İLQAR ÖMƏROV. ÜMUMİ CƏRRAH

ÖMƏROV İLQAR OSMAN OĞLU, Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Hərbi Cərrahiyyə kafedrası

DOKTOR İLQAR ÖMƏROV HAQQINDA:
Ömərov İlqar Osman oğlu 30 oktyabr 1963-cü ildə Quba rayonun Ördüc kəndində anadan olmuşdur.
1981-ci ildə Dəvəçi şəhər T. Abbasov adına 1 №-li orta məktəbi əla qiymətlərlə bitirmişdir.
1985-ci ildə İlqar Ömərov Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Ömərov İlqar  təhsil aldığı dövrdə universitetin tələbə elmi cəmiyyətinin fəal üzvü olmüşdur.
1990-cı ildə cərrahiyyə üzrə Ümumittifaq olimpiadasında Azərbaycan Tibb Universitetini təmsil etmişdir.
1991-1992-ci illərdə İlqar Ömərov  M.Topçubaşov adına Elmi Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunda  cərrahiyyə üzrə internatura kursu keçmiş və cərrah ixtisasi almişdır.
1992-cı ildə Ömərov İ.O. Azərbaycan Respublikasının Milli Ordusu sıralarına hərbi həkim kimi qulluğa çağırılmış və 1995-ci ilə qədər Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, hərbi-səhra cərrahiyyə hospitallarinda cərrah kimi fəaliyyət göstərmişdir.
1994-cü ildə İlqar Ömərov damar cərrahiyyəsi  ixtisası üzrə Hərbi İnternatura kursunu bitirmişdir.
Qulluq etdiyi dövrlərdə müxtəlif vəzifələrdə çalışmış və tibb bölüyünün komandiri vəzifəsinə qədər yüksəlmişdir.
Qarabağ müharibəsi veteranıdır.
Ömərov İ.O. 1995-ci ildən Azərbaycan Tibb Universitetinin Təxirəsalımaz Tibbi Yardımın Təşkili kursunda assistent kimi fəaliyyətə başlamış,
1996-2001-ci illərdə həmin kursun müdiri vəzifəsində çalışmışdır.
2001-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin  Elmi-Tədqiqat Mərkəzində tədqiqat işi ilə məşğul olmuşdur.
2006-cı ildən hal-hazıra kimi İlqar Ömərov Azərbaycan Tibb Universitetinin Hərbi Cərrahiyyə kafedrasında çalışır və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında cərrah kimi fəaliyyət göstərir.
2008-ci ildə doktor İlqar Ömərov damar cərrahiyyəsi ixtisası üzrə təkmilləşmə kursunu bitirmişdir.
 Ömərov İ.O. praktik həkimlik və pedoqoji fəaliyyətlə yanaşı elmi fəaliyyətlə də məşğul olur. O, tibb üzrə fəlsəfə doktorudur.
2010-cu ildə «Peritonitin fazalarından asılı olaraq qaraciyərdə baş verən morfofunksional dəyişikliklər və onların tənzimlənmə yolları» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiyə etmişdir.
Hal-hazırda isə “Diabetik ayağın irinli-nekrotik ağırlaşmalarının müalicəsində cərrahi taktika, rekonstruktiv-bərpa əməliyyatları və kök hüceyrələrinin tətbiqi” mövzusunda  doktorluq dissertasiyası üzrə tədqiqat işi aparır.
Ömərov İ.O. respublika və xarici ölkələrdə keçirilən bir çox elmi konfrans və simpoziumlarda iştirak etmiş, yeni elmi məqalələrlə çıxiş etmişdir.
Bir dərsliyin, 2 metodik vəsaitin, 2 səmərələşdirici təklifin, 35 elmi məqalənin müəllifidir. İşlədiyi dövrlərdə müxtəlif mükafatlar, yubiley medalları, diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.

ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Diabetik ayaq sindromundan əziyyət çəkən xəstələrin müalicəsi və bu sahədə elmi tədqiqatların aparılması

DOKTOR İLQAR ÖMƏROVLA
ƏLAQƏ TELEFONU:
050-309-49-10, 0503877741

DOKTOR İLQAR ÖMƏROVUN ŞƏXSİ FACEBOOK PROFİLİ
XƏBƏR LENTİ – DİABET YARALARI ÜZRƏ MÜTƏXƏSSİS İLQAR ÖMƏROV VƏ ENDOKRİNOLOQ HİDAYƏT MƏMMƏDZADƏNİN İŞTİRAKİLƏ “Amputasiyaya son” sosial-maarifləndirici layihə
ELM – ATU DİSSERTASİYA ŞURALARIN FƏALİYYƏTİ – DOKTOR İLQAR ÖMƏROVUN DİSSERTASİYA İŞİ
XƏSTƏ MƏMNUNİYYƏTİ – AYAĞINDA DİABET YARASINDAN ƏZİYYƏT ÇƏKƏN ELDAR İSMAYIL BÖYÜKTÜRK DOKTOR İLQAR ÖMƏROV HAQQINDA 
YOUTUBE VIDEO – DOKTOR ILQAR ÖMƏROV Odlu silah yaralanmaları, xüsusiyyətləri və müasir müalicə prinsipləri
FACEBOOK VİDEO – Sol aşağı ətrafın kritik işemiyasına görə icra edilmiş ikitərəfli aorta-bud və sol tərəfli bud-dizaltı arteriyaların şuntlamasından sonrakı vəziyyət. Baldır əzələlərinin hissəvi nekrozu. Xəstə autodermoplastikaya hazırlanır
FACEBOOK VİDEO – AĞIR DƏRƏCƏLİ DİABETİK AYAQ SİNDROMLU XƏSTƏ. MÜALİCƏDƏN SONRAKI YAXŞILAŞMA
FACEBOOK VİDEO – «Diabetik ayağın irinli- nekrotik ağırlaşmaları zamanı cərrahi taktika, rekonstruktiv-bərpa əməliyyatları və kök hüceyrələrinin tətbiqi” DOKTOR İLQAR ÖMƏROV
FACEBOOK VİDEO – NÖVBƏTİ UĞURLU NƏTİCƏ – «Diabetik ayağın irinli- nekrotik ağırlaşmaları zamanı cərrahi taktika, rekonstruktiv-bərpa əməliyyatları və kök hüceyrələrinin tətbiqi” İLQAR ÖMƏROV
FACEBOOK VİDEO – «Diabetik ayağın irinli-nekrotik ağırlaşmaları zamanı cərrahi taktika, rekonstruktiv-bərpa əməliyyatları və kök hüceyrələrinin tətbiqi”
FACEBOOK VİDEO – «Diabetik ayağın irinli-nekrotik ağırlaşmaları zamanı cərrahi taktika, rekonstruktiv-bərpa əməliyyatları və kök hüceyrələrinin tətbiqi” Xəstə: Ə.Ə- 62 yaşDiaqnoz:Diabetik ayaq sindromu. Qarışıq forma. Wagner IV-dərəcə Şarko ayağı
FACEBOOK VİDEO – «Diabetik ayağın irinli-nekrotik ağırlaşmaları zamanı cərrahi taktika, rekonstruktiv-bərpa əməliyyatları və kök hüceyrələrinin tətbiqi” Xəstə O. İ. – 65 yaş D-z: Diabetik ayaq sindromu. Qarışıq forma. Wagner – IV dərəcə
FACEBOOK VİDEO – DİABETİK AYAQ. DOKTOR İLQAR ÖMƏROV. Xəstə M.X -57 yaş . Diaqnoz:Diabetik ayaq sindromu. Qarışıq forma. Wagner ıv-dərəcə

 

Facebook Comments