5-Th İnternational Conference of Lip Cleft and Palate
2018-ci il Oktyabrın 27-28-də Bakıda, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) V beynəlxalq dodaq və damaq yarığı konfransı keçirildi
Video çarx – 5-ci Beynəlxalq Dodaq-damaq yarığı konfransı
Wikimed.az xəbər verir ki, konfrans ADHTİ, Türkiyə Dodaq və Damaq Yarıqları Dərnəyi, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin təşkilatçılığı ilə reallaşıb.
Tədbiri ADHTİ-nin rektoru, professor Nazim Qasımov açaraq son illər ölkəmizdə plastik cərrahiyyə, o cümlədən üz-çənə, dodaq və damaq yarığı cərrahiyyəsi sahəsində əldə edilən uğurlar və tibbi yeniliklərin tətbiqi barədə danışıb.
Türkiyəli professor İbrahim Yıldırım, Figen Özgür və Sərvət Doğan, Azərbaycan Plastik Cərrahlar İctimai Birliyinin sədri Vaqif Qələndərli konfransın işinə uğurlar arzulayıblar. Tədbirdə həmçinin ATU Ağız və Üz Çənə Cərrahiyyəsi kafedrasının müdiri Çingiz Rəhimov, digər tanınmış professorlar çıxış etdilər.
Konfransın ilk günündə dodaq yarığı cərrahiyyəsində fərqli yanaşma və nəticələr, damaq yarıqlarında funksional bərpa, üz və dodaq nahiyəsi deformasiyalarında cərrahi müdaxilə, birtərəfli və ikitərəfli dodaq və damaq yarıqlarının ilkin cərrahi yardımdan əvvəl NAM müalicəsi və əməliyyata hazırlıq mövzularında müzakirələr aparılıb. Həmçinin dodaq və damaq yarıqlarının və üz nahiyəsində yaranan müxtəlif toxuma qüsurlarının rekonstruksiyası cərrahiyyəsinin ən mübahisəli problemlərinin həllinə yönəldilmiş elmi araşdırmaların nəticələri də konfransın proqramına daxil edilib.
Qeyd olunub ki, anadangəlmə anomaliya olan dodaq və damaq yarıqlarına hər min doğumdan, damaq yarıqlarına isə hər 2,5 min doğumdan bir rast gəlinir. Dünyanın hər yerində qeydə alınan bu anomaliyalar uşaqlar arasında psixi və fiziki inkişaf problemlərinə səbəb olur. Onun aradan qaldırılması üz-çənə cərrahiyyəsinin ən aktual problemləri sırasına aiddir.
Ölkəmizin və Türkiyənin tanınmış mütəxəssisləri cərrahiyyənin bu sahəsində dünyada baş verən yeniliklər, öz təcrübələrində üzləşdikləri hallar və tətbiq olunan ən son tibbi üsullar barədə məruzələrlə çıxış ediblər.
Konfrans Səhiyyə Nazirliyində akkreditasiyadan keçib və iştirakçılara kredit ballarla təmin olunan sertifikatlar veriləcək.
Beşinci beynəlxalq dodaq və damaq yarığı konfransına oktyabrın 28-də yekun vuruldu.
Konfrans barədə ətraflı video çarx
Vaqif Qələndər – Estetik-plastik cərrah
Nazim Qasımov – Az.DHTİ-un rektoru
Müstəqillikdən sonra Türkiyəyə göndərilən ilk azərbaycanlı tələbələr (Nadir fotolar)
Çingiz Rəhimov – Professor
Video çarx – 5-ci Beynəlxalq Dodaq-damaq yarığı konfransı
Prof. Dr. İbrahim Yıldırım: “Azərbaycan Xalq Cumhuriyyəti tələbələri”. İstanbula göndərilən azərbaycanlılar
5-Th Conference of Lip Cleft and Palate
Video çarx – 5-ci Beynəlxalq Dodaq-damaq yarığı konfransı
Facebook Comments