MƏDƏALTI VƏZI XƏRÇƏNGİ OLAN XƏSTƏLƏRDƏ CƏRRAHİ ƏMƏLİYYATININ HƏCMİNİN TƏHLİLİ Ə.X.Kərimov, N.Ə.Əsgərov……

MƏDƏALTI VƏZI XƏRÇƏNGİ OLAN XƏSTƏLƏRDƏ CƏRRAHİ ƏMƏLİYYATININ HƏCMİNİN TƏHLİLİ Ə.X.Kərimov, N.Ə.Əsgərov, R.S.Zeynalov, F.Ə.Zeynalov, S.Seyranqızı Milli Onkologiya Mərkəzi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı ş

ANALYSIS OF THE CHOICE OF THE SCOPE OF SURGICAL INTERVENTION IN PATIENTS WITH PANCREATIC CANCER A.Kerimov, N.Askerov, R.Zeynalov, F.Zeynalov, S.Seyrangizi

Uşaqlıq cismi xərçəngi (UCX) (endometrial xərçəng) qadın reproduktiv sistemi bədxassəli şişləri arasında daha çox rast gəlinən onkoloji xəstəliklərindən biridir Endometrial xərçəngonkoloji yenitörəmələr arasında aparıcı yeri tutmaqla, xəstələnmənin ümumi strukturunun 4%-ni təşil edir. [1, 7, 8]. Son stasistik göstəricilərə əsasən endometrial xərçəng, Avropa və Şimali Amerika ölkələrində qadın cinsiyyət sistemi orqanları arasında 1-ci yerdədir. Dünyada UCX-ya tutulan hər 2 qadından 1-i xəstəliyin vaxtında aşkarlanmadığı və müalicə almadığı üçün həyatını itirir. Avropada hər il 50 min, dünyada isə hər il 500 min qadın UCX-ya tutulur və bu xəstəlik səbəbindən həyatını itirir [2]. UCX-nin rastgəlmə tezliyi son zamanlar nəzərə çarpacaq qədər artmaqdadır. Əsrin əvvəli ilə müqayisədə bəzi inkişaf etmiş ölkələrdə onkoloji xəstəliklər arasında 2030-cu ildə endometrial xərçəngin 60%-ə qədər artması müşahidə oluna bilər [3, 4]. Yuxarıdakıları nəzərə alaraq, UCXnın erkən diaqnostikası, xəstəliyin yaranma səbəblərinin öyrənilməsinin nə qədər əhəmiyyətli olduğunu qeyd edə bilərik. Endometrial xərçəng adətən postmenopauzal dövrdə 50-70 yaş arasında olan qadınlar arasında rast gəlinir. Bu xəstəliyin son illər gənc yaşlı qadınlar arasında da artması müşahidə olunur. Sonsuzluq diaqnozu qoyulan və heç doğmamış qadınlarda xəstəliyə tutulma ehtimalı digər qadınlara nisbətən daha çoxdur.Endometrial xərçəngin yaranamasına səbəb olan risk amilləri arasında piylənmə, şəkərli diabet, hipertenziya, hormonal terapiyadan geniş istifadə olunma, gec menopauza, doğmamış və daha çox doğmuş qadınlar, genetik faktorları göstərmək olar [5, 6 ]. Tədqiqatın məqsədi. Hazırkı tədqiqatın məqsədi müxtəlif differensiasiyalı endometrial adenokarsinomaların müqayisəli elektron mikroskopik səciyyəsinin öyrənilməsindən ibarət olmuşdur. Material və metodlar. Tədqiqat kontingentinə ATU-nun Onkoloji klinikasında 2015-2018-ci illərdə uşaqlıq cisminin xərçəngönü və xərçəngi ilə xəstələnən 167 xəstə daxil olmuşdur. Bütün hallarda xəstələr klinik, instrumental, laborator müayinələrdən keçmiş, tədqiqatımız məqsəd və vəzifələrinə uyğun olaraq bu xəstələrin əməliyyatdan öncə (endometrial biopsiya) və sonra (əməliyyat materialı) götürülmüş materialları, patomorfoloji və elektron mikroskopik üsulla tədqiq olunmuş və sistemləşdirilmişdir. Tədqiqatın nəticələri və müzakirəsi. Uşaqlıq cisminin xərçəngönü xəstəlikləri ilə olan xəstələr 40-50 yaş, uşaqlıq cismi xərçəngi olan xəstələr isə 39 və 70 yaşdan yuxarı yaş qruplarında toplanmışdır. Bu xəstələrin böyük əksəriyyətinə menopauza və postmenopauza dövründə rast gəlinmişdir. Xəstələr endometrial xərçəngin differensiasiya dərəcinə uyğun olaraq qruplaşdırılmışdır. Ultrastruktur olaraq yüksək differensiasiyalı adenokarsinomalar zamanı istər epitel hüceyrələri, istər stromal elelmentlərdə lokalizasiyasından asılı müxtəlif quruluş dəyişikliyi müəyyən olunmuşdur: hüceyrələrdə endoplazmatik şəbəkə retikulunun mülayim orta dərəcədə genişlənməsi, ocaqvari vezikulyasiya, nüvələrin ovalgirdə formada olması, bərabər yerləşən xromatin və dar perikular sahə, mitoxondrilərin sıx matriksi, aydın seçilən və düzgün yerləşən kristalar, Holci kompleksinin orta dərəcədə genişlənməsi, vakullara və periferik hissədə yetkin qranullara malik olması, qan kapliyarının endotel qatı hüceyrələrində matriksin solğunlaşması, sitoplazmada çoxsaylı kiçik və iri pinositoz vezikullarını ilə özünü göstərmişdir. Sadaladıqlarımız ən az patoloji, ultrastruktur dəyişikliyə uğramış, patoloji ocaqdan nisbətən uzaq sahələrdə yerləşən elementlər üçün xarakterikdir. Demək olar ki, bu elementlərdəki dəyişiklik norma daxilində və ya atipik dəyişikliklərin başlanğıc mərhələsinə uyğun gəlir. Belə qənaətə gəlmək olar ki, yüksək differensiasiyalı adenokarsinomalı xəstələrin patoloji ocaqdan götürülmüş bioptatlarının, elektron mikroskopik tədqiqi zamanı ilkin olaraq nəzərə çarpan hüceyrələrdə gedən asınxronizim prosesidir. Həmçinin əsas ultrastruktur dəyişikliklər mitoxondrilərlə bağlıdır, patoloji ocaqda sərbəst ribosomların miqdarı azalır, lizosom və lizosomabənzər elementlərin miqdarı isə kəskin artır. Orta differensiasiyalı adenokarsinomalı xəstələrin materillarının elektron mikroskopik tədqiqi zamanı şiş toxumasında kapliyar divarını təşkil edən endoteliositlərdə bazal zarın kövşəkləşməsi perikapliyar sahənin genişlənməsi, perisitar və fibroblastik aktivlik nəzərə çarpır. Endoteliositlərin sitoplazmasında müxtəlif ölçülü pinositoz qovuqcuqlar, vezikullar, dənəli endoplazmatik rtikulun sisternalarının genişlənməsi, sərbəst ribosom və polisomlar aşkarlanır. Atipik vəz hüceyrələrinin bazal sahələri fraqmentasiyaya, endoplazmatik şəbəkə elementləri deqranulyasiyaya uğrayır. Marağa səbəb olan bu proseslərin Holci kompleksi ətrafında deyil, daha çox sitoplazmanın bazal şöbələrində rast gəlinməsidir. Beləliklə, orta differensiasiyalı adenokarsinomada ultrastruktur dəyişiklik hüceyrədaxili metobolizm prosesinin pozulması ilə xarakterizə olunur. Bu özünü mübadilə pozğunluğuna səbəb olan orqanoidlərin quruluş pozğunluğu ilə biruzə verir. Ultrastruktur olaraq aşağı differensiasiyalı adenokarsinomalarda patoloji ocaqdan götürülmüş bioptatda epitelial strukturlar və damarlar arasında çoxsaylı fibrillyar quruluşlar aşkar edilir. Həmçinin, piy əlavələri, lizosoma bənzər quruluşlar qeydə alınır. 80% hallarda hüceyrələrdə tam lizis və fraqmentasiya, karioliz, çoxsaylı fibrillyar strukturlar və lizisoma bənzər quruluşlar müşahidə olunur.

Yeni törəmələrin differensial diaqnostikası, histogenezinin təyini, şiş tərəqqisi, proqnozunun müəyyən edilməsi çox mühüm olduğundan, bizə normal hüceyrələrin şiş transformasiyası zamanı spesifik differensiasiyalarını və funksional yetkinliyini itirərək, dediferensə olunmuş vəziyyətə düşdüyünü deməyə əsas. Tədqiqatımız zamanı müəyyən etdik ki, endometrial xərçəngin lokalozasiyası, histogenezi, differensiasiya dərəcəsindən asılı olmayaraq, şiş hüceyrələri ultrastruktur orqan, toxuma, sitospesifik əlamətləri özündə saxlayıq və bu aspektlər şişin diaqnostika və differensiasiyası üçün əhəmiyyət kəsb edir. Açar sözlər: uşaqlıq cisminin xərçəngi, endometrial xərçəngi, elektron-mikroskopiya, differensiasiya. Bu iş Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə yerinə yetirimşdir. Qrand№ EİF – KETPL-2-2015-1(25)- 56/34/3-M-04 ƏDƏBİYYAT 1. Əmiraslanov Ə.T., Qazıyev A.Y. Onkologiya. Bakı, “Təhsil”, 2010, 912 s. 2. Каприн А.Д., Старинский В.В., Петрова Г.В., и др. Злокачественные новооброзования женских половых органов: ситуации и проблемы // Архив акушерства гинекологии им. В.Ф. Снегирева. 2014. Том 1(2), с. 44-47 3. Злокачественные опухоли. /Практические рекоменации Российского общества клинической онкологии, спецвыпуск 2, 2018. Т 8, 700 с. 4. Клиническая онкогинекология под редакцией Ф.Дж. Дисаи, У.Т. Крисмана 2012. Т 2, с. 38-42 5. С.А. Леваков, Н.А. Шещукова и др. Молекулярнобиологические профили гиперплазии эндометрия и эндо метриальнойинтраэпителиальной неоплазии. // Опухоли женской репродуктивной системы 2018. Т. 14 , с. 76-81 6. Леенман Е.Е., Мухина М.С. Клеточное микроокружение злокачественных опухолей и его значение в их прогнозе // Вопр. Онкол. 2013. Т. 59, c. 444-452 7. Рак эндометрия под редакцией И.В. Берлева, Л.М. Берштейна, А.Ф. Урманчеевной, 2017, 260 с. 8. Jinekolojik onkoloji, editörler Prof. Dr. Müfit Camal Yenen, Doç. Dr. İbrahimAlanbay, 2015, 1192 s.

Endometrial cancer is currently the second most common from neoplasia worldwide and second in the female population. Objective the importance of electron-microscopy in the early diagnosis of reproductive systems cancer (endometrial intraepithelial cancer). We conducted a retrospective study that 167 patients with a morphological verified hyperplasic process in the endometrial of them 35 patients had endometrial hyperplasia and 132 patients had intraepithelial neoplasia. Patients with endometrial intraepithelial neoplasia are at high risk of developing cancer. Our finding confirm the important role electron-microscopy in the early diagnosis and the prognosis of endometrial adenocarcinoma in differentiation various. Key words: uterus cancer, endometrial cancer, endometrial intraepithelial neoplasia, electron-microscopy, differentiation

NİYAZİ ƏSGƏROV – CƏRRAH-ONKOLOQ. MOM

Xərçəng xəstəliyi. Onkologiya. Onkoloqlar

Azərbaycan Onkologiya Jurnali. 1-ci say. 2017-ci il. Niyazi Əsgərov. Cərrah-onkoloq. Məqalə.

AŞAĞI BOŞ VENANIN ŞİŞ TROMBU İLƏ PERİTONARXASI SAHƏNİN LİPOSARKOMASI N.Ə.Əsgərov….

Facebook Comments