Kardioloq, dosent Faiq Mustafaoğlu 1955-ci ildə Azərbaycanın Qazax rayonunun 2-ci Şıxlı kəndində doğulmuşdur.
Faiq Mustafaoğlu 1973-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1979-cu ildə bu fakültəni bitirmişdir.
1970-1980-ci illərdə Faiq Mustafaoğlu internatura kursunu keçmiş, 1980-1981-ci illərdə Naftalan sanatoriyasında, daha sonra (1981-1984) Bilgəh kardioloji sanatoriyasında işləmişdir.
Faiq Mustafaoğlu 1984-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasında baş laborant olaraq işə başlamışdır.
1985-ci ildə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda kardiologiya ixtisası üzrə aspiranturaya daxil olmuş və 1988-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
Həmin ildə Faiq Mustafaoğlu “Miokard infarktında aritmiyaların dinamikası və antiaritmik müalicənin effekti” adlı dissertasiyasını İ. M. Seçenov adına Moskva Tibb Akademiyasında müdafiə edərək, tibb elmləri namizədi adını almışdır.
Faiq Mustafaoğlu 1988-1994-cü illərdə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasında müəllim işləmişdir.
1994-1996-cı illərdə Faiq Mustafaoğlu Türkiyənin Ankara şəhərində Yüksək İxtisas xəstəxanasının kardiologiya şöbəsində kurs keçmişdir.
Burada invaziv kardiologiya ilə məşğul olmuş və elmi araşdırmalar aparmışdır.
Daha sonra Faiq Mustafaoğlu Ankara Gazi Universitetinin Tibb Fakültetində kardiologiya ixtisası üzrə imtahana girmiş və imtahanı müvəffəqiyyətlə verərək Türkiyə Cumhuriyyəti Sağlık Bakanlığının kardiologiya ixtisası üzrə Uzmanlık diplomunu almışdır.
1996-2006-cı illərdə Faiq Mustafaoğlu Yüzüncü Yıl Üniversitetinin Tibb Fakülteti Kardiologiya kafedrasında bölüm başqanı Dosent Doktor Öyretim Üyesi olaraq çalışmışdır.
Faiq Mustafaoğlu 2005-2006-cı illərdə Gazi Antepin Sani Konukoğlu xəstəxanasında invaziv kardiologiya ilə məşğul olmuşdur.
Faiq Mustafaoğlu 2006-cı idən 2020-ci ilədək Türkiyədə özəl sektorda işləmişdir.
2020-ci ildən İzmirin Çeşmə bölgəsində Çeşme Alper Çizgenakat Devlet Hastanesinde işləməkdədir.
Faiq Mustafaoğlu Almaniyada, İspaniyada, Amerikada, Türkiyədə, Rusiyada təşkil olunan Beynəlxalq Kardioloji simpoziumlara məruzəçi olaraq qatılmışdır. Almaniyada, Türkiyədə, Rusiyada və Azərbaycanda yayınlanmış 60-dan çox elmi əsəri var.
Həmçinin, Türk Kardioloji Dərnəyinin web. sitəsində yayınlanan “Kardiyovasküler sözlük” (Latın-İngiliz-Rus-Türk-Azərbaycan-Qırğız-Türkmən dillərində, Ankara-2000) kitabının, Azərbaycan dilində ilk dəfə yazılan “Kliniki kardiologiya” (Bakı-2001, 512 səh.) və “Kardiologiya” (Bakı-2010, 700 səh.) kitablarının da müəllifidir. Ayrıca, “Kliniki kardiologiya” kitabı Amerikada natıonal lıbrary of medıcıne tərəfindən qeydiyyata alınmış və nümunələri orada saxlanmaqdadır.
Türkiye Klinikleri Kardioloji Dergisi, Türk Girişimsel Kardioloji Dergisi və “Sağlamlıq” (Azərbaycan) jurnallarının redaksiya heyətinin üzvüdür.
Faiq Mustafaoğlu 2006-cı ildə Amerika Kardioloji Kolecinin diplomuna layiq görüldü və FACC ünvanını aldı. Həmin ilin mart ayında Atlantada (Amerika) keçirilən Dünya kardioloji simpoziumunda diplomun təqdimatı keçirildi.
2006-cı ildə “Avropanın Kardioloqu” diplomuna layiq görüldü və FESC ünvanını aldı. Həmin ilin sentyabr ayında Barselonada (İspaniya) keçirilən Dünya kardioloji simpoziumunda diplomun təqdimatı keçirildi.
Türkiyə, Avropa və Amerika Kardioloji Dərnəklərinin üzvüdür.
2012-ci ildə Azərbaycanın “Peşəkar həkim” milli mükafatına layiq görülüb.
FAİQ MUSTAFAOĞLU KARDİOLOQ, TİBB ELMLƏRİ NAMİZƏDİ, DOSENT DOKTOR, M.D, PH.D, FACC, FESC
DOKTOR FAİQ MUSTAFAOĞLUNUN ÜZVÜ OLDUĞU PEŞƏKAR ASOSSASİYALAR
DOKTOR FAİQ MUSTAFAOĞLUNUN ADRESİ:.
VİDEO YOUTUBE – AZƏRBAYCAN KARDİOLOGİYA CƏMİYYƏTİNİN 2-Cİ MİLLİ KONQRESSİNDƏ DOKTOR FAİQ MUSTAFAOĞLUNUN ÇIXIŞI
Facebook Comments