ELNUR HƏSƏNOV TIBB ELMLƏRİ DOKTORU, UŞAQ ÜRƏK CƏRRAHI, USAQ KARDİOCƏRRAHI

Uşaq ürək cərrahı, tibb üzrə elmlər doktoru, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəznində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin rəhbəri Elnur Həsənov 

DOKTOR ELNUR HƏSƏNOVUN TƏHSİLİ:
Uşaq ürək cərrahı, tibb elmləri doktoru Elnur Novruz oğlu Həsənov 1976-cı
ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olmuş və həmin universiteti müvəffəqiyyətlə bitirmişdir.
Elnur Həsənovun atası Novruz Həsənov da tanınmış ürək həkimidir. Azərbaycanın və Rusiya Federasiyasının tibb elmləri doktorudur.

DOKTOR ELNUR HƏSƏNOVUN İŞ TƏCRÜBƏSİ

Elnur Həsənov ATU-nu bitirdikdən sonra azad təyinat götürərək xaricdə təhsilini davam etdirmək qərarına gəlib.
Rusiyanın Novosibirski şəhərində kliniki ordinaturanı, daha sonra aspiranturanı və doktoranturanı bitirmişdir.
Almaniyada internaturada olmuşdur. Dünyanın öndə gedən hospitallarında təcrübə keçmişdir. İngiltərənin London şəhərində, Almaniyanın Münhen və Berlin şəhərlərində, ABŞ-da Filadelfiya, Boston(Harvard), Miçiqan universitetlərində uşaq ürək cərrahiyyəsi ilə məşğul olan müxtəlif xəstəxanalarda təcrübəsinin artırıb. Əhəmiyyətli sertifikatlara sahib olmuşdur. Tibb elmləri namizədi elmi dərəcəsini aldıqdan sonra həkimlik fəaliyyətini daha aktiv bir şəkildə davam etdirib.
Son illərdə Elnur Həsənov rəhbərlik etdiyi uşaq ürək cərrahiyyəsi mərkəzinin həkimləri ilə birgə  ABŞ-ın kardiocərrahiyyə mərkəzlərində pediatrik kardiocərrahiyyə üzrə il ərzində bir dəfə aylıq təcrübəsi mübadiləsinə gedir bu sahədə tibbin ən son nailiyyətlərinə yiyələnirlər.
Anadangəlmə ürək qüsurları, uşaq ürək cərrahiyyəsi barədə əhalinin tibbi maarifləndirilməsində aktiv fəaliyyət göstərir.
İctimai-sosial əhəmiyyətli aksiyalarda yaxından iştirak edir.
İndiyədək ürək qüsurlu 3 mindən çox uşağın ürəyində əməliyyat aparmışdır. Hər il 300-ə yaxın ürək əməliyyatı icra edir.
Elnur Həsənov tibb elmləri doktoru dissertasiyasını da müvəffəqiyyətlə müdafiə etmişdir.

Onun rəhbərliyi altında formalaşmış həkim briqadası vaxtaşırı Azərbaycanın regionlarında yerləşən Müalicə-Diaqnostika Mərkəzlərində əməliyyatlar icra edir. Hazırda ən çox əməliyyatlarını Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Respublika Müalicə-Diaqnostika Mərkəzində həyata keçirir. Dünyanın aparıcı uşaq-ürək cərrahiyyəsi cəmiyyətlərinin üzvüdür. İl ərzində beynəlxalq konfranslarda iştirak edərək öz təcrübəsini xarici həmkarları ilə bölüşür.
Anadangəlmə ürək qüsurları müasir müalicəsi və uşaq kardiocərrahiyyəsi barədə çoxsaylı elmi məqalələri xarici ədəbiyyatlarda dərc olunmuşdur.
T.E.D. Elnur Həsənov Uşaq kardiocərrahiyyəsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Rezidentlərin Atestasiya Komissiyasının tərkib üzvlərindən biridir.

2006-2010. Rusiya Federasiyası akademik Y. Meşalkin adına qan dövranı patoloqiyası elmi tədqiqat institunda klinik ordinatura keçmişdir.
2010-ci ildən ECM-in uşaq ürək cərrahiyyəsi şöbəsində çalışır.
2014-cü ildə Almaniyanın München şəhərində Deutch Heart Centrum-da bir aylıq ixtisasartırma kursu
2014-cü ildə Böyük Britaniyada London şəhərində Great Ormond Street Children Hospitalda 1 aylıq ixtisasartırma kursu
2014-cü ildə Amerika Birləşmiş Ştatlarında Filadelfiya şəhərində Philadelphia Children Hospital-da 1 aylıq ixtisasartırma kursu
2015-ci ildə Amerika Birləşmiş Ştatlarında Boston şəhərində Harward university Boston children Hospital-da bir aylıq ixtisasartırma kursu
2015-ci ildə Amerika Birləşmiş Ştatlarında AnArbor şəhərində Michigan university Mott children hospital-da bir aylıq ixtisasartırma kursu.
2016-cı ildə Almaniyada Sankt Augustin-də Asklepios Klinik Sankt Augustin-də bir aylıq ixtisasartırma kursu.
2017-ci ildə Ukraynada Kiyev şəhərində Kiyev Ürək Mərkəzində bir aylıq ixtisasartırma kursu
2019-cu ildə Avstraliyada Melbrun şəhərində Royal Melbourne Children Hospital-da bir aylıq ixtisasartırma kursu.
Peşə fəaliyyətində beynəlxalq aləmdə öz həmkarları ilə elmi-praktik mübadilə və təkmilləşmə məqsədilə doktor Elnur Həsənov Azərbaycanda və dünyada keçirilən konfranslarda iştirakı davam edir.
2020-ci il 27 Sentyabr – 9 Noyabr tarixlərində suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması məqsədilə baş verən Vətən müharibəsində doktor Elnur Həsənov Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində rəhbərlik etdiyiyi Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin kollektivi ilə birgə birbaşa cəbhə bölgəsinə yollanaraq ordumuza yaxından köməklik göstərmiş, yaralı əsgərlərimizin sağalması, həyatlarının xilas edilməsi üçün peşəkar tibbi yardım göstərmidir.
Onun bir ürək cərrahı kimi müharibə bölgəsində iştirakı effektiv nəticələr vermişdir.
Elmi Cərrahiyyə Mərkəzində şöbə rəhbəri olaraq hazırda tibb elmləri doktoru Elnur Həsənov uşaq ürək cərrahiyyəsinin ən müasir nailiyyətlərindən öz işində faydalanaraq yeni-yeni əməliyyat texnikaları ilə ölkəmizdə uşaq kardiocərrahiyyəsinin inkişafında və əhalinin bu əməliyyatlara ehtiyaclarının təmin olunmasında öz töhvəsini verməkdə davam edir.

ÜZVÜ OLDUĞU TƏŞKİLATLAR:
Avropa CardioTorakal cərrahiyyə cəmiyyətinin (EACTS) üzvü
Azərbayan Ürək və Damar Cərrahiyyəsi cəmiyyətinin üzvü
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Jurnalının məsul redaktorudur.

DOKTOR ELNUR HƏSƏNOVLA ƏLAQƏ
TELEFON: (+994) 070 660 96 50ŞƏXSİ FACEBOOK PROFİLİ – DOKTOR ELNUR HƏSƏNOV
UŞAQUREKCERRAHI.AZ – ELNUR HƏSƏNOVUN UŞAQ ÜRƏK CƏRRAHİYYƏSİ BARƏDƏ WEB- İNTERNET SAYTI
FACEBOOK SƏHİFƏLƏRİ – UŞAQ ÜRƏK XƏSTƏLİKLƏRİ VƏ USAQ KARDİOCƏRRAHİYYƏSİ – Pediatric heart disease & heart surgery

VİDEO – “KORPE UREYİ” filmi. ‘Сердце ребёнка’. T.E.D. Uşaq kardiocerrahı Elnur Hesenovla birgə film.
VİDEO – Azerbaycanda rast gelinen anadangelme urek qüsurlarının növleri.  Dr.Elnur Hesenov. saglamTV
VİDEO – Doktor Elnur Hasanov. Uşaq kardiocerrehı. 1.5 yaşında körpəni belə xilas etdi.
VİDEO – Uşaq Urek cerrahı. Dr.Elnur Hesenov. il erzinde 250-300 uşağa komek edirik.
VİDEO – Falo tetradası. Ağçiyər arteriyasının stenozu. Anadangəlmə ürək qüsurları.
VİDEO – Uşaq kardiocerrahi. Dr.Elnur Hesenov. Ürek qüsurlu uşaqlarin muayine ve mualicesi. 

Facebook Comments