PƏRVİZ ABBASOV TİBB ELMLƏRİ DOKTORU, BARİATRİK-METABOLİK CƏRRAH

Tibb elmləri doktoru, Bariatrik və Metabolik Cərrah Pərviz Abbasov

DOKTOR PƏRVİZ ABBASOVUN TƏHSİLİ:

1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.
2005-2008- Azərbaycan Tibb Universiteti, Cərrahi Xəstəliklər Kafedrasında Pərviz Abbasov  aspirantura təhsili almışdır.
2012- 2013-cü illərdə Türkiyə Cumhuriyyəti İnönü Universiteti, Cərrahiyə kafedrası, Bariatrik və Metabolik Cərrahiyə bölməsində fəaliyyət göstərmişdir.
Pərviz Abbasov 2008-ci ildə Rusiya Federasiyası Kazan şəhərində Kazan Dövlət Universitetinin Ümumi Cərrahiyyə kafedrasında Laparoskopik Cərrahiyyə kursu keçmişdir.
2009- cu ildə Almaniya Federativ Respublikası, Lubek Univerisitet Klinikası – Onkologiya və cərrahiyyə kursu keçmişdir.
2011- ci ildə Türkiyə Cumhuriyyəti, İstanbul Universiteti, Robort Cərrahiyyəsi kursu keçmişdir.

2012-ci ildə Türkiyə Cumhuriyyəti, T.C.D., İzmir, Laparoskopik Yoğun Bağırsaq Cərrahiyyəsi kursunda iştirak etmişdir.2012- 2013-cü illərdə Türkiyə Cumhuriyyəti İnönü Universitetinin Cərrahiyə kafedrası Orqan Transplantasiyası İnistitunda cərrah kimi çalışmış və elmi tədqiqat işi aparmışdır.

Bu dövr ərzində Pərviz Abbasov Qaraciyər və böyrək transplantasiyası, piylənmə və metabolik cərrahiyyə sahəsində fəaliyyət göstərmişdir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin qrant layihələri müsabiqəsinin qalibi olmuşdur.
2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyyətinin qərarı ilə Elmi Fəaliyyətinə görə “Fəxri Fərmanla” təltif edilmişdir.

Pərviz Abbasov 2010-cu ildən Azərbaycan Tibb Universitetinin “Cərrahiyyə” ixtisası üzrə Aprobasiya Komissiyasında elmi katib vəzifəsində çalışır.

2008-ci ildən tibb elmləri namizədidir. (tibb üzrə fəlsəfə doktoru)

Azərbaycanda Bariatrik və Metabolik Cərrahiyyə əməliyyatıGastric Bypass, Biliopancreatic diversion və Ileal transposision əməliyyatlarını icra edən həkimlərdən biridir.
47-dən artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.

Dr.Pərviz Abbasovun Peşəkar cəmiyyətlərdə üzvlüyü.
Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin,
Türkiyə Cərrahiyyə Dərnəyinin,
Türkiyə Hepatopankreatobiliar Cərrahiyyə Dərnəyinin,
Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin və Türkiyə Endokrin Cərrahiyyə Dərnəyinin,
Rusiya Cərrahlar Cəmiyyətinin,
Türkiyə Bariatrik və Metabolik Cərrahiyyə Dərnəyinin,
Türkiyə Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.

Pərviz Abbasovun İxtisaslaşdığı və fəaliyyət göstərdiyi sahələr.

Koklük və piylənmənin müalicəsi
– Metabolik cərrahiyyə. Şəkərli diabet cərrahiyyəsi
– Laparoskopik cərrahiyyə
– Mədə və bağırsaq cərrahiyyəsi
– Yogun bağırsaq cərrahiyyəsi
– Düz bağırsaq cərrahiyyəsi
– Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahiyyəsi
– Yırtıqların açıq və laparoskopik cərrahi müalicəsi
– Orqan(qaraciyər və böyrək) transplantasiyası.
– Öd yolları, aralıq nahiyəsi və həzm traktının plastik və rekonstruktiv cərrahiyyəsi
Doktor Pərviz Abbasovun 2020-ci il Mart ayına qədər 5 saylı şəhər xəstəxanasında çalışmışdır.
2020-ci il 28 Mart tarixində açılışı olmuş paytaxtın ən böyük tibb mərkəzi olan YENİ KLİNİKANIN DİREKTORU vəzifəsində çalışırıb.
Hal-hazırda Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına Binəqədi Tibb Mərkəzində həkim-cərraholaraq peşəkar fəaliyyətini davam etdirir
Bakı şəhəri. Əlaqə tel: +994 50 304 04 14

XƏBƏR LENTİ – DOKTOR PƏRVİZ ABBASOV MƏLİKOV ADINA BİNƏQƏDİ TİBB MƏRKƏZİNDƏ İŞƏ BAŞLADI

VİDEO – Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib – 2020 – 28 MART. BAKI. 
VİDEO – DOKTOR PƏRVİZ ABBASOVUN DİREKTOR TƏYİN EDİLDİYİ MÖHTƏŞƏM YENİ KLİNİKANIN AÇILIŞI – 28 MART 2020-Cİ İL

VİDEO – T.e.d.Parviz Abbasov. Mede kiçiltme emeliyyatı. Arıqlama əməliyyatı
VİDEO – Dr.Parviz Abbasov. Bariatrik-metabolik cerrahiyye nedir? Arıqlama
VİDEO – T.e.d. Parviz Abbasov. Gastrik Bypass . Mədə şuntlama əməliyyatı.
VİDEO – saglamTV. Pərviz Abbasov. Bariatrik cərrahiyyə əməliyyatı. Canlı izlə
VİDEO -T.e.d. Parviz Abbasov..Qasıq və göbək yırtıqları. Yırtıq cərrahiyyəsi.
VİDEO – T.e.d.dr.Parviz Abbasov. Mede kiçiltmə əməliyyatına göstərişlər
VİDEO T.e.d. Parviz Abbasov. Mede kiçiltme emeliyyatından sonrakı proqnoz
VİDEO – T.e.d. Parviz Abbasov. Bariatrik-metabolik cerrahiyyenin tarixi
VİDEO – T.e.d Parviz Abbasov. Beden kütle indeksi. Piylenme.
VİDEO – T.e.d. Parviz Abbasov. Laparoskopik xolesistektomiya. Öd daşı xəstəliyi.
VİDEO – Hemaroy. Babasil. Cerrahi müalicesi. T.e.d. Pərviz Abbasov
VİDEO – Hemaroy. Babasil. Qeyri-cerrahi müalicesi. T.e.d. Pərviz Abbasov.
VİDEO – Dr.Parviz Abbasov. Tibb üzre Azerbaycanın en genc elmler doktoru. 15 Mart 2016-cı il
VİDEO – T.e.d. Perviz Abbasov. Ressamlıq Akademiyasında seminar

     

Facebook Comments