ISRAIL MƏHƏRRƏMBƏYLİ ATU DOSENTİ, ANESTEZİOLOGİYA VƏ REANİMATOLOGİYA ÜZRƏ SƏHİYYƏ NAZİRLİYİNİN EKSPERTİ,

Səhiyyə Nazirliyinin Anesteziologiya və Reanimatologiya üzrə eksperti, Azərbaycan Tibb Universiteti 2-ci Müalicə-Profilavtika fakultəsinin dekanı, ATU Anesteziologiya və reanimatologiya kafedrasının dosenti İsrail Məhərrəmbəyli.

Məhərrəmbəyli İsrail Şəmşəd oğlu 1963-cü ildə noyabr ayının 4-də Tovuz rayonunun Düz Qırıxlı kəndində anadan olmuşdur.
1971-1981-ci illərdə İsrail Məhərrəmbəyli Düz Qırıxlı kənd orta məktəbini bitirib.
1981-1983-cü illərdə Sovet İttifaqının tərkibində ordu sıralarında qulluq etmişdir.
1986-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olunmuş, 1992-ci ildə I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Həmin il Universitetin Elmi Şurasının qərarı ilə Anesteziologiya-reanimatologiya kafedrasında baş laborant vəzifəsinə saxlanılmışdır.
1995-ci ildə İsrail Məhərrəmbəyli həmin kafedranın assistenti, 2008-ci ildən hal-hazıra kimi isə dosent vəzifəsində çalışır.
2000-ci ildə İsrail Məhərrəmbəyli «Yayılmış irinli peritonitli xəstələrdə immun sistemin göstəricilərinin proqnostik əhəmiyyəti və korreksiyası» mövzusunda dissertasiya işini yerinə yetirərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır.
Azərbaycan Tibb Universitetində I-II müalicə profilaktika fakultəsinin V və VI kurs tələbələri ilə praktiki məşğələlər aparır.Müştərək kəllə beyin travması almış xəstələrdə, neyro-reanimasyon dövürdə bronx-ağciyər ağırlaşmaların müalicə vəprofilaktikası mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
İsrail Məhərrəmbəyli 80-ə yaxın elmi işin, 2 metodik vəsaitin müəllifi, Reanimatologiya dərsliyinin həmmüəllifidir.
Ailəliyədir, iki övladı var.

İSRAİL MƏHƏRRƏMBƏYLİNİN ƏMƏK FƏALİYYƏTİ HAQDA QISA MƏLUMAT:
Tanınmış pedaqoq və doktor İsrail Məhərrəmbəyli 30 ildən yuxarı iş stajına sahibdir.
1992-Baş laborant-ATU,I daxili xəstəliklər və reanimatologiya kafedrası
1995-2008-Assistent-ATU,I daxili xəstəliklər və reanimatologiya kafedrası
2008-2015-Dossent-ATU, I daxili xəstəliklər və reanimatologiya kafedrası, 1 saylı Şəhər klinik xəstəxanasının cərrahi reanimasiya şöbəsi
2015-h/h-Dossent-ATU, I daxili xəstəliklər və reanimatologiya kafedrası,Tədris Cərrahiyyə Klinikası
2011-2016-cı illərdə I Müalicə-profilaktika fakültəsinin Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışmışdır,
2016-cı ilin dekabr ayından II Müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.
2023-cü ildə 17 İyun Tibb işçilərinin peşə bayramı münasibətilə İsrail Məhərrəmbəyli Səhiyyə naziri Teymur Babayevin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir.

DOKTOR İSRAİL MƏHƏRRƏMBƏYLİNİN ELMİ İŞ VƏ MƏQALƏLƏRİ HAQQINDA
1. REANİMATOLOGİYA. DƏRSLİK. Axunbəyli A.Ə., M.israil. İsmaylov İ.S., Kərimova T.B. “Təbib”, Bakı,2014
2. Müştərək kəllə-beyin travmaları zamanı bronx-ağciyər sistemində baş verən irinli-iltihabi ağırlaşmaların inkişaf xüsusiyyətləri (məqalə) – M. israil. Kərimova B.T. “Sağlamlıq” № 2, 2015
3. Характеристика гнойно-воспалительных осложнений бронхо-легочной системы при сочетанных черепно-мозговых травмах.  – M. İsrail. Kərimova T.B. Məmmədov
R. Sadıqova T.T. – Центрально-азиатский медицинский журнал 2016
4. Müştərək kəllə beyin travması almış xəstələrin neyroreanimasion dövründə bronx-ağciyər ağırlaşmalarının profilaktikası və intensiv müalicəsi “(doktorluq dissertasiyası)

İSRAİL MƏHƏRRƏMBƏYLİNİN ÜZVÜ OLDUĞU TİBBİ ASSOSSİASİYALAR:
M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərən Müdafiə surasının üzvü
ATU-nun Cərrahiyyə bölməsi üzrə problem komisiyasının üzvü
2018-ci ildən Azərbaycan Respublikası SN-də Anesteziya və Reanimasiya üzrə baş mütəxəssisi kimi fəaliyyət göstərir.
Səhiyyə Nazirliyinin Mərkəmə Espertiza və Patoloji anatomiya birliyində fəaliyyət göstərən həkim ekspres komisiyyasında anesteziologiya və reanimatologiya üzrə ekspert həkim

DR.İSRAİL MƏHƏRRƏMBƏYLİNİN İXTİSASLAŞDIĞI ƏSAS İSTİQAMƏT:
Cərrahi xəstəliklər üzrə reanimasiya və intensiv terapiya

DOKTOR İSRAİL MƏHƏRRƏMBƏYLİ İLƏ ƏLAQƏ:
ATU Tədris-Cərrahiyyə Klinikası
Telefon: +994 50 368 00 63


FACEBOOK PROFİLE – DOSENT İSRAİL MƏHƏRRƏMBƏYLİNİN FACEBOOK PROFİLİ
İNSTAGRAM POST (MƏQALƏ) – İSRAİL MƏHƏRRƏMBƏYLİ- Reanimatologiya canlandırma ilə məşğul olan bir elmdir və 3 əsas istiqaməti var
XƏBƏR LENTİ – TİBB UNİVERSİTETİNDƏ DÖVLƏT İMTAHANLARINA HAZIRLIQ MƏQSƏDİLƏ TREYNİNQLƏR TƏŞKİL EDİLİB….(AZƏRBAYCAN MÜƏLLİMİ QƏZETİ)
XƏBƏR LENTİ – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vaksinasiyadan DANIŞDI
XƏBƏR LENTİ – ATU-nun “Brend tələbə”ləri mükafatlandırıldı – FOTOLAR
XƏBƏR LENTİ – İSRAİL MƏHƏRRƏMBƏYLİ: “İnsanlar düşünməsinlər ki, reanimasiyaya düşənlər diqqətdən kənarda qalır. Əksinə, əminliklə deyirəm ki, stasionar palatalardakı xəstələrdən daha çox nəzarət altında olurlar.”
XƏBƏR LENTİ – COVİD 19 Baş reanimatoloq: “COVID-19 xəstələrinin hamısı reanimasiyaya yerləşdirilmir”
XƏBƏR LENTİ – ATU ilə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb
XƏBƏR LENTİ – Hansı narkoz növünün ana və uşaq üçün daha təhlükəsiz olduğuna aydınlıq gətirilib
XƏBƏR LENTİ – ATU Türkiyə Universitetləri ilə əməkdaşlığı genişləndirir
XƏBƏR LENTİ – COVİD 19 PANDEMİYA – Nazirlikdən reanimasiyaya yerləşdirilən koronaviruslu xəstələrin yaxınlarına MÜRACİƏT

YOUTUBE VİDEO – 1-Cİ AZƏRBAYCAN ANESTZİOLOQ VƏ REANİMATOLOQLARININ MİLLİ KONQRESSİ. SAGLAM TV. DOSENT İSRAİL MƏHƏRRƏMBƏYLİ AR SN ANESTEZİOLOGİYA VE REANİMASİYA ÜZRƏ EKSPERTİ. ATU
YOUTUBE VİDEO – DƏRMAN KİMİ SÖHBƏT. ATU. DOSENT İSRAİL MƏHƏRRƏMBƏYLİ
YOUTUBE VİDEO – saglamTV. AZERBAYCAN ANESTEZIOLOGIYA VE REANIMATOLOQLAR CEMIYYETININ 1-CI MILLI KONGRESSI. REPORTAJ. İSRAİL MƏHƏRRƏMBƏYLİ DOSENT
FACEBOOK VİDEO – TÜRKİYƏ VƏ AZƏRBAYCANLI ANESTEZİYA VƏ REANİMATOLOGİYA MÜTƏXƏSSİSLƏRİ BİR ARADA…. ATU

Facebook Comments