NİYAZİ ƏSGƏROV CƏRRAH-ONKOLOQ, ƏMƏKDAR HƏKİM, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU, MİLLİ ONKOLOGİYA MƏRKƏZİ

Niyazi Əli oğlu ƏsgərovƏməkdar həkim, Cərrah-onkoloq. MOM şöbə müdiri
Doğum tarixi – 08.03.1963

DOKTOR NİYAZİ ƏSGƏROVUN TƏHSİLİ
1984-1990 Vladivostok Dövlət Tibb Universiteti Müalicə – profilaktika fakültəsi, Vladivostok, Rusiya.
1990-1991 Rusiya federasiyası Tyumen Tibb Akademiyası Ümumi Cərrahiyyə kafedrasının bazasında Həkim – interna , Nefteyuqansk, Rusiya.

ELMİ FƏALİYYƏTİ:
Əsgərov N. Ə.  Cərrahi onkologiya üzrə yüksək ixtisaslı mütəxəssisdir. 100 dən çox elmi işi çap olunmuşdur.
Rusiya, Türkiyə, Avstriya, Tacikistan, Qazaxistan, İtaliya və Respublikamızda keçirilən bir sıra elmi-praktiki konfranslarda, qurultaylarda iştirak edib.
Astanada “MDB ölkələrinin Onkoloqlar və radioloqlar” qurultayında “Mədənin proksimal xərçəngində kompression ezofaqoyeyunoanastamozun formalaşmasında nikelit-titanlı implantatın tətbiqi”, Türkiyədə Cərrahiyyə üzrə Beynəlxalq konqressdə “Mədəaltı vəzinin xərçənginin müalicəsinin cərrahi aspektləri” ,
Niyazi Əsgərov Bakıda isə XIII Beynəlxalq Avrasiya cərrahların və qastroenteroloqların hərillik konqressində “Laparoskopik cərrahiyyə koloproktologiyada” məruzələri ilə  çıxış edib.
Hazırda “Azərbaycan Respublikasında Hepatopankreatoduodenal sahənin şişlərin kliniki və epidemioloji xüsusiyyətləri” mövzusu üzrə namizədlik dissertasiyasının müdafiəsi ərəfəsindədir.
Rusiyanın Moskva, Sankt-Peterburq, Perm, Tyumen, Surqut, Belorusiyanın Minsk və Azərbaycanın Bakı şəhərində ixtisas artırma kurslarında olmuşdur.
Əsgərov N.Ə. rəhbərliyi altında Abdominal onkologiya şöbəsində bir çox iri həcmli mürəkkəb əməliyyatlar uğurla icra olunmaqdadır :
Qaraciyər şişlərində genişlənmiş və standart hemihepatektomiyalar;
Mədəaltı vəzidə pankreatoduodenal rezeksiyalar və total pankreatoduodenektomiyalar;
Mədə şişlərində kombinə olunmuş qastrektomiyalar və rezeksiyalar, yəni mədə ilə bərabər zədələnmiş bir neçə yanaşı orqanların rezeksiyası və ya tam çıxarılması;
Düz bağırsaq şişlərində ön, aşağı ön rezeksiyalar, düz bağırsağın qarın-anal rezeksiyası S-vari bağırsağın endirilməsi ilə olan əməliyyatlar;
Peritonarxası sahənin şişlərində törəmənin çıxarılması ilə yanaşı bir neçə üzvlərin (5-8) rezeksiyası və ya ektomiyası, hətta aşağı boş venanın rezeksiyası ilə.
Niyazi Əsgərov 1990-cı ilərdən laparoskopik cərrahiyyə ilə məşğuldur.
1993-cü ilə kimi diaqnostik laparoskopiyalar, 1993-cü ildən isə laparoskopik cərrahiyyəyə başlamışdır.
Belə ki, öd daşı xəstəliklərində, öd kisəsinin poliplərində, bəd və xoş xassəli şişlərində 4000-dən artıq laparoskopik xolesistektomiya əməliyyatlarının icraçısıdır.

Niyazi Əsgərov eləcə də laparoskopik üsulla appendektomiya, herniotomiya, diafraqmal yırtığın ləğvi, vaqotomiya, fundoplikasiya, uşaqlığın amputasiyası və ya ekstirpasiyası. 2012 ildən isə Milli Onkologiya Mərkəzində yeni texnoloji avadanlıqlar hesabına laparoskopik metodikani mədə-bağırsaq sisteminin cərrahiyyəsinə tətbiq etmişdir :
Laparoskopik mədə rezeksiyası, qastrektomiya;
Laparoskopik sağ və sol tərəfli hemikolektomiyalar, S-vari bağırsağın rezeksiyası;
Laparoskopik düz bağırsağın ön rezeksiyası, ekstirpasiyası;
Laparoskopik mədəaltı vəzin distal rezeksiyası, kistektomiya;
Laparoskopik qaraciyərin atipik rezeksiyası

ƏMƏK FƏALİYYƏTİ:
Niyazi Əsgərov 1990-2003 Rusiya Federasiyasının Tyumen vilayətinin Nefteyuqansk şəhərində Mərkəzi Şəhər xəstəxanasında həkim-cərrah işləyib.
13 noyabr 2001Tyumen vilayətinin Səhiyyə departamenti nəznində olan attestasiya komissiyasının qərarı ilə cərrahiyyə üzrə Ali ixtisas dərəcəsi verilmişdir.
Niyazi Əsgərov 2003-cü ildən Azərbaycan Respublikasında yaşayır.
2003-2008 – Leyla Şixlinskayanın klinikasında aparıcı cərrah kimi işləmiş.
2009-cu ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Abdominal onkologiya şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.
2012-ci ildən Milli Onkologiya Mərkəzində yeni texnoloji avadanlıqlar hesabına laparoskopik metodikani mədə-bağırsaq sisteminin cərrahiyyəsinə tətbiq edib.
2021-ci il 18 iyun tarixində Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə dövlət başçısının Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Doktor Niyazi Əsgərov 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsində Milli Onkologiya Mərkəzinin həkim heyəti ilə birlikdə cəbhə bölgəsinə gedib milli orduya köməklik göstərmişdir. Vətən müharibəsində ordumuzun yaralı əsgərlərinə fəal tibbi yardım etməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə nazirliyinin fəxri diplomu ilə təltif edilmişdir.
Hazırda cərrahiyyə sektorunda unikal əməliyyatlar icra etməklə yanaşı doktor Niyazi Əsgərov bir sıra yaxın xarici ölkələrdə həkimlər üçün praktiki təlimlər keçir.
2023-cü ildə bir sıra tanınmış Azərbaycan həkimləri ilə birlikdə O Özbəkistanda mühüm cərrahi əməliyyatlar və qardaş ölkənin cərrahları üçün master klasslar həyata keçirmişdir.

DOKTOR NIYAZI ƏSGƏROVUN İŞ YERİ:
MİLLİ ONKOLOGİY AMƏRKƏZİ

DOKTOR NİYAZİ ƏSGƏROVLA ƏLAQƏ TELEFONU:
 +994 50 611 44 82

XƏBƏR LENTİ – BU SƏRƏNCAMA ƏSASƏN NİYAZİ ƏSGƏROV ƏMƏKDAR HƏKİM ADINA LAYİQ GÖRÜLÜB.
Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.  
XƏBƏR LENTİ Dr.Niyazi Əsgərov Xalqın etimadını qazanan həkim-onkoloq
Səhiyyədə “Əməkdar elm xadimi” fəxri adına layiq görülənlər
Xərçəng xəstəliyi. Onkologiya. Onkoloqlar
Azərbaycan Onkologiya Jurnali. 1-ci say. 2017-ci il. Niyazi Əsgərov. Cərrah-onkoloq. Məqalə.
Laparoskopik cərrahiyyə 

VİDEO YOUTUBE  – Niyazi Askerov. Cerrah-onkoloq. Milli Onkologiya Merkezi. Cerrahi ameliyyatlar.
VİDEO YOUTUBE – Niyazi Əsgərov. Niyazi Askerov. Magistral damarların rezeksiyası ilə törəmələrin çıxarılması.
VİDEO YOUTUBE – Niyazi Askerov. MOM. Keskin obturasion bağırsaq keşməməzliyində adekvat müalicə seçimi.
YOUTUBE VIDEO – DR. NİYAZİ ƏSGƏROV CƏRRAH-ONKOLOQ. AİLƏVİ POLİPOZLAR. VALİDEYNİ MƏDƏ XƏRÇƏNGİ OLANLARIN ÖVLADLARI..
YOUTUBE VİDEO – CERRAH-ONKOLOQ NIYAZI ƏSGƏROV. MƏDƏ XƏRÇƏNGİNDƏN SONRA XƏSTƏLƏRİN SONRAKI TALEYİ . MƏDƏ REZEKSİYASI
YOUTUBE VİDEO – DOKTOR, QARANTİYA VERİRSİNİZMİ? CƏRRAH-ONKOLOQ NİYAZİ ƏSGƏROVDAN SORUŞDUQ. TİBBDƏ QARANTİYA VARMI?
YOUTUBE VİDEO – XƏRÇƏNGDƏN BİRDƏFƏLİK SAĞALAN XƏSTƏLƏR VAR? CƏRRAH-ONKOLOQ NİYAZİ ƏSGƏROVDAN SORUŞDUQ
YOUTUBE VİDEO – EKSKLUZİV MUSAHİBƏ – CƏRRAH-ONKOLOQ NİYAZİ ƏSGƏROV – CƏRRAHİYYƏ USTALIQ TƏLƏB EDƏN İŞDİR. . MİLLİ ONKOLOGİYA MƏRKƏZİ.
YOUTUBE VİDEO – BƏDXASSƏLİ ŞİŞ İLƏ XOŞXASSƏLİ ŞİŞLƏRİ NECƏ AYIRMAQ OLUR? CƏRRAH-ONKOLOQ NİYAZİ ƏSGƏROVDAN SORUŞDUQ

WIKIMED.AZ-da – CƏMİL ƏLİYEV AKADEMİK. MİLLİ ONKOLOGİYA MƏRKƏZİNİN BAŞ DİREKTORU
WIKIMED.AZ-da – ƏHLİMAN ƏMİRASLANOV AKADEMİK. ATU ONKOLOJİ KLİNİKASI
WIKIMED.AZ-da – İSA İSAYEV PROFESSOR, TİBB ELMLƏRİ DOKTORU, MOM
WIKIMED.AZ-da – NİYAZİ ƏSGƏROV CƏRRAH-ONKOLOQ, ƏMƏKDAR HƏKİM. MİLLİ ONKOLOGİYA MƏRKƏZİ
WIKIMED.AZ-da –ELXAN KAZIMOV ONKOLOQ. MİLLİ ONKOLOGİYA MƏRKƏZİ II KİMYATERAPİYA ŞÖBƏSİ
WIKIMED.AZ-da – ƏBULFƏZ SOLTANOV. TORAKAL CƏRRAH. DÖŞ QƏFƏSİ CƏRRAHİYYƏSİ
WIKIMED.AZ-da – NAZIM ƏZİZ OĞLU QULİYEV ONKOLOQ, BAŞ-BOYUN CƏRRAHI
WIKIMED.AZ-da –RAMIN MƏLİKOV UŞAQ CƏRRAHI, UŞAQ ONKOLOQU
WIKIMED.AZ-da – CAVİD QƏRİBOV ONKOLOQ-MAMOLOQ
WIKIMED.AZ-da – ELDAR QULİYEV İNVAZİV RADİOLOQ

Facebook Comments