Firdovsi İbrahimov

Doktor Firdovsi İbrahimov ali tibb təhsilini və iş təcrübəsini Türkiyənin Tibb Universitetində almış mütəxəssisdir. Həkim kardioloji profilli xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşır. Pasiyentlərdə müxtəlif ürək xəstəliklərinin və onların patologiyalarının/ağırlaşmaların profilaktikasını, müalicəsini və reabilitasiyasını peşəkarlıqla həyata keçirir.

Təhsil:

Firdovsi İbrahimov Bakıda Kimya-biologiya temayullu liseyində təhsil aldıqdan sonra Azərbaycandan Tükiyəyə tibbi təhsil almağa göndərilən tələbələrdən biri olmuşdur.
O 1993—1999 illərdə Türkiyədə yerləşən Çukurova Universiteti, Tibb Fakültəsində təhsil almışdır.

Daha sonra 1999—2004 illərdə Ondokuz Mayıs Universiteti, Tibb Fakültəsinin Xəstəxanasında mütəxəssis kardioloq peşəsinə yiyələnmişdir.

Firdovsi İbrahimovun qatıldığı Kurslar

Terapiya ixtisası üzrə ixtisas artırma kursu,
Şişli Etfal Xəstəxanası (Türkiyə, 2010 il).

İlkin müayinə zamanı icra edilən prosedurlar

Konsultasiyalı qəbul;
Anamnezin baxışı və öyrənilməsi;
Müalicənin individual planının tərtibi.

Fəaliyyət istiqaməti:

Firdovsi İbrahimovun tibbdə əsas fəaliyyət istiqaməti ürək-damar xəstəliklərinin müayinə və müalicəsidir. Ənənəvi funksional kardioloji diaqnostik vasitələrlə yanaşı koronar angioqrafiya müayinəsi və dammar tıxanıqlığını açmaq üçün tətbiq edilən stent prosedurlarını icra edir.
Firdovsi İbrahimov Kardioloq kimi peşə fəaliyyətinin mühüm bir hissəsi İnvaziv (İntervension) Kardiologiya ilə sıx bağlıdır. O ölkəmizdə invaziv kardiologiyada yetişmiş ilk yerli mütəxəssislərdən biridir.
2000-ci illərdə Azərbaycanda kardiologiya bütün dünyada olduğu kimi özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin illərdə ölkəmizdə Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən koronar angioqrafiyamüayinəsi və stent qoyulması yolu ilə tıxanmış damarların açılması əməliyyatları icra olunmağa başlandı.
Doktor Firdovsi İbrahimov Türkiyədə təhsilini və təkmilləşmə kursunu bitirdikdən sonra Mərkəzi Klinik Xəstəxanada kardioloq kimi əmək fəaliyyətinə başlamışdır.
Onun birbaşa məşğul olduğu İnvaziv kardiologiya sahəsi geniş spektrli müalicəvi üstünlüklərə malikdir.
Bəzi anadangəlmə ürək qüsurlarının (Ağciyər arteriyası qapağının darlığı, qulaqcıqlararası çəpərin defekti (ASD) Patent Duktus Arteriosuz (PDA), Aort koarktasiyası) cərrahiyyəsiz (qapalı) müalicəsi də invaziv kardiologiyaya daxildir.
İnvaziv kardiologiya eyni zamanda ürək ritminin problemlərində daimi pacemaker (Ürək batereyası), İCD, CRT cihazlarının implantasiyası, Aort qapağının qapalı üsulla dəyişdirilməsini də (TAVİ) əhatə edir
Angioqrafiya və stent müdaxilələri ilə yanaşı olaraq bir kardioloq kimi Exokardioqrafiya da daxil olmaqla bütün non invaziv müdaxilələr və ürək çatışmazlığıhipertoniya, Ürəyin İşemik xəstəliyi, ateroskleroz və sairə bütün ürək xəstəliklərinin diaqnostikası və müalicəsi onun tibbdə əsas fəaliyyət sahələridir.
Tibb Elmləri Namizədi , Uzm. Dr. Firdovsi İbrahimov bir sıra yerli və beynəlxalq təşkilatların üzvüdür.
Vaxtaşırı xarici konfranslarda iştirak edir. Mötəbər elmi konfrans və seminarlara sədrlik edir.
Azərbaycanda yeni nəsil kardioloq mütəxəssislərin, invaziv kardioloqların yetişdirilməsində, rezidentlərin hazırlığında yaxından iştirak edir.
Xeyli sayda çap edilmiş  elmi məqalələri mövcuddur.

Üzvlük:

Firdovsi İbrahimov Azərbaycan Kardiologiya Cəmiyyətinin , Türk Kardioloji Cəmiyyətinin və Avropa Kardioloqlar Cəmiyyətinin üzvüdür.
Türk Dünyası Kardiologiya Assosiasiyasının Prezidentidir.
Bir müddət Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri vəzifəsində işləmişdir.

İş təcrübəsi:

Doktor Firdovsi İbrahimov 2005-ci ildən bu günədək Mərkəzi Klinik Xəstəxanada  həkim-kardioloq kimi çalışmaqdadır.

T.E.N. Kardioloq, doktor Firdovsi İbrahimovla əlaqə telefonu:
(+994) 50 209 19 56, 050 526 73 02
E-poçt: firdovsiibrahimov@gmail.com

VİDEO – Kardioloq Firdovsi Ibrahimov, Merkezi Klinika

VİDEO – Firdovsi İbrahimov. Kardiolog T.E.N.Dr. Həkim işi 03.04.2018

VİDEO -16.01.2019 “Həkim işi” Kardioloq Dos. Dr. Firdovsi İbrahimov

VİDEO – Kardioloq – T.e.n Dr.Firdovsi İbrahimov, Merkezi Klinika

VİDEO – Kardioloq Dr.Firdovsi Ibrahimov. (Mərkəzi Klinika)

VİDEO – 25.09.2018 “Həkim işi” Kardioloq Dos.Dr. Firdovsi İbrahimov

VİDEO – Sağlam Nəsil – Üreyin işemik xesteliyinin ilkin elametleri. ( Dr. Firdovsi İbrahimov )

VİDEO – Eski Cumhurbaşkanı Adayı Ekmeleddin İhsanoğlu Kalp Krizi Geçirdi!

VİDEO – Azerbaycanda invaziv kardiologiyanın tarixi ve bu günü. saglamTV. İnvaziv kardioloqlar

  

Azerbaycanda invaziv kardiologiyanın tarixi və bu günü. saglamTV
Ürək-damar xəstəlikləri – TOP 10 Videolar 
Kardiologiya – Angioqrafiya və stent icra edən kardioloqlar
Koronar Angioqrafiya. Ürək xəstəliklərinin diaqnostikası
İnvaziv kardiologiya. İntervension kardiologiya
Koronar angioqrafiya və stent
WIKI QALEREYA – Azərbaycan kardiologiya Cəmiyyəti. Kardioloqlar
Həkim-kardioloq: “Azərbaycanda enerji içkilərindən üç nəfər ölümcül vəziyyətə düşüb” – Müsahibə
Ürək-damar xəstəlikləri yalnız “genlərimizin bizə hədiyyəsi” deyil, həm də həyat tərzimizə bağlı problemdir-Azertag

Facebook Comments