Xərçəng xəstəliyi. Onkologiya. Onkoloqlar

Onkologiya (yun. ονκος — “şiş” və λόγος — “elm, bilim”) — şiş xəstəliklərini öyrənən elmə deyilir.
Xərçəng xəstəliyi — hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin idarəsiz və ya anormal şəkildə böyüməsi və çoxalması. Gün ərzində insan bədənində (DNT-də) təxminən 10000 mutasiya olmasına baxmayaraq immun sistemi hər millisaniyə bədəni təmizləyir və xərçəngli hüceyrələri yox edir. Xərçəng meydana gəldiyi, yəni, mənşə aldığı toxumaya uyğun olaraq adlandırılır.

Doktor. Nazim Quliyev. Qırtlaq xərçəngi və səs protezləri ilə xəstələrdə səsin bərpası.
Niyazi Əsgərov. Niyazi Askerov. Magistral damarların rezeksiyası ilə törəmələrin çıxarılması.
Niyazi Əsgərov Cerrah-onkoloq. Milli Onkologiya Merkezi. Cerrahi ameliyyatlar.
Niyazi Askerov. MOM. Keskin obturasion bağırsaq keşməməzliyində adekvat müalicə seçimi.
Akademik Cəmil Əliyev Türkiyənin nüfuzlu elm ocağının fəxri adına layiq görülüb
Əbülfəz Soltanov. Cərrah-onkoloq. Ağciyər xərçəngi nədir? Abulfaz Soltanov
T.e.n. Əbülfəz Soltanov. Milli Onkologiya Mərkəzi. Qida borusu xərçənginin cərrahi müalicəsi.
saglamTV. Əbülfəz Soltanov. Cərrah-onkoloq. Ağciyər xərçəngi
saglamTV. Əbülfəz Soltanov. Ağciyər şişlərinin cərrahi müalicəsi Torocal oncology. AbulFaz Soltanov.
saglamTV. Əbülfəz Soltanov. T.e.d. Onkoloq. Torokal Onkologiya nədir və nəyi əhatə edir?
saglamTV. Uşaq onkoloqu Ramin Melikov. Uşaqlarda onkoloji xesteliklerin cerrahi müalicesi.
Dr. Ramin Melikov Limfoma. Beyin şişləri, neyroblastomalar .Böyrək şişleri haqda . saglamTV.
Ramin Məlikov. Uşaq onkoloqu. Azərbaycanda uşaq onkologiyasının durumu.
saglamTV. Uroloq. Vasif İsmayıl. Sidik kisəsi şişləri kimlərdə rast gəlinir və necə müalicə olunur?
saglamTV. Şüa terapiyası nədir? Milli Onkologiya Mərkəzindən REPORTAJ
Prostate cancer. Emil Mukhtarov. Prostat xərçəngi. Uzman uroloq-onkoloq Emil Muxtarov. saglamTV
Dr.Könül Merdanova. Uşaqlıq boynu xerçengi. HPV virusu
Dr. Könül Merdanova. Onko-ginekoloq müayinesi nece olur? Hansı müayineler aparılır?
Dr. Könül Merdanova. Uşaqlıq boynu xerçenginin olmasını nece bilmek olar?
Onkoloq-mamoloq Rena Abdullayeva. Mastopatiya nədir?
Rena Abdullayeva. Hekim-mamoloq. Sud vezilerinin biopsiyası
saglamTV. Mamoqrafiya nedir? Onkoloq-mamoloq Rena Abdullayeva.
Süd vəzi xərçəngi 4-cü mərhələdə. Nə etməli?
Dr. Rena Abdullayeva.

Süd vəzilərində AĞRI SİNDROMU. Onkoloq-mamoloq. врач маммолог Рена Абдуллаева
Dr. Könül Merdanova. MOM. Qadınlarda rast gelinen ginekoloji-onkoloji xestelikler

Mahiyyəti

Xərçəng hüceyrənin qarşısı alınmaz şəkildə böyüməsi ilə xarakterizə edilən xəstəliklər sinifidir. 100 müxtəlif xərçəng növü var və onların hər biri hüceyrənin növünə uyğun olaraq təsnif edilir. Zədələnmiş hüceyrələr nəzarətsiz şəkildə bölünərək tümör adlanan toxuma kütləsi yaxud şiş yaratdıqda, xərçəng yaranır. Şişlər (tümörlər) həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir. Onların fəaliyyətinə müdaxilə edir və bədən fəaliyyətini dəyişdirən hormonlar ifraz edir. Bir nöqtədə dayanan və məhdud şəkildə böyüyən şişlər adətən xoşxassəli hesab edilirlər. Xərçəng hüceyrələri meydana gəldikləri şişdən ayrıldığı təqdirdə, qan və ya limfa dövranı vasitəsi ilə bədənin digər nahiyələrinə gedə bilirlər. Getdikləri nahiylərdə şiş koloniyaları meydana gətirir və böyüməyə davam edirlər. Şiş sağlam toxumaları məhv edərək bədənin digər hissələrinə yayılıb inkişaf etdikdə, bu metastaz (şaxələnmiş) xərçəng adlanır. Bu prosesin özü isə metastaz adlanır və müalicəsi çox çətin olan kəskin vəziyyət ilə nəticələnir.

Səbəbləri

Bədənimizdəki bütün orqanlar canlının ən kiçik quruluş daşı olan hüceyrələrdən meydana gəlir. Sağlam bədən hüceyrələri bölünə bilmə qabiliyyətinə malikdirlər. Orqanlar ölən hüceyrələrin yenilənməsi və zədələnmiş toxumaların bərpa edilməsi məqsədiylə bu qabiliyyətlərini istifadə edirlər. Lakin bu qabiliyyətləri də məhduddur. Sonsuz bölünə bilməz. Hər hüceyrənin həyatı boyunca müəyyən bir bölünmə sayı vardır. Sağlam bir hüceyrə nə vaxt və harada bölünəbiləcəyini bilmə qabiliyyətinə malikdir.

Xərçəng qarşısıalınmaz şəkildə böyüyən və məhv olmayan hüceyrələrin nəticəsində yaranır. Orqanizmdəki normal hüceyrələr nizamlı şəkildə böyümə, bölünmə və ölmə mərhələrindən keçir. Müntəzəm hüceyrə ölümü apoptozis adlanır və bu proses pozulanda, xərçəng yaranmağa başlayır. Normal hüceyrələrdən fərqli olaraq, xərçəng hüceyrələri proqrammatik ölüm yaşamır, bunun əvəzində isə böyüməyə və bölünməyə davam edir. Bu, nəzarətsiz şəkildə böyüyən, qeyri-normal hüceyrə kütləsinin yaranması ilə nəticələnir.

Xərçənglər meydana gəlməyə başladıqları orqan və mikroskopik quruluşlarına görə təsnif edilirlər. Fərqli tipdəki xərçənglər fərqli sürətlərdə böyüyür, fərqli yayılma formaları göstərir və fərqli müalicələrə cavab verirlər. Buna görə də xərçəng xəstələrinin müalicəsində mövcud xərçəng növünə görə fərqli müalicələr tətbiq olunur. Hər xərçəng eyni quruluşa malik deyil.

Bədəndə mutasiyaya uğrayan hüceyrələrin ancaq çox kiçik bir qisimi xərçəngə gətirib çıxarır. Bunun bir çox səbəbi vardır;

Mutasiya edən hüceyrələrin həyat qabiliyyətləri normal hüceyrələrlə müqayisədə daha azdır. Buna görə ölürlər.

Mutasiya edən hüceyrələrin bir çoxunda həddindən artıq böyüməyi önləyən normal geridönüm nəzarət qurğusu ( “şiş zəiflədici genlər” ) mövcuddur. Buna görə həyatda qala bilən mutant hüceyrələrin çox azı xərçəngli hüceyrəyə çevrilir.

Xərçəng potensialı daşıyan bu hüceyrələr böyüyüb xərçəng meydana gətirməzdən əvvəl, bədənin immun sistemi tərəfindən yox edilirlər. Bu hadisə belə açıqlanır:

Mutant hüceyrələrin çoxu dəyişikliyə uğramış genləri səbəbiylə öz içlərində anormal zülal meydana gətirirlər. Bu anormal zülallar bədənin immunitet sistemini xəbərdar edərək yad cisim istehsalına və ya xərçəngli hüceyrəyə qarşı həssaslıq qazanmış lenfosit meydana gəlməsinə səbəb olaraq xərçəngli hüceyrənin yox edilməsini təmin edirlər. Bu hadisəni dəstəkləyən bir gerçək də orqan köçürülməsi səbəbiylə immunsupresif müalicə alan xəstələrdə xərçəng riskinin beş qat artmasıdır.

İmmun sisteminin fəaliyyətini pozan vəziyyətlər xərçəng hazırlayıcı faktorlar olaraq bilinir. İmmun sistemi tərəfindən yox edilməmiş bu hüceyrələr idarəsiz şəkildə çoxalaraq olduqları toxumanı ələ keçirir. Yalnız o toxuma ilə kifayətlənməyib, qonşu toxumalara da yayılırlar (invazyon). Qan və limfa dövranı yolu ilə bədənin digər bölgələrinə də yayılırlar (metastaz).

Xərçəng başlanğıcı olan sahədə ən əhəmiyyətli xüsusiyyət kütlənin ətraf toxumalara dolaşıq, yapışıq olmasıdır. Xərçənglər xoşxassəli və bədxassəli olmaqla iki hissəyə ayrılır. Bədxassəli şişlər başqa toxumalara və orqanlara yayılma (metastaz) xüsusiyyəti göstərirlər. Xoşxassəli şişlər, ümumiyyətlə, sərhədləri görünən kütlələrdir. Lakin bədxassəli şişlər sərhədləri qeyri-müəyyən olur və qonşu toxumaya möhkəm yapışırlar. İlk mərhələlərdə, ümumiyyətlə, ağrısızdırlar.

Simptomları

Xərçəngin simptomları tamamilə müxtəlifdir və xərçəngin harada yerləşməsinədən, haraya yayılmış olmasından və şişin ölçüsündən aslıdır. Xərçəng dəri üzərindən görülə yaxud hiss edilə bilir – döşdə və ya xayada əmələ gələn şiş bu nahiyələrdə xərçəngin göstəricisi ola bilir. Dəri xərçəngi (melanoma) adətən dəri üzərindəki xal yaxud ziyillərdə baş verən dəyişikliklərlə müşahidə edilir. Ağız xərçəngi bəzən ağızın içərisindəki ağ ləkələr və ya dilüzərindəki ağ nöqtələrlə müşahidə edilir.

Digər xərçəng növlərinin fiziki cəhətdən daha az aşkar simptomları vardır. Beyin xərçəngi əhəmiyyətli beyin funksiyalarına mənfi təsir etdiyinə görə, simptomlar bəzən xəstəliyin erkən çağlarında özünü biruzə verir. Mədəaltı vəzi xərçənginin simptomları özünü biruzə vermək üçün olduqca kiçikdir və adətən sinirlərə ağrı verməyənə yaxud qara ciyərin fəaliyyətinə müdaxilə edərək dəridə və gözdə sarılıq xəstəliyi adlanan saralmaya səbəb olmayana qədər simptomlar müşahidə edilmir. Həmçinin simtomlar şiş böyüdükcə və orqanlar və qan damarlarına təzyiq göstərdikcə yarana bilər. Məsələn yoğun bağırsaq xərçəngi qəbizlik, ishal və nəcisin ölçüsündəki dəyişiklər kimi simptomlarla müşahidə edilir. Sidik kisəsi yaxud prostat vəzi xərçəngi sidik kisəsinin fəaliyyətində tez-tez yaxud gec-gec sidik ifrazı kimi dəyişikliklərə səbəb olur.

Xərçəng hüceyrələri bədənin enerjisini istifadə etdiyinə və normal hormonların fəaliyyətinə müdaxilə etdiyinə görə, qızdırma, yorğunluq, həddən artıq tərləmə, qanazlığı (anemiya) və gözlənilməz çəki itkisi kimi simptomları müşahidə etmək mümkündür. Lakin bu simptomlar bir sıra digər xəstəliklər üçün də xarakterikdir. Məsələn, öskürək və səsin batması boğaz və ağ ciyər xərçəngi ilə bərabər bir sıra digər xəstəliklərin də göstəricisi ola bilər.

Xərçəng yayıldıqda yaxud şaxələndikdə yeni zədələnmiş bölgədə əlavə simptomlar özünü biruzə verə bilər. Şişmiş yaxud genişlənmiş limfa düyünləri ümumi göstəricidir və əksər hallarda xəstəliyin erkən çağlarında müşahidə edilir. Xərçəng beyinə yayıldığı təqdirdə, xəstədə başgicəllənməsi, başağrıları və ürəkkeçmələr müşahidə edilə bilər. Xərçəngin ağ ciyərlərə yayılması öskürək və tənginəfəsliyə səbəb ola bilər. Bundan əlavə, qaraciyər genişlənə və sarılığa səbəb ola bilər və sümüklər ağrıya, kövrək ola və asanlıqla qırıla bilər. Metastazın simptomları xərçəngin hansı bölgəyə yayılmış olmasından asılıdır.

MÜalicəsi

Xərçəngin müalicəsi xərçəngin növündən, mərhələsindən, xəstənin yaşından, sağlamlıq durumdan və əlavə şəxsi xüsusiyyətlərindən asılıdır. Xərçəngin müalicəsinin tək bir üsulu yoxdur, xəstələrə adətən müalicələr kombinasiyası və palliativ qayğı göstərilir. Müalicələr adətən əməliyyat, şüalanma, kimyaterapiya, immunoterapiya, hormon yaxud gen terapiyası ilə aparılır
Kimyaterapaiyada proteinlərə və ya DNT-ə ziyan verərək hüceyrənin bölünməsi prosesinə müdaxilə edən kimyəvi maddələrdən istifadə edilir və nəticədə xərçəng hüceyrələri öz-özünü məhv edir. Bu müalicələr istənilən bölünən hüceyrəni hədəfləyir, lakin normal hüceyrələr adətən kimyəvi zədələnmədən sağala bildiyi halda, xərçəng hüceyrələri sağalmır. Dərmanlar bütün bədən boyu hərəkət etdiyinə görə kimyaterapiya adətən yayılmış yaxud şaxələnmiş xərçəngin müalicəsi üçün istifadə edilir. Bu müalicə qan xərçəngi və limfomanın bəzi formaları üçün lazımlıdır. Kimyaterapiya mərhələlərlə həyata keçirilir və beləliklə, bədənin dozalar arasındakı müddətdə sağalmağa vaxtı olur. Lakin saç tökülməsi, ürək bulanması, yorğunluq, qusma kimi yan təsirləri vardır. Kombinasiya terapiyasına kimyaterapiyanın müxtəlif növləri yaxud digər müalicələrlə əlaqəli kimyaterapiya daxildir.

Şüa terapiyası

Həmçinin radioterapiya kimi də bilinən şüalanma müalicəsində xərçəng hüceyrələri üzərinə yüksək enerjili şüalar salmaqla xərçəngi məhv edilir. Bu, xərçəng hüceyrələri yaradan molekulları zədələyir və onların öz-özlərini məhv etməsi ilə nəticələnir. Radioterapiyada radium kimi metallardan ayrılan yüksək enerjili qamma şüaları yaxud xüsusi maşınlarda hazırlanan rentgen şüalarından istifadə edilir. Enerji şüaları normal və sağlam toxumaya zərər yetirdiyinə görə, əvvəllər şüalanma müalicələri kəskin yan təsirlərə səbəb olurdu, lakin texnologiya inkişaf etmişdir və beləliklə şüalar daha diqqətli şəkildə istifadə edilir. Radioterapiya xərçəng hüceyrələrini məhv etmək üçün istifadə edilən müstəqil müalicədir, lakin o, həmçinin digər xərçəng tiplərinin müalicələri ilə birlikdə də aparılır.

Əməliyyat

Xərçəngin məlum ən qədim müalicəsi əməliyyatdır. Xərçəng yayılmadığı təqdirdə, onu əməliyyat yolu ilə bədəndən götürməklə xəstəni tamamilə sağaltmaq mümkündür. Bu adətən prostatın, döşün yaxud xayanın əməliyyat yolu ilə götürülməsi ilə müşahidə edilir. Lakin xəstəlik yayıldıqdan sonra, bədəndəki bütün xərçəng hüceyrələrini götürmək demək olar ki, qeyri-mümkündür. Həmçinin əməliyyat bağırsaq tıxanması yaxud onurğa beyninin sıxılması kimi simptomlara nəzarət etməkdə faydalı ola bilər.

Hal-hazırda cərrahlar şişi götürdükəri zaman heç bir bədxassəli toxumanın qalmadığına əmin olmaq üçün həmçinin sağlam toxumadan da nümunə götürürlər. Yəni, toxuma nümunələrinin sağlam olduğuna əmin olmaq məqsədi ilə laboratoriyada test edildiyi əlavə 30 dəqiqə ərzində xəstələr adətən ümumi narkoz altında saxlanılırlar. Toxuma nümunələri sağlam olmadığı təqdirdə, cərrah əməliyyat otağına geri dönməli və daha çox toxuma götürməlidir. London İmperiyal Collecinin alimləri bildirirlər ki, Aynayf (İKnife) nümunələrin labaratoriyaya göndərilməsi ehtiyacını aradan qaldıra bilər.

Profilaktika

Asanlıqla qarşısı alınan xərçənglər müəyyən davranışlarla sıx əlaqəli olanlardır. Məsələn, siqaret çəkməmək yaxud spirtli içki içməmək əsasən ağciyər, boğaz, ağız və qaraciyər xərçəngi kimi bir sıra xərçəng növlərinin yaranma riskini azaldır. Hətta əgər siz hal-hazırda siqaret çəkirsinizsə, bunu tərgitməklə xərçəngə tutulmama şansınızı son dərəcə artıra bilərsiniz. Kölgədə dayanmaqla, şapka və köynək vasitəsi ilə özünüzü günəşdən qorumaqla və günəş kremindən istifadə etməklə dəri xərçənginin qarşısı alına bilər. Həmçinin qidalanmamız da bu xəstəliklə əlaqəli olduğuna görə, pəhriz xərçəngdən qorunmanın əhəmiyyətli hissəsidir. Həkimlər təzə meyvələr, tərəvəzlər və bütün dənli bitkilərlə zəngin və az yağlı pəhriz məsləhət görürlər. Müəyyən peyvəndlər bəzi xərçəng növlərinin qarşısının alınması ilə əlaqəlidir. Məsələn, bir çox qadın uşaqlıq boynu xərçəngi ilə əlaqədar olan papilomavirus əleyhinə peyvənd vurdurur. Hepatit B peyvəndləri qara ciyər xərçənginə səbəb olan Hepatit B virusunun qarşısını alır.

Mənbə: azwikipedia.org

Səhiyyədə “Əməkdar elm xadimi” fəxri adına layiq görülənlər
Xərçəng xəstəliyi. Onkologiya. Onkoloqlar
Cəmil Əliyev. MOM baş direktoru
Əhliman Əmiraslanov. ATU Onkologiya kafedrası
İsa İsayev. MOM. Şüa Terapiyası şöbəsi
Fuad Ədalət oğlu Quliyev
Nazim Quliyev. MOM. Cərrah-onkoloq. Baş-boyun şişləri
Niyazi Əsgərov. MOM. Cərrah-onkoloq. Abdominal Onkoloq
Əbülfəz Soltanov. MOM. Torakal cərrah-onkoloq.
Ramin Məlikov MOM. Uşaq onkologiyası
Azərbaycan Onkologiya Jurnali. 1-ci say. 2017-ci il. Niyazi Əsgərov. Cərrah-onkoloq. Məqalə.

Facebook Comments