bu elmi iş dünyada korluğun əsas səbəblərindən biri olan yaşa bağlı makula degenerasiyası olan xəstələrin müalicə probleminə həsr olunmuşdur.
San-Fransisko şəhərində Amerika Oftalmologiya Akademiyasının konqresində gənc alimin elmi işi yüzlərlə tədqiqatın içərisində seçilən ilk orijinal əsər kimi təqdim olunmuşdur.
2004-cü ildə professor Paşa Musayevin elmi rəhbərliyi altında “Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Hazırda doktorluq dissertasiyası üzərində çalışmaqdadır. 34 yaşlı gənc alim 5 dil bilir (onların sırasında İvrit dili də var), oftalmologiyada çox sayda nadir ağır cərrahiyyə əməliyyatları həyata keçirmişdir. Tural həkim dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq elmi konfranslara dəvət olunur. Məqalələri maraqla qarşılanır. Azərbaycanda gözdibi xəstəliklərinin dərin bilicisi kimi daha çox onun adı hallanır. Tural Qəlbinur hazırda Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsi və Dobromed klinikasında fəaliyyət göstərir.
2016-cı ildən Tural Qəlbinur Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında işləyir.

Həkim-Oftalmocərrah Tural Qəlbinur:
– 2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində, SSK Vakıf Gureba Eğitim xəstəxanasının Göz xəstəlikləri klinikasında oftalmologiya ixtisası üzrə;
– 2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində, Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship təhsili;
– 2009-2010-cu illərdə Tural QƏLBİNUR Kanadanın Toronto şəhərində, Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili almışdır.
Uzm. Dr. Tural Qəlbinur (MD, PhD) Türkiyənin İstanbul şəhərində, SSK Vakıf Gureba xəstəxanasında göz xəstəlikləri ixtisasını bitirdikdən sonra uzun illər İsrailin Yeruselim şəhərində dünyanın ən prestijli Tibb Universitetlərindən biri olan Hadassah-Hebrew Universiteti Tibb Mərkəzinin Göz xəstəlikləri kafedrasında və buranı bitirdikdən sonra Kanadanın Toronto Universitetinin Göz xəstəlikləri institutunda fəaliyyət göstərmişdir.

İCRA ETDİYİ PROSEDURLAR:
Göz dibi xəstəlikləri müalicəsi və cərrahiyyəsi üzrə təcrübəli mütəxəssis həkim-oftalmocərrah Tural Qəlbinur aşağıdakı tibbi və cərrahi proseduraları tətbiq etməkdədir:
– Şəkərli diabet xəstəliyi göz dibi patologiyalarında lazer cərrahiyyəsi
– Torlu qişa yırtıqlarında lazer cərrahiyyəsi
– Torlu qişa qopmalarında vitrektomiya (PPV) əməliyyatı
– Katarakt cərrahiyyəsi (fakoemulsifikasiya)
– Ön seqment-Refraktiv cərrahiyyə (LASİK, PRK)
– Göz dibi patologiyalarında göz daxili inyeksiyalar (Avastin/ Eylea/ Lucentis/ Kenalog)
– Çəp gözlük əməliyyatı

ASSOSİASİYALARDA ÜZVLÜK
Azərbaycan Oftalmologiya Cəmiyyəti
AAO (American Academy of Ophthalmology)
ARVO (The Association for Research in Vision and Ophthalmology)
EURORETINA (European Retina Society)
ISVER (Israel Society for Vision & Eye Research)
TCOD (Ophthalmology Society of Turkish Speaking Countries)

DOKTOR TURAL QƏLBİNURLA
ƏLAQƏ TELEFONU: 050-310-11-55

PAŞA QƏLBİNUR – TURAL QƏLBİNURUN ATASI
TURAL QƏLBİNURUN ŞƏXSİ FACEBOOK SƏHİFƏSİ
DOKTOR TURAL QƏLBİNURUN ŞƏXSİ İNSTAGRAM SƏHİFƏSİ
Məşhurların övladları: Paşa Qəlbinurun həkim oğlu – FOTOLAR
Caspian Eyes – Tural Qəlbinur
«Я первый врач, который…» ИНТЕРВЬЮ С ИЗВЕСТНЫМ ОФТАЛЬМОЛОГОМ


VİDEO – Tural Qəlbinur – Torlu Qişa Xəstəlikləri (Bizim Həkim verilişi)
VİDEO – Tural Qəlbinur – Torlu qişa qopmaları və cərrahiyyəsi
VİDEO – Oftalmoloq Dr. Tural Qəlbinur – Torlu qişa qopmaları / ARB TV
VİDEO – Tural Qəlbinur – Şəkərli diabet zamanı gözlər
VİDEO – Tural Qəlbinur – Görmə qüsurları və onların müalicəsi
VİDEO – Tural Qəlbinur – ROP müayinə haqqında
VİDEO – “Bizim həkim” verilişi -Tural Qəlbinur
VİDEO – Dr. Tural Qəlbinurun “Xəzər TV”- də çıxışı
VİDEO – Bir Xəstənin Tarixçəsi verilişi. 37-ci veriliş
VİDEO – Phaco cataract surgery Tural Galbinur
VİDEO – Bir Xəstənin Tarixçəsi – 38-ci veriliş
VİDEO – Torlu qişa qopması – Sosial Çarx
VİDEO – Tural Qəlbinurun ROP xəstəliyi barədə ATV kanalına müsahibəsi
VİDEO – Dr. Tural Qəlbinurun “Xəzər TV”-də çıxışı
VİDEO – Diaqnoz – Bir Xəstənin Tarixçəsi/13-cü veriliş (21.12.2013)
VİDEO – Tural Qəlbinur – Körpədə ROP aşkarlanarsa
VİDEO – Tural Qəlbinurun “Həkimsən” verilişində ROP xəstəliyi barədə çıxışı
VİDEO – Öz aramizda verilişi. Doktor Tural Qelbinur
VİDEO – Göz dibi xestelikleri Op Dr Tural Qelbinur Oftalmoloq cerrah
VİDEO – Dr. Tural Qəlbinurun və Dr. Azər Əkbərovun “Xəzər TV”-də çıxışı
VİDEO – Bir Xəstənin Tarixçəsi / 25-ci veriliş (22.03.14)


 

Facebook Comments