Kişilərdə cinsi aktın həyata keçirilməsində ereksiya, emissiya və eyakulyasiya fazaları ayırd edilir.
Ereksiya və emissiya.
Cinsi partnyorun iştirakı ilə və ya hətta yoxluğu şəraitində baş verəcək cinsi əlaqə haqqında fıkir, cinsi orqanın, yəni penisin ereksiyasını törədə bilər. Eynilə erogen zonaların, xüsusilə penis başının mexaniki qıcıqlandırılması ereksiyaya səbəb olur.
Ereksiya onurğa beyninin büzdüm hissəsində yerləşən parasimpatik törəmələrin fəallaşaraq cinsi sinirlə penisin mağaralı və süngəri cisim arteriollar göndərdiyi impulsların hesabına başlanır; bu impulslar sözügedən arteriyaları genişləndirir və venaları hissəvi olaraq daraldaraq, venoz qanın qayıdışını blokada edir. Nəticədə hər iki mağaralı cisimdə qan təzyiqi yüksəlir, hansılar ki, qanla dolub gərilir və bunun hesabına penis uzanır, böyüyür, bərkiyir. Parasimpatik impulslar həm də uretral və bulbouretral vəzilərin sekresiyasını artırır. Koitusun gedişində friksiyalar zamanı cinsi stimul gücləndikdə onurğa beyinin yuxarı bel və aşağı torakal hissələrində yerləşmiş mərkəzlərin fəallaşması, toxumçıxarıcı axarın ampulyar hissəsinin yığılması başlanır. Nəticədə sperma sidik kanalının proksimal hissəsinə transportasiya olunur; bu faza emissiya adlanır. Sonuncu orqazmın başlanğıcıdır.
Eyakulyasiya.
Sidik kanalının proksimal hissəsinin sperma ilə dolması cinsi sinirin afferent liflərini və bu yolla onurğa beyinin cinsi reflektor mərkəzlərini oyadır ki, sonuncuların impulslarının təsiri altında, penisin əsasında yerləşmiş olan oturaq-mağara və soğanaq-mağara əzələlərinin ritmik yığılmalarını törədir. Nəticədə sperma ritmik olaraq sidik kanalından xaricə atılır. Başqa sözlə toxumun atılması və ya eyakulyasiya baş verir. Bu zaman bədən əzələləri, xüsusilə sarğı və bel əzələləri ritmik olaraq yığılır ki, bu da penisin uşaq yoluna daha dərin daxil olmasına kömək edir; emmisya və eyakulyasiya isə kişidə orqazm yarardır. Sonuncudan sonra kişinin cinsi oyanıqlığı sürətlə və çox azalır; ereksiya qurtarır və yalnız müəyyən bir müddətdən sonra yenidən təkrar oluna bilər; bir neçə dəqiqədən bir neçə saata qədər davam edən refrakter dövr qeyd edilir.
Qeyd etmək lazımdır ki, koitusdan əvvəlki bütün mərhələlər, reaksiyalar və koitusun özü, qanda testosteronun səviyyəsindən güclü dərəcədə asılıdır. Orxiektamiyadan sonra cinsi meyllik itir. Kastrasiya kişinin ereksiya və mayalandırmaq qabiliyyətinə son qoyur.
Mənbə: “Seksologiya və seksopatologiya” kitabı. Bakı. 2017-ci il nəşriyyatı
Andrologiya
Cinsi həyat
Parnoqrafiya
Erotika
Seksual akt
Kişi və qadınların seksoloji müayinə üsulları
Ereksiya. Eyakulyasiya. Kişilərdə seksual akt
Urologiya-andrologiya
Seksologiya və seksopatologiya
Seksologiya və andrologiya barədə videolar-Wikimed.az
Rauf Rzayev. Uroloq-androloq
Facebook Comments