DOKTOR FARİZ BABAYEVİN HƏYATI
Dr. Fariz Babayev – Nefroloq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş Nefroloqu, Nefroloq, M.Cavadzadə adına Respublika Urologiya Xəstəxanasının şöbə müdiri. Avropa Nefroloqlar və Dializ Assosiasiyasının (ERA – EDTA), MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin üzvü və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS), Azərbaycan Nefroloji Yardım İctimai Birliyinin idarə heyətinin, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür. 23 iyun 2018“Tərəqqi Medalı” ilə təltif edilmişdir.[1]
Fariz Hənifə oğlu Babayev 16 Sentyabr 2021-ci il tarixində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Vuqar Qurbanovun əmrinə əsasən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru vəzifəsinə təyin edilmişdir
Babayev Fariz Hənifə oğlu 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə orta məktəbi “Qızıl medal” ilə bitirmişdir.
1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə pofikaktika fakültəsində təhsil almışdır.
Fariz babayev 1986-cı ildə Azərbaycan Tibb Universitetini “Fərqlənmə diplomu” ilə bitirmişdir.
1989-1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir.
1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi ,1994-cu ildən böyük elmi işçi kimi çalışmışdır.
Fariz Babayev 1994-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi üzrə dissertasiya işini müdafiə etmişdir. Hazırda Ə.Əliyev adına Az.DHTİ-nin hemodializ laboratoriyasının böyük elmi işçisi, 2003-cü ildən Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiridir.
2004-cü ildə “Vektor” Beynəlxalq Elmi Mərkəzi komissiyasının qərarı ilə “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunmuşdur. Ali dərəcəli həkimdir.
Fariz Babayev 1 səmərələşdirici təklifin, 2 metodik tövsiyyənin, 18 elmi-publisistik, 30-dan artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir.
“Həyatın iksiri”, “Xroniki böyrək çatışmazlığı” adlı kitabların həmmüəllifidir.
2003-cü ildən başlayaraq Səhiyyə nazirliyinin rəhbərliyi ilə Azərbaycanda hemodializ xidmətinin yenidən qurulması və təşkilində böyük əmək sərf etmiş, hemodializ uzrə gənc kadrların praktik hazırlanmasında və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə instutuntn bazasında yaradılan nəzəri kursların tədrisində aktiv iştirak etmişdir. Hal-hazırda da ölkədə fəaliyyət göstərən 41 hemodializmərkəzinin fəaliyyətinə öz diqqət və məsləhət-konsultativ köməyini əsirgəmir.
2006-cı ildən başlayaraq Nazirlər Kabinetinin qərarı ilə “Xroniki böyrək catışmazlıgı” üzrə qəbul olunan və 2020-ci ilə qədər hər beş il üçün yenidən işlənən Dövlət Proqramının hazırlanmasında və tərtibində yaxından iştirak etmişdir. Hazırda doktorluq dissertasiyası elmi işini tamamlamışdır.[2]
Dünya və Avropa Nefroloqlarının ABŞ, İspaniya, Çexiya, İtaliya, Fransa, Şotlandiya, Rusiya, Gürcüstan, Almaniya, Qazaxıstan. Honq-Qonq, Hollandiya, Türkiyə. Macarıstanda keçirilən konfrans və konqreslərinin iştirakçısıdır. 2009-cu ildə Səhiyyə Nazirliyinin göndərişi ilə Türkiyə Cümhuriyyətində, 2010-cu ildə nefroloji və transplantoloji yardımın təşkili üzrə Almaniyanın Berlin şəhərində ixtisasartırma kurslarında olmuşdur.
2004-cü ildə “Vektor” Beynəlxalq Elmi Mərkəzi komissiyasının qərarı ilə “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunmuşdur.
Fariz Babayev 1 səmərələşdirici təklifin, 2 metodik tövsiyyənin, 18 elmi-publisistik, 30-dan artıq elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir.
“Həyatın iksiri”, “Xroniki böyrək çatışmazlığı” adlı kitabların həmmüəllifidir.
Haqqında “Azərbaycan Səhiyyəsi bu gün”, “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə”, “Siyasi ləyaqət nümunəsi”, “Lənkərandan olan ziyalılar”, “Sağlamlığın bələdçisi”, “XXI əsrin ziyalıları” adlı toplularla məlumatlar dərc edilmişdir.
Bir sıra Fəxri Fərman və Diplomlara, həmçinin Azərbaycan İnkişaf Mərkəzinin “Peşəkar Həkim” dipölomuna layiq görülmüşdür.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 213 nömrəli sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Hobbisi musiqi və publisistikadır. Bir neçə mahnının, həmçinin məşhur “Lənkəran” mahnısının bəstəçisidir.
2014-cü ildə “Xatirələrim, düşüncələrim, müşahidələrim və yaxud mən kiməm ?” adlı publisistik kitabı çap olunmuşdur.
Ailəlidir, həyat yoldaşı həkimdir. Hər 2 övladı tibb universitetinin tələbəsidir.
Atası Hənifə Babayev
Babayev Hənifə Bayram oglu, uzun illər Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarinda və Ümumittifaq Elmi-Tədqiqat “Su geologiyasi” instituitunda laboratoriya və sektor müdiri vəzifələrində çalışmış, Xəzər dənizinin fitoplanktonunun, hidrosferin və biosferin ekoloji problemlərinin öyrənilməsində Azərbaycanın ən görkəmli elm xadimlərindən biri olmuş, bu məsələlərə dair 5 fundamental monoqrafiyanın və 50-dən artıq elmi məqalənin müəllifidir.
DOKTOR FARİZ BABAYEVİN
ÜZVÜ OLDUĞU QURUMLAR
2006-cı ildən Avropa Nefroloqlar və Dializ Assosiasiyasının üzvüdür.
Avropa Böyrək Assosiasiyasının üzvü
Dünya Nefroloqlar Cəmiyyətinin üzvü
Dünya Transplantoloqlar Cəmiyyətinin üvzüdü. Həmin Cəmiyyətin Azərbaycan, Orta Asiya Ölkələri, İran və Pakistan üzrə əlaqələndirici konsuludur.
İŞTİRAK ETDİYİ İXTİSASARTIRMA KURSLARI:
1992-ci ildə Nefrologiya üzrə,
1995-ci ildə Urologiya üzrə,
2003-cü ildə Nefrologiya və homodializ üzrə,
2007-ci ildə Səhiyyə nazirliyinin göndərisi ilə Türkiyə Cumhuriyyətində Nefrologiya üzrə,
2011-ci ildə Moskva Tibb İnstitutu nəzdində Nefrologiya üzrə.
DR. FARİZ BABAYEVİN MÜKAFATLARI:
2002-ci ildə “Qızıl Fonendoskop”,
2004-cü ildə “İlin həkimi”
2005-ci ildə “Şəfalı əllər”
2006-cı ildə “Hippokrat” və bir çox diplomlara layiq görülmüşdür.
Haqqında “XXI əsrin ziyalıları” (2004), “Şəfalı əllər” (2007), “Sağlamlığın bələdçisi” (2007) adlı biblioqrafik toplularda məqalələr dərc olunmuşdur.
Doktor Fariz babayev 2005-ci ildən Səhiyyə Nazirliyinin 118 saylı əmrinə əsasən yaradılmış “Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi” komissiyasının üzvüdür.
23.06.2018-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən sərəncama əsasən, səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Fariz Babayev “Tərəqqi” medalı ilə təltif edilmişdir.
İş yeri: Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası.
Səhiyyə Nazirliyinin 11 Mart 2019-cu il 13 saylı əmri ilə Fariz Babayev Azərbaycan Respublikasının Baş Nefroloqu təyin edilmişdir.
Fariz Hənifə oğlu Babayev 16 Sentyabr 2021-ci il tarixində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Vuqar Qurbanovun əmrinə əsasən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru vəzifəsinə təyin edilmişdir
DOKTOR FARİZ BABAYEVLƏ ƏLAQƏ:
+99450 313 50 05
VİDEO YOUTUBE – saglamTV. Fariz babayev. Nefroloq. Böyrək çatışmazlığı nədir? Böyrək çatışmazlığının çarəsi.
VİDEO YOUTUBE – Bakida boyrek gunu kecirildi. FARIZ BABAYEV. Nefroloq.
VİDEO YOUTUBE –Azər Bəy & DR. Fariz Babayev.TET A TET – LIDER TV
XƏBƏR LENTİ – PEŞƏKAR HƏKİM 2012 mükafatçısı – Dr.Fariz Babayev
VİDEO – Fariz Babayev – Nefroloq
Nefrologiya
Hemodializ – Dializ
Urologiya -Uroloqlar
Xroniki böyrək çatışmazlığı kitabı. Fariz Babayev. Nefroloq.
XƏBƏR LENTİ – Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev: Həm xroniki böyrək, həm dializ alan, həm də transplantasiya olunan xəstələr vaksinasiya oluna bilər
XƏBƏR LENTİ – Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev: Həm xroniki böyrək, həm dializ alan, həm də transplantasiya olunan xəstələr vaksinasiya oluna bilər
XƏBƏR LENTİ – Üç yüzə yaxın xəstə böyrək köçürülməsi üçün növbə gözləyir – Fariz Babayev
XƏBƏR LENTİ – “Nefrologiyanın aktual problemləri” mövzusunda elmi konfransı keçirilib 2022-ci il 10 Mart
Facebook Comments