Elnur Həsənov. Uşaq kardiocərrahı

Uşaq ürək cərrahı, tibb üzrə elmlər doktoru, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəznində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin rəhbəri Elnur Həsənov 

Bioqrafiyası, Təhsili

Uşaq ürək cərrahı, tibb elmləri doktoru Elnur Novruz oğlu Həsənov 1976-cı

ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olmuş və həmin universiteti müvəffəqiyyətlə bitirmişdir.
Elnur Həsənovun atası Novruz Həsənov da tanınmış ürək həkimidir. Azərbaycanın və Rusiya Federasiyasının tibb elmləri doktorudur.

İş təcrübəsi

Elnur Həsənov ATU-nu bitirdikdən sonra azad təyinat götürərək xaricdə təhsilini davam etdirmək qərarına gəlib.
Rusiyanın Novosibirski şəhərində kliniki ordinaturanı, daha sonra aspiranturanı və doktoranturanı bitirmişdir.

Almaniyada internaturada olmuşdur. Dünyanın öndə gedən hospitallarında təcrübə keçmişdir. İngiltərənin London şəhərində, Almaniyanın Münhen və Berlin şəhərlərində, ABŞ-da Filadelfiya, Boston(Harvard), Miçiqan universitetlərində uşaq ürək cərrahiyyəsi ilə məşğul olan müxtəlif xəstəxanalarda təcrübəsinin artırıb. Əhəmiyyətli sertifikatlara sahib olmuşdur. Tibb elmləri namizədi elmi dərəcəsini aldıqdan sonra həkimlik fəaliyyətini daha aktiv bir şəkildə davam etdirib.
Son illərdə Elnur Həsənov rəhbərlik etdiyi uşaq ürək cərrahiyyəsi mərkəzinin həkimləri ilə birgə  ABŞ-ın kardiocərrahiyyə mərkəzlərində pediatrik kardiocərrahiyyə üzrə il ərzində bir dəfə aylıq təcrübəsi mübadiləsinə gedir bu sahədə tibbin ən son nailiyyətlərinə yiyələnirlər.
Anadangəlmə ürək qüsurları, uşaq ürək cərrahiyyəsi barədə əhalinin tibbi maarifləndirilməsində aktiv fəaliyyət göstərir.
İctimai-sosial əhəmiyyətli aksiyalarda yaxından iştirak edir.

İndiyədək ürək qüsurlu 3 mindən çox uşağın ürəyində əməliyyat aparmışdır. Hər il 300-ə yaxın ürək əməliyyatı icra edir.

Elnur Həsənov tibb elmləri doktoru dissertasiyasını da müvəffəqiyyətlə müdafiə etmişdir.

Onun rəhbərliyi altında formalaşmış həkim briqadası vaxtaşırı Azərbaycanın regionlarında yerləşən Müalicə-Diaqnostika Mərkəzlərində əməliyyatlar icra edir. Hazırda ən çox əməliyyatlarını Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Respublika Müalicə-Diaqnostika Mərkəzində həyata keçirir. Dünyanın aparıcı uşaq-ürək cərrahiyyəsi cəmiyyətlərinin üzvüdür. İl ərzində beynəlxalq konfranslarda iştirak edərək öz təcrübəsini xarici həmkarları ilə bölüşür.

Anadangəlmə ürək qüsurları müasir müalicəsi və uşaq kardiocərrahiyyəsi barədə çoxsaylı elmi məqalələri xarici ədəbiyyatlarda dərc olunmuşdur.

T.E.D. Elnur Həsənov Uşaq kardiocərrahiyyəsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Rezidentlərin Atestasiya Komissiyasının tərkib üzvlərindən biridir.

Doktor Elnur Həsənovla əlaqə telefonu: (+994) 070 660 96 50

“KORPE UREYİ” filmi. ‘Сердце ребёнка’. T.E.D. Uşaq kardiocerrahı Elnur Hesenovla birgə film.

Azerbaycanda rast gelinen anadangelme urek qüsurlarının növleri.  Dr.Elnur Hesenov. saglamTV

Doktor Elnur Hasanov. Uşaq kardiocerrehı. 1.5 yaşında körpəni belə xilas etdi. 

Uşaq Urek cerrahı. Dr.Elnur Hesenov. il erzinde 250-300 uşağa komek edirik.

Falo tetradası. Ağçiyər arteriyasının stenozu. Anadangəlmə ürək qüsurları.

Uşaq kardiocerrahi. Dr.Elnur Hesenov. Ürek qüsurlu uşaqlarin muayine ve mualicesi.

Facebook Comments