VAQİF QƏLƏNDƏR PLASTİK-REKONSTRUKTİV CƏRRAH, TİBB ELMLƏRİ DOKTORU

Vaqif Qələndər (tam adı:Vaqif Məhərrəm oğlu Qələndərov) — Tibb uzrə elmler doktoru,professor,Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının müavini, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah


Bakıda V beynəlxalq Dodaq və damaq yarığı konfransı
VİDEO ÇARX – 5-Th İnternational Conference of Lip Cleft and Palate.

Vaqif Qələndərin həyatı

Vaqif Məhərrəm oğlu Qələndərli 1969-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur.

1987-cı ildə Göyçe mahalının Krasnoselo rayonunda orta mektebi qızıl medalla bitirib Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur. 1988-1990- cı illərdə Macarıstanda hərbi xidmətde olmuşdur.
1993-cu ildə Tibb Universitetini əla qiymətlə oxuduğuna görə 4-cu kursdan Türküyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsinə təhsilini davam etdirmək ücün göndərilmişdir.
1995-ci ildə həmən universiteti bitirərək Tibb doktoru ünvanı almışdır. 1995-ildə universiteti bitirdikdən sonra Turküyənin İstanbul Universitetinin Capa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzinde uzmanliq imtahanı verərək ixtisasa başlamışdır.
1995-2000-ci illərdə Azərbaycan Dovlət Təhsil nazirliyi və Səhiyyə nazirliyi xətti ilə təqaudlu olaraq İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin Plastik və Rekanstruktiv mikrocerrahiyyə mərkəzində təhsil almışdır.
2000-ci ilde məzun olaraq Plastik və Rekonstruktiv cerrrahiyye Uzmanı ünvanı almışdır.
2003-cu ildə «İnternal mammariyan arteryaya dayalı yeni ada flebi »adlı yeni cərrahiyyə metodu adlı disertassiya müdafiyə edərək Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi ünvanı almışdır. 11.02.2004 ildə Azərbaycan Milli Akademiyasının konfrans zalında ,Tibb Universitetinin,Səhiyye Nazirliyinin və Akademiyanın Biologiya-tibb elmləri bolməsinin birlikdə iştirakı ilə keçirilen elmi seminarda “Plastik və Rekonstruktiv mikrocərrahiyyədə elmi yeniliklər və yeni cərrahiyyə üsulları” adlı məruzələri dinlənildi.Akademyanın Reyaset Heyyetinin No:p-15 qərarı ilə Azərbaycan Atestasiya Komissiyasına ona professor elmi adının verilməsi tovsiyyə olundu.

Vaqif Qələndər 2001-2007 –ci illerde Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Mərkəzi kliniki xəstəxanasinda və Respublika Kliniki xəstəxanasında plastik və rekonnstruktiv cərrah isləmisdir. 2007-cı ilden «Qələndər Plastik və Rekonstrutiv cərrahiyyə»klinikasının rəhbəri işləyir. 2001-ci ilden Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci Cerrahi xestelikler kafedrasinin ve Agiz ve Uz-cene cerrahiyyesi kafedralarinin muellimi ve dosenti vezifəsində çalışmışdır . Hal hazırda Azərbaycan Dövlet Tibb Universitetinin və Azərbaycan Həkimləri Təkmilləşdirmə Üniversitetinin plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə rezidentlərinin hazırlanmasının kuratorudur,professor vəzifəsində çalışır.

Azərbaycan Dövlət Tibb Universitetində «Yumşaq toxumaların böyük defektlərinin rekonstruksiyasının yaxşılaşdirılmasi yolları»adlı disertasyasını yekunlasdırmış və Ali Atestasiya Komisyasi tərəfindən 12.07.2017 ci ilde tibb uzrə Elmlər Doktoru elmi dərəcəsi verilmişdir. Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası uzrə tələbələrin və rezidentlərin hazırlanması üçün universitetimizdə ilk dərslik və dərs vəsaitinin müəllifidir.
ABŞ-da nüfuzlu Florida universitetində Rui Fernandesin muəllifi olduğu “Local and Regional Flaps in Head & Neck Reconstruction” A Practical Approach dərsliyinin 20 ci fəslində “ Daxili döş arteriyası cərrahiyyəsi:yeni flebin təsviri”adlı bərpa üsulu rezidentlərin və bu sahənin mutəxsisləri üçün “Vaqif

Qelender” metodikası kimi tedris olunur. Altı yeni cərrahiyyə metodu,78–elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunmuşdur. 2 dəfə dirsəkdən qopmuş qolun 6 -saat və 8-saatdan sonra təkrar yerinə replantasyası(bərpa olunması)əməliyyatını müvəfəqiyyətlə həyata kecirmişdir. 32-dən çox xarici ölkə elmi konfranslarında məruzəçi olarag iştirak etmişdir. Ölkəmizde keçirilən bir çox Beynelxalq form və konfransların istirakçisi və məruzəçisi olmuşdur.

Ölkəmizdə 3 dəfə beynəlxalq Plastik və Rekonstruktiv cərrahiyyə konfranslarının bilavasitə təşəbbüskarı və təşkilatcisi olmuşdur. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədridir.(PCİB) Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə konfedrasyasının idarə heyyətinin üzvü və milli numayəndəsidir.(İPRAS) Beynəlxalq Plastik və Estetik Cərrahiyyə

Assosasiyasının milli katibidir.(ISAPS) Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının sedr müavini Vaqif Qələndər 1990-cı ilin yay günlərindən birində Türkiyənin televiziya kanalları, nüfuzlu qəzetləri belə bir sensasiyalı xəbər yaydılar:
“Qolunu dəzgah qoparmış 28 yaşlı Mustafa Əkər adlı bir xəstəni məşhur xəstəxanaların heç biri qəbul etmədikdən sonra Capa xəstəxanasına gətirmişlər. Gənc həkim Vaqif Qələndərli bu ağır işi öz öhdəsinə götürmüş və 9 saat xəstə üzərində işləmiş, misilsiz, analoqu olmayan qələbə qazanmışdır”.

Vaqif Qələndər indi İPRAS İnternational Plastik-Reconstruktiv Suergary Sosiety) kimi mötəbər beynəlxalq təşkilatda ən yüksək səviyyədə təmsil olunmaqdadır. O həmin təşkilatın İdarə Heyətinin üzvüdür.

Onu da bildirməliyik ki, Vaqif Qələndər TUMİB-“Türkiye Universitetleri Mezunları” İctimai Birliyi İdarə Heyəti üzvü Professor Vaqif Qelenderov Azərbaycanda ilk Türkiyə məzunu uzman doktor olmuşdur.
Türküyənin Çümhüriyyət Bayramında Ankara şəhərində keçirilən Ulusal 45 -cı Plastik Rekonstruktiv və Estetik Cərrəhiyyə Qurultayinda 29 oktyabr 2023 tarixindəki məruzə ilə çıxış etmişdir.
Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin sədri professor N.E.Manturova ilə XII Milli Konqresində Rusiya və Azərbaycan Plastik Cərrahlar Cəmiyyətləri arasında əməkdaşlıq memorandumu imzalandı. Bu konfransa Vaqif Qələndər dünyada qebul olunmuş yeni metodikaları ilə dəvət olunmuştdur
12.12.2023 tarixində, onun Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin XII Milli Konqresində məruzəsi böyük maraqla qarşılanmıdır.
16.01.2024 ci il tarixinde Azərbaycan Milli Elmlər Akademiyasının Tibb bölüməsinin hesabatı olmuşdur. Bu hesabatda Vaqif Qələndərin ABŞ da yüksək indeksli jurnallarda və dərslikdə qəbul olunub, tədris olunan beynalxalq elmi yeniliklər və ixtiralarımın təqdimata salınması Azərbaycan Tibb Universitetinin professoru olaraq onun nailiyyətlərindən biridir
Hesabatda AME nın prezidenti Akademik İsa Həbibbəyli öz çıxışında bu cür tibbi yeniliklərin ABŞ da qəbul olunması və tədris olunması tibb elmimiz adına qürur verici olduğu birdaha ətraflı vurğulamışdır

Hal hazirda ailelidir. İki övladı var

Əlaqə tel:  +994 50 377 00 00


Vagif Galandar. Vaqif Qələndər. Plastik-rekonstruktiv əməliyyatlar.
Unikal əməliyyat. Burunun Rekonstruksiyası
Plastik və rekonstruktiv cərrahiyyə
5-Th İnternational Conference of Lip Cleft and Palate. Vagif Galandar.
Yeni dərslik – Plastik və rekonstruktiv cərrahiyyə. Dərslik. Vaqif Qələndər


Facebook Comments