2023-CÜ İLDƏ İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ İDARƏ HEYƏTİNİN SƏDRİ ZAUR ƏLİYEV 2023-CÜ İLLƏ BAĞLI HESABAT VERDİ

 KONKRET FAKTLARDAN İBARƏT ÖZƏT:
Ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb
Bu il 358 772 əməliyyat və prosedur icra olunub
Ən çox icra olunan əməliyyatlar: ginekoloji, gözdə və ürək-damar sistemində aparılanlar olub.
İcbari tibbi sığorta ilə bağlı ötən il 111 tibb müəssisəsi ilə müqavilə bağlamışdıqsa, bu il daha 42 müəssisə ilə müqavilə bağlayaraq, sayı 152-yə çatdırılıb
Hazırda müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, 19 rayon da var. Sözügedən tibb müəssisələrinin 80%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 20%-i isə regionların payına düşür.
Biz icbari tibbi sğortanın tətbiqinə başlayanda 1829 tibbi xidmətlə başlanılmışdı
Bu il Xidmətlər Zərfindəki xidmət sayını 81% artıraraq 3315-ə çatdırılıb.
Sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınmışdır.
280 tibb müəssisəsində daxili internet şəbəkəsi qurulub, 180 tibb müəssisəsində fiber optik internet xətti çəkilib, 9800 kompüter dəsti quraşdırılıb, 5500 çap və şəbəkə avadanlığı quraşdırılıb.
Agentlik tərəfindən 2022-2023-cü illər ərzində 54 milyon manatdan çox məbləğdə avadanlıq alınmışdır.
İcbari tibbi sığortadan əvvəl (2019-cu il) 45 milyon manat, icbari tibbi sığortadan sonra 2023-cü ilin 11 ayı ərzində 120 milyon manatdan çox məbləğdə dərman/tibbi sərf alınıb.

2023-CÜ İLDƏ İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ İDARƏ HEYƏTİNİN SƏDRİ ZAUR ƏLİYEV 2023-CÜ İLLƏ BAĞLI MƏTBUAT KONFRANSINDA JURNALİSTLƏRƏ AÇIQLADIĞI ƏTRAFLI MƏLUMAT:

2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb.
Dekabrın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransı keçirib.
Z.Əliyev bildirib ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinin 3-cü ilinə yaxınlaşırıq. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə Agentlik tərəfindən davamlı tədbirlər görülür.
Göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə vətəndaşların sığortadan istifadəsi artan xəttlə davam edir. Ötən illə nisbətdə xidmət sayında bu ilin 10 ayı ərzində 30% artım müşahidə olunub. (ambulator tibbi xidmət – 87% , stasionar tibbi xidmət – 13%)
1 pasiyentə düşən xidmət sayında və 1 pasiyentə düşən müraciət sayında müvafiq olaraq 1.5 və 1.1 dəfə artım olub.
Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə gəlir ki, bu da həkim baxışı, qəbuludur. Daha sonra endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri və qan dövranı sistemi xəstəlikləri.
Cari ildə göstərilən tibbi xidmətlərin 59%-i regionların payına düşüb.
Bu ilin yanvar-oktyabr aylarında 4,5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. İlin sonuna pasiyent sayının daha da artacağı məlum məsələdir.

Dövlət tibb müəssisələrində sığortadan istifadə
İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə cərrahi müalicəsi qarşılanır.
Dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayında illər üzrə artımı müşahidə edirsiniz. Nəzərə alınmalıdır ki, 2023-cü il üzrə göstərici noyabr ayınadək olan statistikadır. Belə ki, bu il 358 772 əməliyyat və prosedur icra olunub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
Əməliyyatların 74%-i planlı əməliyyatların payına düşüb.
Ən çox icra olunan əməliyyatlar: ginekoloji, gözdə və ürək-damar sistemində aparılanlar olub. Əməliyyatların ən çox icra edildiyi tibb müəssisələri sırasında ilk yerdə Kliniki Tibbi Mərkəz dayanır.
Göstəricilər onu bildirir ki, vətəndaşlara lazım olan əməliyyatların dövlət xəstəxanalarında icrası görülən tədbirlər nəticəsində mümkün olur. Biz buna çalışırıq.

Özəl tibb müəssisələrində sığortadan istifadə
Dövlət xəstəxanalarında vətəndaşların xidmətlərə əlçatanlığı ilə bağlı aparılan işlərlə yanaşı, özəl tibb müəssisələrində də sığortadan istifadəni genişləndiririk.
Ötən il 111 tibb müəssisəsi ilə müqavilə bağlamışdıqsa, bu il daha 42 müəssisə ilə müqavilə bağlayaraq, sayı 152-yə çatdırmışıq.
Biz bunu təkcə iri şəhərlərdə deyil, vətəndaşların xəstəxanalara daha yaxın olmasını, vaxtında xidmətə cəlb edilməsini təmin etmək üçün rayonlarda da tətbiq etdik.
Hazırda müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, 19 rayon da var. Sözügedən tibb müəssisələrinin 80%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 20%-i isə regionların payına düşür.
Göstəricilərdən göründüyü kimi 2022-ci illə müqayisədə 2023-cü ildə özəl tibb müəssisəsinə verilən göndəriş sayında 17% artım olub. Göndərişlərin 94%-i planlı göndərişlərin payına düşüb.

Göndəriş qaydasına dəyişiklik
Agentlik tərəfindən vətəndaşlara göndərişlərin verilməsi qaydasında dəyişiklik edilib. Əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir.
• Müqayisə: Məsələn, əvvəlki qaydaya görə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən (məsələn, Mingəçevir) həmin xidməti göstərmək imkanına malik olan dövlət tibb müəssisəsinə göndərilirdi.
• Hazırkı qaydaya görə isə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-in ərazisində yerləşən (pasiyentin seçiminə əsasən məsələn, Şəkidəki) Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə xidmətdən yararlanması üçün göndəriş verilir.
• Yəni əvvəlki qaydadan əsas fərqi və üstünlüyü ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxanasında göstərmək mümkün deyilsə, vətəndaşa seçim hüququ verilir. Belə ki, ya vətəndaş TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini seçir, yaxud da özünün aid olduğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir.
• Digər yenilik ondan ibarətdir ki, vətəndaş seçdiyi digər TƏB-dəki dövlət tibb müəssisəsində (məsələn, Mingəçevirdə) xidmətdən yararlana bilmirsə (tibbi avadanlığın işlək vəziyyətdə olmaması, müalicə həkiminin işdə olmaması, fors-major hallar və s.) bu zaman müalicə həkimi tərəfindən həmin TƏB-in ərazisində yerləşən Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndərilir (yəni vətəndaş yenidən öz yaşadığı əraziyə qayıtmadan xidmətdən yararlanır).
• Qeyd edək ki, ümumilikdə 14 TƏB var. TƏB TƏBİB-in tabeliyinə verilən dövlət tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır. Bir TƏB-ə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib. TƏB-in inzibati ərazi vahidləri üzrə bölgüsü əhalinin sayı, coğrafi ərazi, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla formalaşdırılıb.
Tibbi Ərazi Bölməsinə (TƏB) aid nümunə: Şəki-Zaqatala TƏB-inə aiddir: Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ.

Özəl tibb müəssisələrində icra olunan əməliyyat
Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində icra olunan əməliyyatların dəyəri Agentlik tərəfindən həmin tibb müəssisəsinə ödənilir. 2022-ci ildə 90 milyon manatdan çox vəsait ödənilmişdisə, bu il 2 dəfədən çox artaraq ödəniş 211 milyon manat (bu ilin yanvar-noyabr ayları daxil olmaqla) təşkil etmişdir.
Bu o deməkdir ki, vətəndaşların dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan xidməti müqaviləli tibb müəssisəsində alması təmin edilib. Bu xidmətə əlçatanlığın göstəricisidir.
Özəldə ən çox icra olunan əməliyyat və prosedurlar: ürək-damar və oftalmoloji əməliyyatlar, invaziv radioloji xidmətlər olub.

Xidmətlər Zərfi çərçivəsində qarşılanan tibbi xidmətlər
Biz icbari tibbi sğortanın tətbiqinə başlayanda 1829 tibbi xidmətlə başlamışdıq. Bu il Xidmətlər Zərfindəki xidmət sayını 81% artıraraq 3315-ə çatdırmışıq.
Yeni əlavə edilən xidmətlərin sırasında gələn transplantasiya əməliyyatları (böyrək, qaraciyər, sümük iliyi – 150, 100, 20) limitli şəkildə qarşılanır. Bu günədək İTS çərçivəsində 23 sayda transplantasiya əməliyyatı icra olunub.

Xidmətlər Zərfi çərçivəsində qarşılanan tibbi xidmətlər
Biz icbari tibbi sğortanın tətbiqinə başlayanda 1829 tibbi xidmətlə başlamışdıq. Bu il Xidmətlər Zərfindəki xidmət sayını 81% artıraraq 3315-ə çatdırmışıq.
Yeni əlavə edilən xidmətlərin sırasında gələn transplantasiya əməliyyatları (böyrək, qaraciyər, sümük iliyi – 150, 100, 20) limitli şəkildə qarşılanır. Bu günədək İTS çərçivəsində 23 sayda transplantasiya əməliyyatı icra olunub.

Xidmətlər Zərfinin təkmilləşdirilməsi üzərində işlənilir
Biz çox istərdik ki, vətəndaşlarımızın sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlər, o cümlədən ambulator şəraitdə dərman təminatı Xidmətlər Zərfinə daxil olsun. Bunun üzərində də çalışırıq.
Mərhələləli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq.
İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub.
Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur.
Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək.

Təcili tibbi yardım avtomobilləri ilə təminat
Agentliyin məqsədi sığorta çərçivəsində qarşılanan tibbi xidmətləri əhali üçün əlçatan etməkdir. Agentlik tərəfindən görülən bütün tədbirlər vətəndaşlara vaxtında, keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Bu səbəbdən də Agentlik xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək göstərir.
Sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınmışdır. İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir.

İT infrastrukturunun qurulması
İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün əsas məsələlərdən biri də müəssisələrin elektronlaşdırılması, vahid bir məlumat bazasının yaradılmasıdır. İcbari tibbi sığortanın tətbiqindən sonra maddi-texniki bazanın qurulmasında əhəmiyyətli işlər görülüb. 280 tibb müəssisəsində daxili internet şəbəkəsi qurulub, 180 tibb müəssisəsində fiber optik internet xətti çəkilib, 9800 kompüter dəsti quraşdırılıb, 5500 çap və şəbəkə avadanlığı quraşdırılıb.
Hazırda tibb müəssisələrinə müraciət edən vətəndaşların aldıqları bütün tibbi xidmətlərin qeydiyyatı elektron formada aparılır (səhiyyə sistemində vahid elektronlaşdırılma aparılıb, xəstəxanaların idarəolunması sistemi qurulub, «e-Tabib» mobil tətbiqi yaradılıb, tibbi sığorta portalı (tibbi xidmətlərin ekspertizası və s.) qurulub).

Maddi-texniki bazanın təkmilləşdirilməsi
Keyfiyyətli tibbi xidmətin əsasında maddi-texniki bazanın mövcudluğu dayanır. İnstrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün Agentlik tərəfindən 2022-2023-cü illər ərzində 54 milyon manatdan çox məbləğdə avadanlıq alınmışdır.
İcbari tibbi sığortadan əvvəl (2019-cu il) 45 milyon manat, icbari tibbi sığortadan sonra 2023-cü ilin 11 ayı ərzində 120 milyon manatdan çox məbləğdə dərman/tibbi sərf alınıb.
Müasir tibbi avadanlıqların sayının artmasına göstərdiyimiz dəstək vətəndaşların sağlamlığının qorunmasına, vaxtında müayinə və müalicəyə cəlb edilməsinə yönəlib.
Vətəndaşların icbari tibbi sığorta çərçivəsində yaşadıqları yer üzrə fəaliyyət göstərən dövlət tibb müəssisəsində tibbi xidmət almalarına imkan yaradır.
Avadanlıqlar müayinə zamanı yüksək keyfiyyətli görüntü əldə etməyə, xəstəliklərin dəqiq diaqnozunun təyininə, vaxtında aşkarlanmasına imkan verir. Avadanlıqlar əvəllər icrası mümkün olmayan xidmətləri dövlət tibb müəssisələrində mümkün edəcək. Qapalı və açıq cərrahi əməliyyatların icrasını asanlaşdıracaq. Sümük iliyi transplantasiyası əməliyyatının icra ediləcəyi dövlət tibb müəssisələrinin sayı artacaq.

İşğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin təşkili
İşğaldan azad olunmuş ərazilərdə səhiyyə sisteminin inkişafı, həmin ərazilərdə yaşayan və işləyən sakinlər üçün tibbi xidmətlərin təşkili məqsədilə müvəqqəti olaraq Agentlik tərəfindən modul tipli xəstəxanaların quraşdırılması həyata keçirilir.
2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb.
Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub.

Strateji Plan
Agentlik tərəfindən 5 illik dövrü əhatə edən strateji plan hazırlanır. Hədəfimiz sığorta çərçivəsində daha çox tibbi xidməti əhatə edərək, vətəndaşlara vaxtında, keyfiyyətli xidmətləri təqdim etməkdir. Əhalinin tibbi xidmətlərə olan ehtiyaclarının müəyyən olunması üçün mövcud situasiyanın analizi, xəstələnmə səviyyəsinin və buna uyğun tibbi xidmət tələbinin müəyyən olunması üzərində çalışılacaq

Facebook Comments