WIKI QALEREYA – Azərbaycan kardiologiya Cəmiyyəti. Kardioloqlar

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi ölkədə ürək-damar xəstəliklərinin qarşısını almağa xidmət edən kardioloqların könüllülük prinsipləri əsasında yaradılmış Birliyidir.

Azerbaycanda invaziv kardiologiyanın tarixi və bu günü. saglamTV
Ürək-damar xəstəlikləri – TOP 10 Videolar 
Kardiologiya – Angioqrafiya və stent icra edən kardioloqlar
Koronar Angioqrafiya. Ürək xəstəliklərinin diaqnostikası
İnvaziv kardiologiya. İntervension kardiologiya
Koronar angioqrafiya və stent
Abbasəli Abbasəliyev
Şahin Xəlilov
Üzeyir Rəhimov 
Ülvi Mirzəyev
Firdovsi İbrahimov
Tofiq Sadıqov
Vuqar Zamanov 
Samir Mustafayev
Rasim Məhərrəmov
Sərdar Abdullai

AKC sədri professor İsax Mustafayevdir. İsax Mustafayev 2019-cu il Dekabr ayında Azərbaycan Kardioloqlarının qurultayında bu təşkilatın sədri seçilmişdir.
Həmin tarixə qədər isə
AKC sədri ET Kardiologiya İnstitutunun professoru Tofiq Cahangirov idi. O 2017-ci ilin sonunda AKC qurultayında İctimai Birliyin sədri seçilmişdir.
2017-ci ilə qədər AKC Sədri Azərbaycan Aritmiya Alyansının sədri Fərid Əliyev olmuşdur.
AKC-in ilk sədri Faiq Quliyev, daha sonra isə Firdovsi İbrahimov olmuşdur.

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi 25 mart 2011-ci il tarixdə Avropa Kardiologiya Cəmiyyətinin namizədliyindən həqiqi üzvi seçilmişdir.

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin əsas məqsədi Azərbaycan Respublikasında ürək-damar xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini dünya səviyyəsinə çatdırılmasına kömək etməkdən ibarətdir.

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi ölkənin bütün kardiologiya infrastrukturları ilə əməkdaşlıq etməkdədir.
2022-ci ildə AKC qurultayında invaziv kardioloq Üzeyir Rəhimov bu təşkilatın sədri vəzifəsinə seçilmuişdir.
















Facebook Comments