SEYMUR XƏLİLOV ÜMUMİ CƏRRAH, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU, MƏRKƏZİ NEFTÇİLƏR XƏSTƏXANASI

Ümumi cərrah, proktoloq, Tibb üzrə Fəlsəfə doktoru Seymur Xəlilov  1969-cu ildə Azərbaycanın Kəlbəcər rayonunda fəhlə ailəsində anadan olub.
Orta məktəbə doğulduğu kənddə getsə də sonradan orta təhsilini Bakı şəhərində Kimya-Biologiya təmayüllü məktəbdə davam etdirib.
1986-cı ildə 8 nömrəli Kimya-Biologiya təmayüllü məktəbdə orta təhsilini başa çatdırıb.

DR. SEYMUR XƏLİLOVUN TƏHSİLİ VƏ ƏMƏK FƏALİYYƏTİ:
Həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub.
1986-1995 – Azərbaycan Dövlət Tibb Universitetində təhsil olub.
İnstitutun birinci kursunu başa vuranda SSRİ silahlı qüvvələrində əsgəri xidmətə gedib.
2 il ərzində Rusiya Federasiyasında orduda xidmət edib.
Əsgəri xidməti bitirdikdən sonra yenidən ATU-da ali təhsilini davam etdirib.
Birinci Qarabağ müharibəsi Seymur Xəlilovun tibb institutunun 5-ci kursunda təhsil aldığı dövrə təsadüf edib.
O 1992-ci ildə hərbi zabit kimi ordu sıralarına çağırılıb və birbaşa cəbhə xəttində Kəlbəcər-Ağdərə döyüşlərinin həkim-feldşer kimi aktiv iştirakçısı olub. Həkim-feldşer olaraq döyüşdə yaralılara tibbi yardım, yaralıların döyüş bölgəsindən evakuasiyası, təxliyyə olunması işini təkil edib.
Ali tibb təhsilini bitirdikdən sonra qısa bir müddət Bakıda poliklinikaların birində işləmidir.
Doktor Seymur Xəlilov 1995-1996 – cı illərdə 5 saylı Xəstəxanada internatura təhsili alıb.
Rusiya Federasiyası Saratov Tibb Universitetində həm ali təhsilini, həm də həkimlik fəaliyyətini davam etdirmişdir.
1997-ci ildən 2004-cü ilədək Rusiya Federasiyası Saratov şəhərində 8 nömrəli vilayət şəhər xəstəxanasında həkim-cərrah kimi çalışmışdır.
Həkim işlədiyi dövrdə Saratov Dövlət Tibb İnstitutunun aspirantı olmuşdur.
Həmin dövrdə cərrahiyyə ixtisası üzrə elmlər namizədi dissertasiya müdafiə etmişdir.
Daha sonra Moskva şəhərində Koloproktologiya institutunda çalışmışdır.
(Хирургия.Колопроктология. в Центр Колопроктологии России. Общая хирургия. Аспирантура. в Саратовский госудаственный медицинский унивеситет)
2004-cü ildə vətənə qayıtmışdır. 2004-dən bu günədək doktor Seymur Xəlilov Mərkəzi Neftçilər Xəstəxanasında çalışır.
2013-cü ildə doktor Seymur Xəlilov Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində cərrahiyyə üzrə dissertasiya müdafiəsini davam etdirmişdir.
“Aşağı ətrafların amputasiyasından sonra mədə və 12 barmaq bağırsağın stress xoralarının müalicə xüsusiyyətləri ” mövzusunda dissertasiya müdafiə etmiş, Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Doktor Seymur Xəlilov 24 məqalə və tezislərin (Rusiya, Belorusiya, Qazaxıstan və Azərbaycan tibb jurnallarında dərc olunub.) müəllifidir.
Bu elmi məqalələrin 6-ı Azərbaycan elmi jurnallarında dərc olunub.
2020-ci ildə doktor Seymur Xəlilov bütün dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizədə yaxından iştirak etmişdir.
Qeyd etməliyik ki, Mərkəzi Neftçilər Xəstəxanası direktor Musa Abbasovun rəhbərliyi ilə pandemiya dövründə Covid 19-la mübarizədə böyük rol oynayıb.
Virusun tüğyan elədiyi müddətdə 2 ay ərzində şöbələrin birinə məhs doktor Seymur Xəlilov rəhbərlik edib. İnfeksiyaya yoluxmuş xəstələrə həm qulluq göstərib, həm də virusa yoluxmuş əməliyyat olunmalı xəstələrlə işləyib.
Doktor Seymur Xəlilov 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır.
Qeyd etməliyik ki, doktor Seymur Xəlilov 2020-ci il 27 Sentyabrda başlayan Qarabağın düşmən tapdağından azad olunması, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün bərpası uğrunda başlayan müharibədə iştirak edən fədakar həkimlərimizdən biridir.
O 44 günlük müharibənin ilk günlərindən Neftçilər xəstəxanasının tibbi heyəti ilə birlikdə cəbhə bölgəsinə getmişdir. Gəncə şəhərində yerləşən Mərkəzi Hospitalda fəaliyyət göstərmişdir. 50 gündən artıq müddət ərzində həkim-cərrah kimi yaralı əsgərlərimizə, ordumuza tibbi yardım göstərmiş, cərrahi əməliyyatlar icra etmiş, digər formalarda köməklik  göstərmişdir. Müharibədə həkimlik fəaliyyətinə görə doktor Seymur Xəlilov fərqlənmə diplomları, təşəkkürnamələrlə təltif edilib.
Onun təmsil olunduğu tibbi briqada təxminən 840 yaralının cərrahi əməliyyatını, müalicəsini təşkil edib.
Seymur Xəlilov AZƏRTAC-a müharibə ilə bağlı xatirələrini bölüşərək deyib: “Birinci Qarabağ savaşında Kəlbəcər-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə həkim-feldşer kimi fəaliyyət göstərmişəm.
Həmin vaxtlar Azərbaycan Tibb İnstitutunun – indiki Azərbaycan Tibb Universitetinin tələbəsi idim. Təxminən 3 ay müddətində cəbhədə oldum. Döyüş meydanında yaralılara ilk tibbi yardım göstərirdim. Yaralıların və şəhidlərin döyüş meydanından çıxarılmasını – evakuasiyasını təşkil edirdim.
Vətən müharibəsi zamanı isə həkim-cərrah kimi çalışmışam. Müharibə başlayan gün çalışdığım kollektivin bir qrup tibbi heyəti ilə könüllü olaraq cəbhə bölgəsinə yollandıq. Axşam hərbi hospitalların birində mövqe tutduq.
Tibbi briqadanın nəzdində demək olar ki, bütün ixtisaslar üzrə həkimlər – ümumi cərrahlar, travmatoloq-ortopedlər, neyrocərrah, döş boşluğu cərrahı, həkim reanimatoloq-anestezioloq və orta-kiçik tibbi personalları var idi.
Çox ağır və çətin bir mənzərə ilə qarşılaşdıq. Xeyli sayda yaralını qəbul etməyə başladıq. Onların böyük əksəriyyəti ağır yaralılar idi. Vətən müharibəsi aparılan döyüş taktikasına, silah və hərbi texnikaların xüsusiyyətlərinə görə Birinci Qarabağ savaşından fərqləndiyi kimi qeydə alınan yaralanmalar, travmalar, yaralıların ağırlıq dərəcəsi də tamamilə fərqlənirdi. Müştərək travmalar üstünlük təşkil edirdi. Əksər yaralılarda bədənin böyük sahələrini əhatə edən yanıqlar, eyni zamanda, baş, üz, göz, döş qəfəsi, qarın boşluğu yaralanmaları, ətrafların açıq yaraları, sınıqları müşahidə edilirdi.
Hərbi qulluqçular bədənin müxtəlif sahələrində çoxsaylı qəlpə yaraları ilə gətirilirdilər. Bəzən bir yaralı üzərində iki, üç, hətta dörd və beş həkim briqadası çalışmalı olurdu. Əməliyyata alınan bir çox yaralıda həyatı vacib orqanların cırılması, dağılması, böyük ölçüdə qan itkilərinə rast gəlinirdi. Ətrafların açıq sınıqları, ətrafların qopması, yəni travmatik amputasiyaları üstünlük təşkil edirdi.
Əksər yaralılar birbaşa döyüş meydanından gətirilirdilər. İşin təşkilinə gəldikdə isə hər şey normal qurulmuşdu və hər kəs öz yerində, işinin başında idi. İlk günlərdə bəzi çatışmazlıqlar olmasına baxmayaraq, qısa zaman ərzində hər şey tam şəkildə təşkil edildi. Dərman, tibbi ləvazimat və tibbi alətlər çatışmazlığı aradan qaldırıldı. Bu işdə dövlət qurumları və hətta müxtəlif vətəndaşlar bizə dəstək oldular.
Yaralılar birinci qəbula gətirilir və elə oradaca çeşidlənirdilər. Yüngül yaralılara qəbul şöbəsində tibbi yardımlar göstərilirdi.
Orta və ağır yaralılar isə qəbul şöbəsindən birbaşa əməliyyatxanalara qaldırılırdılar. Həkimlər ardıcıl qaydada bir-birini əvəz edərək işlərini davam etdirirdilər.
Qeyd edim ki, orta və kiçik tibbi personal xüsusi fədakarlıq göstərirdi. Hər mərtəbədə reanimasiya şöbəsi təşkil olunmuşdu. Həkim-reanimotoloqların sayəsində ağır yaralılar və əməliyyat olunan xəstələrimiz salamat qalırdılar. Bizə kömək və dəstək məqsədilə digər tibb müəssisələrindən də gələnlər oldu. Hətta qardaş Türkiyədə təhsil alan bir qrup tələbəmiz bizə köməyə gəldilər”
Müharibədən sonra doktor Seymur Xəlilov 2021, 2022 və 2023-cü illərdə doğulduğu Kəlbəcər rayonuna gedib öz ata-baba yurdunu ziyarət etmişdir.

DOKTOR SEYMUR XƏLİLOV BU XƏSTƏLİKLƏRLƏ MƏŞĞUL OLUR:
Doktor Seymur Xəlilov Mərkəzi neftçilər Xəstəxanasında ən çox sayda koloproktoloji əməliyyatlar icra edən həkimdir.
Ümumi cərrahi ( mədə-bağırsaq traktının cərrahi xəstəlikləri, xora xəstəliyi,
xoş və bədxassəli şişlər,
qarın boşluğu orqanlarının irinli-iltihabi xəstəlikləri,
qarın divarının bütün növ yırtıqları, abdominoplastika),
Koloproktoloji xəstəliklərin (yoğun bağırsağın irinli-iltihabi xəstəlikləri,
xoş və bədxassəli şişləri, anadangəlmə qüsürları,
babasil, anal çatlar, müxtəlif növ pararektal fistulalar,
anal sfinkerin xəstəıikləri-strikturaları, çatmamazlıqları,
abseslər, paraproktitlər, büzdüm nahiyyəsinin cərrahi xəstəlikləri
dermoid kistalar və s.) diaqnostika və müalicəsi ilə məşğul olur.
Ümumi Cərrahi, Koloproktoloji əməliyyatları uğurla həyata keçirir.

DOKTOR SEYMUR XƏLİLOVLA ƏLAQƏ:
Mərkəzi Neftçilər Xəstəxanası
Telefon: +994 50 678 61 05

FACEBOOK PROFİLE – SEYMUR XƏLİLOV ÜMUMİ CƏRRAH, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU
XƏBƏR LENTİ – AZERTAG – DR.SEYMUR XƏLİLOV: BƏZƏN BİR YARALI ÜZƏRİNDƏ 5 HƏKİM BRİQADASI ÇALIŞMALI OLURDU…


YOUTUBE VİDEO – CƏRRAH SEYMUR XƏLİLOV MƏRKƏZİ NEFTÇİLƏR XƏSTƏXANASINDA CƏRRAHİ XİDMƏTİN TƏŞKİLİ VƏ PROKTOLOJİ XƏSTƏLİKLƏR, O CÜMLƏDƏN BABASİL HAQDA

Facebook Comments