ƏBÜLFƏT HƏMİDOV TRAVMATOLOQ-ORTOPED, HƏRBİ HƏKİM


Əbülfət Həmidov 1959-cu il mayın 3-də Lerik rayonunun Çayrud kəndində, respublikanın meşə təsərrüfatı sahəsində ali təhsilli mütəxəssis kimi tanınan Gülhəsən kişinin ailəsində dünyaya göz açıb. Uşaq yaşlarında anası Fəri xanımın tez-tez xəstələndiyini görən və daxilən buna çox narahat olan Əbülfət həkim olacağını qərarlaşdırır və orta məktəbi bitirən kimi bu istəyinin ünvanına yola çıxır.
Əvvəlcə Bakı şəhər tibb texnikumuna daxil olur. Orta ixtisas təhsilini uğurla başa vurandan sonra iki illik hərbi xidmətə yollanır. Hərbi xidmətdən dərhal sonra yüksək ixtisaslı həkim olmaq arzusunu həyata keçirmək üçün Rusiya Federasiyasının Qırmızı Əmək Bayrağı Ordenli Novosibirsk Dövlət Tibb İnstitutuna daxil olur.
Elmi biliklərin dərinliklərinə baş vurduqca həkimlik peşəsinin məsuliyyətini daha dərindən dərk edən Əbülfət Həmidov özünün bütün vaxtını fundamental tibbi biliklərin öyrənilməsinə sərf edib.

DR. ƏBÜLFƏT HƏMİDOVUN TƏHSİLİ VƏ TƏKMİLLƏŞDİRMƏ KURSLARI:
1982-88 –ci illər Qırmızı Əmək Bayraqlı Novosibirsk Dövlət Tibb İnstitututu.
1988-90 – ci illər Kurqan şəhəri Q.A.İlyarov adına elmi tətqiqat və kliniki Travmatologiya və Ortopediya İnstitutunda kliniki ordinatura.
1988-ci ildə institutda təhsilini uğurla başa vurduqdan sonra Əbülfət elə həmin il Rusiyanın Kurqan şəhərində Q. İlizarov adına Ortopediya və Travmatologiya Elmi-Tədqiqat İnstitutunda həkimlik fəaliyyətinə başlamaqla yanaşı, iki illik kliniki ordinatura təhsili alır.
Azərbaycanlı tələbə elə ilk gündən, xarici mətbuatın “ortopediyanın Mikelancelosu” adlandırdığı, Azərbaycanın Qusar rayonunda böyümüş yəhudi əsilli akademik Qavril Abramoviç İlizarovun travmatologiya və ortopediyada inqilabi sıçrayışa səbəb olan müalicə metodlarını son dərəcə böyük həvəslə öyrənməyə başlayır.
HAŞİYƏ : Birinci Qarabağ müharibəsi zamanı bir çox azərbaycanlı kimi Vətəninə dönmüş və sonra da hərbi həkim kimi xalqının, ordumuzun xidmətində durmaqda davam etmişdir.
.Birinci Qarabağ müharibəsi başlayanda Əbülfət  Həmidov Azərbaycanda baş verənlərdən və xalqımıza qarşı olan ədalətsizliklərdən çox hiddətlənir.
Yüksək təhsil almağa gəlsə də, bəzən özünün bu müharibədən kənarda qalmasına heç cür haqq qazandıra bilmir.
Elə bu səbəbdən də o, 1992-ci ildə yay tətilinə çıxanda tələbə yoldaşı, həkim Ələkbər Həmidovla yolunu Bakıdakı hərbi hospitaldan salır. Buradakı vəziyyət ölkədən kənarda təhsil alan bu iki azərbaycanlı gənci çox mütəəssir edir. Hər ikisi tətili hərbi həkim-cərrah mütəxəssislərə böyük ehtiyacı olan hospitalda keçirir. Bununla kifayətlənməyən tələbə həkimlər növbəti ildə də istirahətə ayrılmış tətillərini bu hospitalda işləməyə həsr edirlər. Hətta 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə yeni formalaşmağa başlayan milli ordumuzun əsgərləri arasında yaralılar çox olduğu üçün Əbülfətin təklifi ilə onun təhsil aldığı Kurqan ETTOİ-dən həkim briqadası dəvət edilir. Bu iki tətildə Azərbaycanın hərbi səhiyyəsindəki boşluqları aydın görən Əbülfət qəti qərara gəlir ki, mütləq hərbi həkim olaraq Vətənə dönməli, bilik və bacarığını bu sahənin inkişafına, əsgərlərimizin sağlamlığının qorunmasına həsr etməlidir.
O, ordinatura təhsilini başa vuranda, artıq bütün dünyada məşhur olan Rusiyanın bu ali tibb müəssisəsində çox ümidverici mütəxəssis kimi alimlərin diqqətini çəkir.
1999 –cu və 2003 –cü illərdə Türkiyə Respublikası Gülhanə əsgəri tibb akademiyasında “Travmatologiya və Ortopediya” , “Artroskopiya və Artroplastika” üzrə təkmilləşdirmə kurslarında iştirak edib.

DOKTOR ƏBÜLFƏT HƏMİDOVUN ƏMƏK FƏALİYYƏTİ:
Novosibirsk şəhəri 1 saylı kliniki xəsdəxanada ortoped .Kurqan şəhəri Q.A.İliyarov adına ETT və Oİ – də ortoped .
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında ortopediya şöbə müdiri, MN –nin baş Travmatoloqu
dr.əbülfət həmidov eyni zamanda Modern Hospital travmatoloq-ortoped kimi fəaliyyət göstərir….
Doktor Əbülfət Həmidov Hərbi Cərrahiyyə kitabında amputasiya və reamputasiyalara göstərişlər elmi məqaləsinin müəllifidir.
Azərbaycan Travmatologiya və Ortopediya cəmiyyətinin üzvüdür.

2-Cİ QARABAĞ MÜHARİBƏSİNDƏ DR. ƏBÜLFƏT HƏMİDOVUN FƏALİYYƏTİ:
Müharibə nə qədər qanlı-qadalı olsa da, bizim xalqımız üçün bir haqq savaşı idi.
Bu müqəddəs döyüşdən heç kim kənarda qala bilməzdi.
Vətən müharibəsində qazandığımız qələbədə həkimlərimizin də payı var.
Bildiyiniz kimi 4 şəhid hərbi həkimimiz var.
Vətən müharibəsinin bütün iştirakçıları qarşısında baş əyirik.
Doktor Əbülfət Həmidov da məhs həmin qəhrəman, fədakar həkimlərimizdən biridir.
Vətən müharibəsində xüsusi əməyi olan könüllü həkimlər arasında onun adı xüsusi olaraq çəkilir.
2 -ci Qarabağ müharibəsi başlayan gündən Əbülfət həkim könüllü olaraq cəbhə xəttinə gedir və döyüşlərdə yaralanan 300-dən çox əsgərimizi əməliyyat edib. Ən əsas məsələ isə bundan ibarətdir ki, tanınmış həkim ən pis hallarda belə əsgərlərin əl və ayağını amputasiya etməmişdir. Məlumdur ki, müharibə şəraitində, döyüş əməliyyatlarının aparıldığı ərazidə, səhra hospitallarında müvafiq avadanlıqların quraşdırılmasının mümkünsüz olduğundan, çox vaxt həkimlər sonrakı ağırlaşma risklərini nəzərə alaraq amputasiyalara üstünlük verirlər. Əbülfət həkim isə bütün bu riskləri gözünə alaraq hər bir xəstəsinin müalicəsində şəraitsizlikdə belə müəyyən yollarla amputasiyadan qaçmışdır.
Müharibənin əvvəlindən axırınadən Ağcabədi Hərbi Hospitalında gecə-gündüz yaralılarımıza peşəkar tibbi yardım göstərmiş,  onları düzgün müalicə edərək sağalmalarında bilavasitə iştirak etmişdir.
Əbülfət doktorun cərrahi müdaxiləsindən sonra həyata qayıdan, bu gün ayaqda qalan, qolları salamat qalan yaralı əsgər və zabitlərimiz onlarla, yüzlərlədir.
Onların çoxu hospitaldan ayrılandan sonra da öz xilaskar həkimlərini unutmurlar. Müalicə aldıqları vaxtlarda Əbülfət doktorun əlaqə nömrələrini yaddaş kitablarına ən əziz adamlarının nömrəsi kimi qeyd edir və onunla müntəzəm əlaqə saxlayır, müalicələrini davam etdirmək üçün məsləhətlər alırlar. Doktor deyir ki, Bakıya qayıdandan, hətta müharibə zəfərlə başa çatandan sonra belə , əməliyyat etdiyi 27 qazini özünün çalışdığı “Modern” hospitala köçürərək, orada müalicələrini davam etdirib. Onların arasında elələri var ki, müalicəsi başa çatmayıb və onların üzərində rekonstruktiv bərpa cərrahi əməliyyatlar aparmağa ehtiyac var. Elə yaralı qazilərimiz olub ki, onların üzərində 3, hətta 4 dəfə rekonstruktiv bərpa əməliyyatı aparıb.
Yeri gəlmişkən, bu müharibənin ağrı-acısı Əbülfət Həmidovun ailəsindən də yan keçməyib. Döyüşlərin ən qızğın vaxtında, oktyabrın 7-də Əbülfət üzücü xəbər alır. İlk günlərdən milli ordu hissələrimizin ön sıralarında olan qardaşı oğlu əsgər Cavanşir Həmidov Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olur. Yüzlərlə əsgərin xilaskarı olan hərbi həkim həmin gün özünü Cavanşiri xilas etməyə çatdıra bilmir. Çünki həmin anlarda o, neçə-neçə əsgərimizin həyatını xilas etmək üçün çarpışırdı.

44 günlük 2-ci Qarabağ müharibəsində doktor Əbülfət Həmidovun aktiv fəaliyyti haqda bir sıra sənədli filmlər çəkilmişdir.

DOKTOR ƏBÜLFƏT HƏMİDOVLA ƏLAQƏ:
AZ1119, Babək prospekti 85K, Bakı / Azərbaycan
Tel: (+99412) 570 03 03
(+99412) 570 20 20
(+99412) 949
(+99450) 427 03 03
+994 55 771 64 59


XƏBƏR LENTİ – QƏHRƏMANLIQ TARİXİ YAZAN HƏRBİ HƏKİM – DR. ƏBÜLFƏT HƏMİDOV
XƏBƏR LENTİ – Yaralı hərbçilərin həyatını xilas edən ata və oğul – VİDEO
XƏBƏR LENTİ – Qəhrəmanlarımızı tanıyaq: Əbülfət Həmidov
XƏBƏR LENTİ – Polkovnik Əbülfət Həmidovun sözlərinə görə, Qavriil İlizarov o qədər savadlı idi ki, onun dediyi hər kəlməni tələbələri qızıl kimi qəbul edirdilər…..
XƏBƏR LENTİ – Dünyalarca məşhur akademik Qavril İlizarovun yetirməsi, ehtiyatda olan hərbi həkim polkovnik Əbülfət Həmidov İkinci Qarabağ müharibəsinin 35 günündə 300-dən çox ağır yaralı əsgərimizi xilas edib. 
FACEBOOK VİDEO – 42 illik həkimlik fəaliyyətinin 22 ilini hərbi həkim olaraq çalışan Müdafiə Nazirliyinin baş travmatoloqu Əbülfət Həmidov: “Bomba düşəcəksə, qoy mənim üstümə də düşsün, mən həkiməm, mən heç yerə getməyəcəyəm”
YOUTUBE VİDEO – İlizarov metodu ilə travmatoloji zədələnmələrin müalicəsi – Dr. Əbülfət Həmidov
YOUTUBE VİDEO – HƏKİMSƏN VERİLİŞİ. ATV KANALI. Qəhrəmanlıq tarixi yazan hərbi həkim – Polkovnik,Travmatoloq-Ortoped Əbülfət Həmidov-13.04.2022
YOUTUBE VİDEO – DR. ƏBÜLFƏT HƏMİDOV: AĞCABƏDİDƏ VƏ GƏNCƏDƏ MÜALİCƏ ETDİYİMİZ ƏSGƏRLƏRDƏN 1 NƏFƏR DƏ OLSUN AMPUTASİYA OLUNMADI
YOUTUBE VİDEO – 300 HƏRBÇİMİZİ AMPUTASİYADAN XİLAS EDƏN HƏKİM – DR.Ə. HƏMİDOV
YOUTUBE VİDEO – 300 hərbçimizi amputasiyadan xilas edən həkim Əbülfət Həmidov | “Belə-belə işlər” 04.12.2021
YOUTUBE VİDEO – Ağır Travmatoloji xəsarətlərdə tətbiq olunan İlizarov üsulu – MODERN HOSPİTALIN HƏKİMİ DOKTOR ƏBÜLFƏT HƏMİDOV – HƏKİMSƏN verilişi. ATV KANALI. 
YOUTUBE VİDEO – Yaralı hərbçilərin həyatını xilas edən, Lerik rayonunun Çayrud kəndindən olan travmatoloq-ortoped Əbülfət Həmidov və oğlu ürək-damar cərrahı Anar Həmidov Reporta müsahibə verib

Facebook Comments