İSA İSAYEV PROFESSOR, TİBB ELMLƏRİ DOKTORU, MOM


1972-ci ildə İsa İsayev N.N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda Müalicə-profilaktika fakültəsində təhsil almışdır.
1975-1977-ci illərdə İsa İsayev SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunda (Obninsk şəhəri) 2 illik «tibbi rentgenologiya və radiologiya» üzrə klinik ordinatura keçmişdir.
1987-1989-cu illərdə SSRİ Tibb Elmləri Akademiyasının N. N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində klinik onkoradiologiya üzrə doktorantura təhsili almışdır.
1972-1974-cü illərdə SSRİ Ordu sıralarında həkim vəzifəsində çalışmışdır.
1981-ci ildə İsa İsayev SSRİ TİBB Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunun (Obninsk şəhəri) Elmi Şurasının qərarı ilə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir (mövzu: “Limfoqranulematoz (Hodkin’s disease) xəstəliyinin III-IV mərhələlərində şüa müalicəsinin (Radiation Therapy) kombinə olunmuş müalicədə rolu”)
1982-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunda şüa müalicəsi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1982-ci ildən etibarən İsa İsayev Azərbaycan Respublikası Rentgenologiya, radiologiya və onkologiya Elmi-tədqiqat institutunda (hazırda-Milli Onkologiya Mərkəzi) şüa müalicəsi şöbəsində kiçik elmi işçi vəzifəsində fəaliyyətinin davam etdirmiş və daha sonra baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.
Hal-hazırda İsa İsayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsinin rəhbəri, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, professordur.
İsa İsayev Beynəlxalq Ekoenergetika Akademiyasının müxbir üzvü, Amerika və Rusiya Terapevt-Onkoloq-radioloq cəmiyyətlərinin həqiqi üzvüdür.
İsa İsayev  1990-ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb Elmləri Doktoru elmi dərəcəsi verilmişdir  (mövzu: Qida borusu xərçənginin dinamik rejim və radiomodofikatorlala birgə şüa müalicəsi)
Professor İsa İsayev 200-dən çox elmi işin, 3 monoqrafiya-tibbi dərsliklərin müəllifidir. Onun rəhbərliyi altın­da ona yaxın tibb üzrə fəlsəfə doktoru hazırlanmışdır.
PROFESSOR ISA ISAYEVLƏ ƏLAQƏ:
(+99412) 537-08-11
EMAİL:  i_ isayev[a]mail.ru
MİLLİ ONKOLOGİYA MƏRKƏZİ


Şöbənin rəhbəri  Azərbaycan Respublikası əməkdar elm xadimi, tibb elmləri doktoru, professor  İsayev İsa  Hüseyn oğlu. Şüa Terapiya Şöbəsi, 1940-cı ildə rentgenologiya, radiologiya və onkologiya Elmi Tədqiqat İnstitutunun  nəzdində yaradılıb. Hal-hazırda şöbənin kadr (qabaqcıl avropa və amerika klinikalarında təhsil) və texniki (müasir aparatura və kompüter proqramları) potensialı bədxassəli şişlərin radioterapiyasında bütün müasir üsullardan istifadə etməyə imkan verir. Şöbədə eyni zamanda elmi tədqiqatlar, kadr hazırlığı həyata keçirilir.
Şüa terapiyası şöbəsində müsair onkologiyada dünyanın aparıcı klinikalarında istifadə edilən bütün metodlar tam həcmdə həyata keçirilir. Bunlara:
2D konvensional şüa müalicəsi,
3D komformal şüa müalicəsi,
İntensivliyi modulyasiya edilmiş şüa müalicəsi (İMRT),
İGRT ( image-guided radiotherapy),
Qövsvari rotasiyalı intensivliyi modulyasiya edilmiş  şüa müalicəsi(RapidArc),
Stereotaktik radiocərrahiyyə (SRS),
Stereotaktik bədən radioterapiyası (SBRT),
Braxiterapiya (orqandaxili  şüa müalicəsi-ginekoloji onkoloji patologiyalarda və qida borusu xərçəngində, toxumadaxili şüa müalicəsi prostat və süd vəzi xərçəngində), konkurrent radiokimyaterapiya daxildirlər;
Şüa müalicəsi şöbəsində aparılan elmi tədqiqatlar aşağıdakı problemləri əhatə edir:
Qeyri-standart distansion və müştərək şüa terapiyasının, müxtəlif konkurrent ra­dio­kimyaterapiya rejimlərinin müqayisəli tədqiqi,
Müxtəlif orqanların bədxassəli şişlərin müalicəsində braxiterapiyanın effektinin öyrənilməsi,
Radiomodifikasiya edici agentlərin səmərəliliyinin öyrənilməsi,
Cərrahi əməliyyat önü və sonra şüa müalicəsinin müxtəlif variantlarının effektinin  öyrənilməsi,
Şüa, radiokimyaterapiya zamanı və müalicə qurtardıqdan sonra rast gələn reaksiya, fəsadların tədqiqi, onların optimal profilaktika və müalicə rejimlərinin hazırlanması.
Şüa terapiyası şöbəsi ən müasir avadanlıqlarla təchiz edilmişdir.
On­lar­dan:
Xətti sürətləndiricilər:
CLİNAC DHX 2100 CD (Varian firması, ABŞ)- 2 ədəd
CLİNAC 600C (Varian firması, ABŞ)- 1 ədəd
CLİNAC UNİQUE (Varian firması, ABŞ)- 1 ədəd
TrueBeam™ STX-2,0 sistemi quraşdırılır (Varian firması, ABŞ)
Gamma Med HDR Plus – braxiterapiya aparatı (Varian firması, ABŞ)
Terabalt – Co60 mənbəli aparat (Çexiya)
Rentgenoterapevtik aparat (Gulmay Medical X-ray Therapy Machine, İngiltərə)
Siemens Somatom – KT simulyator (Almaniya)
PHİLİPS BV Libra mobil rentgen nəzarət aparatı (Hollandiya isterhsalı)
Şüa müalicəsinin aparılması üçün müvafiq kompüter proqramları (ECLİPSE plan­laş­dırma sistemi -ABŞ istehsalı, Braxiterapiyanın idarəetmə sistemi – Gamma Med iX Bra­chyth­erapy Treatment Console- ABŞ istehsalı, BRACHYVISION planlaşdırma sistemi -ABŞ istehsalı, XİO Workstation 2006 planlaşdırma sistemi- Almaniya istehsalı, FOCAL Workstation topometrik iş stansiyası- Almaniya istehsalı).
Şüa terapiyası şöbəsinin bütün həkimləri göstərilən radioterapevtik cihazlardan tam həcmdə istifadə edirlər. Bu məqsədlə onlar dəfələrlə Avropanin (Almaniya, Belçika, Fransa, İngiltərə, Çexiya, Türkiyə və digərləri) aparıcı uni­ver­si­tet klini­ka­la­rında uzun müddətli kurslarda olmuşlar  və tədris prosesi fasiləsiz davam etd­i­ri­lir.

VİKİPEDİYA SƏHİFƏSİ – T.E.D. PROFESSOR İSA HÜSEYİN OĞLU İSAYEV
XƏBƏR LENTİ – Professor İsa İsayev “Əmək” ordeni ilə təltif edildi
XƏBƏR LENTİ – Zərdabi yurdunun daha bir ziyalısı Milli Onkologiya Mərkəzinin şöbə müdiri professor İsa İsayev.
XƏBƏR LENTİ – ARCHIVES FOR CORRESPONDING MEMBERS – PAGE. PROFESSOR İSA İSAYEV
XƏBƏR LENTİ – Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib
XƏBƏR LENTİ – MİLLİ ONKOLOGİYA MƏRKƏZİ – ŞÜA MÜALİCƏSİ
XƏBƏR  LENTİ – Milli Onkologiya Mərkəzində bədxassəli şişlərin şüa müalicəsi üçün ən müasir universal sistem quraşdırılıb
XƏBƏR LENTİ – İsa İsayev “Əmək” ordeni ilə təltif edildi


YOUTUBE VİDEO – saglamTV. Şüa terapiyası nədir? Milli Onkologiya Mərkəzindən REPORTAJ
YOUTUBE VİDEO – PROFESSOR İSA İSAYEV


Facebook Comments