RƏŞAD QULİYEV ANESTEZİOLOQ-REANİMATOLOQ, TOPÇUBAŞOV ADINA ELMİ CƏRRAHİYYƏ MƏRKƏZİ

RƏŞAD QULİYEV ANESTEZİOLOQ-REANİMATOLOQ, TOPÇUBAŞOV ADINA ELMİ CƏRRAHİYYƏ MƏRKƏZİ

Rəşad Quliyev 1973-cü il )ktyabrın 1-də Azərbaycanın Ağdam rayonunda anadan olmuşdur.
Ağdam şəhəri 2 saylı orta məktəbdə orta təhsil alan Rəşad Quliyev həmin məktəbi qızıl medalla bitirmişdir.
1990-cı ildə Rəşad Quliyev Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaftika 2 fakultəsinə daxil olmuşdur.
Birinci Qarabağ müharibəsi zamanı Rəşad Quliyev 1992-1993-cü illərdə tələbə vaxtı könüllü olaraq cəbhə bölgəsində yaralı əsgərlərimizə tibbi yardım göstərmək üçün Ağdam 1 saylı Hərbi Səhra Hospitalına gedib orada fəaliyyət göstərmişdir.
1993-cü ildə Rəşad Quliyev hazırki Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, keçmiş adı Eksperimental Cərrahiyyə Elmi Tədqiqat İnstitutunda tibb qardaşı kimi fəaliyyətə başlayıb.
Həmin vaxtdan İnternaturaya qədər xəstəxananın Reanimasiya və qəbul şöbəsində çalışmışdır.
Ali Tibb təhsilini İnternatura dövrünü Anesteziologiya və Reanimasiya şöbəsində işləmişdir.
İnternaturanı bitirdikdən sonra 1997-ci ildən etibarən həkim-anestezioloq-reanimatoloq kimi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində əmək fəaliyyətinə başlayıb. Hazırki vaxta qədər həmin klinikada fəaliyyətini davam etdirir.
Həkimlik fəaliyyəti dövründə Rəşad Quliyev təkmilləşmə məqsədilə çoxlu sayda beynəlxalq və yerli elmi-praktik konfranslarda, kurslarda iştirak etmişdir.
Rəşad Quliyev axtaşırı həkimlərin attestasiya imtahanlarından uğurla keçərək həkimlik fəaliyyətini davam elətdirir.
Dövlət xəstəxanasında çalışmaqla yanaşı uzun illər Medi luks və Xəzər klinikalarında anestezioloq-reanimatoloq kimi çalışmışdır.
Dəfələrlə Ədliyyə nazirliyinin Hərbi-Tibbi İdarəsinin xətti ilə cəzaçəkmə müəssisələrində məhbusların müayinə və müalicə aksiyalarında yaxından iştirak etmişdir.
2019-2020-ci illərdə dünyanı bürüyən koronavirus, COVİD 19 Pandemiyası vaxtı Yeni klinikada anestezioloq-reanimatoloq kimi koronavirus infeksiyası ilə mübarizə aparmışdır.
2021-ci ildə Hövsan Olimpiya Kompleksi COVİD 19 infeksiyası ilə mübarizə üçün ayrıldığı zaman oradakı modul tipli xəstəxananın ixtisaslı mütəxəssis kimi Reanimasiya şöbəsini yaradılmasında və fəaliyyətində yaxından iştirak etmişdir. Xəstələrə orada lazımi peşəkar tibbi xidmət göstərmişdir.
Bundan sonra isə pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə Abşeron rayon Məhəmmədi qəsəbəsində yaradılan Modul Tipli Xəstəxananın Reanimasiya şöbəsinin təşkilindi birbaşa iştirak etmişdir.
Rəşad Quliyev İkinci Qarabağ müharibəsində müharibəınin ilk günlərindən könüllü olaraq ordumuza kömək məqsədilə cəbhə bölgəsinə yollanmışdır. Ağdam rayonunda Hərbi hissədə peşəkar həkim kimi  iştirak etmişdir. Cəbhə bölgəsində döyüş əməliyyatlarında yaralanmış hərbçilərimizə tibbi yardım göstərmişdir.
Müharibədən sonrakı aylarda Şuşada Modul tipli xəstəxanda anestezioloq-reanimatoloq kimi xəstəxananın fəaliyyətinə yaxından töhvə vermişdir. Həmçinin Hadrutda da yaralı əsgərlərimizə tibbi yardım göstərmişdir.
2023-cü ildə Laçın-Şuşa yolunda Eko fəalların qış aylarında davam edən aksiyasında həkim kimi iştirak etmişdir.
Rəşad Quliyev həkim olaraq ümimilikdə 25 il anestezioloq-reanimatoloq kimi iş təcrübəsinə malikdir. O yeni ixtisaslı kadrların hazırlanmasında da fəalilıq göstərir.
Rəşad Quliyev 2022-ci ildə tibb sahəsində səmərəli və aktiv fəaliyyətinə görə “Səhiyyə əlaçısı” medalı ilə təlfif edilmişdir.
O 2020-ci ildə 44 günlük Vətən müharibəsində həkim mütəxəssis kimi xüsusi iştirakına görə TƏBİB və Silahlı Qüvvələrin Baş Komandanlığı tərəfindən Təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir.
Doktor Rəşad Quliyev 2023-cü ilin Sentyabr ayında Qarabağda 1 günlük antiterror əməliyyatında  Şuşa və Hadrutda ordumuza həkim mütəxəssis kimi dayaq olaraq iştirak etmişdir. Orada  yaralıların qarşılanması, onlara operativ şəkildə tibbi yardım göstərilməsində xüsusi fəallıq nümayiş etdirmişdir.
2023-cü il Oktyabr ayında doctor Rəşad Quliyevin 50 yaşı tamam oldu.
Onun məzmunlu həyat fəaliyyəti çalışdığı kollektivdə və dostları arasında yüksək qiymətləndirlir.
Elmi məqalə, tezis və monoqrafiya sayı: məqalə, tezis 17

DOKTOR RƏŞAD QULİYEVLƏ ƏLAQƏ:
İŞ YERİ – TOPÇUBAŞOV ADINA ELMİ CƏRRAHİYYƏ MƏRKƏZİ
TELEFON – +994 50 315 25 05


FACEBOOK PROFİLE – RƏŞAD QULİYEV (Raşad Kuliev) 
XƏBƏR LENTİ – Tanınmış anestezioloq-reanimatoloq Rəşad Quliyev Səhiyyə Nazirliyi tərəfindən mükafatlandırılıb
XƏBƏR LENTİ – ELMİ CƏRRAHİYYƏ MƏRKƏZİNİN ANESTEZİOLOGİYA VƏ REANİMASİYA ŞÖBƏSİ


YOUTUBE VİDEO – RƏŞAD QULİYEV ANESTEZİOLOQ-REANİMATOLOQ. RASHAD GULİYEV DOCTOR . TOPÇUBAŞOV ADINA ELMİ CƏRRAHİYYƏ MƏRKƏZİ

 

Facebook Comments