Əhliman Əmiraslanov.

Əhliman Əmiraslanov (azərb. Əmiraslanov Əhliman Tapdıq oğlu; d. 17 noyabr 1947ZodBasarkeçər rayonuErmənistan SSRSSRİ) — Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrahonkoloq,[2] tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001)[2] və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986),Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2000)[3] və Azərbaycan Respublikasının “Şərəf” ordeni (2017) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991)[4]Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV (2010) və V çağırış (2015deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (19922015), ATU Onkologiya kafedrasının müdiri[5] (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik FondununHimayəçilik Şurasının üzvü[6] (18 iyul 2014–indi), Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri (2015- indi),Yeni Azərbaycan Partiyasının üzvü.

Həyatı

Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub.[8] 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakultəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.[9]

1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra,[10] 19711974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 19741977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub.[10]

1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi,[11] 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb.[9]

1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş,[11]1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır.

1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb.[10] Yeni Azərbaycan Partiyasının üzvüdür.[7]

1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir.[5] 2007-ci ildən həm də universitetin Onkoloji klinikasının direktorudur.[12]

Ə.T.Əmiraslanov 1998-ci ildə Polşa Tibb Elmləri Akademiyasının, həmçinin 2001-ci ildə indiki Rusiya Elmlər Akademiyasının xarici üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,[2] AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilib. 2006-cı ildən UNESKO-nun “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESKO-nun ekspertidir.

O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi seçilib. 2010-cu il aprel ayının 30-da ölkə Prezidentinin Sərəncamına əsasən Elmin İnkişafı Fondunun Himayədarları Şurasının,[13] Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyanın,[14] həmçinin “Azərbaycan Respublikasının Milli Atlası”nın tərtibi üzrə redaksiya heyətinin üzvü təyin olunub.[15][16]

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı və 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinindeputatı seçilmişdir.[11][17] Milli Məclisdə “Sosial siyasət komitəsi”nin üzvüdür.[7]

2011-ci ildə Avropa Tibbi-Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılarının III QurultayındaDünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. O, UNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədridir.[18]

18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilmişdir.[6] 29 iyun 2016-cı ildə UNESKO-nun “Bioetika, Elm və Texnologiyaların Etikası” üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib.

Ailəsi

Evlidir, iki oğlu, dörd nəvəsi var.  Atası Əmiraslanov Tapdıq Muxtar oğlu (1918 – 1976) orta məktəb direktoru, Basarkeçər rayonunun partiya rəhbəri, həmin rayonun maarif şöbə müdiri vəzifələrində çalışıb, bütün qüvvə və bacarığını elin savadlanmasına, maariflənməsinə sərf edib, uzunmüddətli qüsursuz pedaqoji fəaliyyətinə görə «Əməkdar müəllim» fəxri adına layiq görülüb.

Anası Əliyeva Xanım İlyas qızı 1922–ci ildə Zod kəndində anadan olub, 2006–cı ildə vəfat edib.

Elmi fəaliyyəti

Əhliman Əmiraslanov 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin (ÜOEM) nəzdində aspiranturaya daxil olmuşdur. 1977-ci ildə aspirantura müddəti başa çatmamış “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.[2]

Ə.T.Əmiraslanov aspiranturanı bitirdikdən sonra 19771992-ci illərdə ÜOEM-də kiçik elmi işçi, baş elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və professor vəzifələrində fəaliyyət göstərmişdir. 1984-cü ildə “Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[2] Moskva şəhərində işlədiyi müddətdə Ə.T.Əmiraslanov SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Dayaq hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi” üzrə Ümumittifaq Mərkəzinə rəhbərlik etmiş və SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin medalları ilə təltif olunmuşdur.

1985-ci ildə Ə.T.Əmiraslanov “Sümük sarkomaları” adlı orijinal monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının N.N.Petrov adına mükafatına və diplomuna layiq görülmüşdür.

1986-cı ilin may ayında “Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi” haqqındakı silsilə işləri SSRİ Dövlət Mükafatına təqdim olunmuş[19] və həmin ildə də elm və texnika üzrə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur.[20]

Onun elmi məsləhətçiliyi və elmi rəhbərliyi altında 10 nəfər tibb elmləri doktoru və 32 nəfər tibb elmləri namizədi yetişdirilmişdir (2015-ci ilə qədər). Akademik Ə.Əmiraslanov 450-dən çox elmi əsərin, 19 monoqrafiyanın, 29 dərslik, dərs vəsaiti və tədris-metodik vəsaitin, 16 ixtira və səmərələşdirici təklifin, 20 metodik tövsiyənin, onlarca elmi-kütləvi məqalələrin müəllifidir. Elmi işlərindən 200-dən çoxu xarici mətbuatda çap olunmuşdur (2015-ci ilə qədər).

Əhliman Əmiraslanov “AMEA Xəbərləri: Elm və İnnovasiya seriyası”[21], “Azərbaycan Tibb jurnalı”, “Sağlamlıq” jurnalının və AMEA-nın “Elm” qəzetinin redaksiya heyətinin üzvüdür.

Azərbaycan Tibb Universitetində fəaliyyəti

Ə.Əmiraslanov 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsinə təyin edilmiş, 1993-cü ildə həmin universitetinin onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Kafedranın işi yenidən qurulmuş, gənc və perspektivli kadrlar geniş miqyaslı elmi və praktik işlərə cəlb edilmişdir.

Azərbaycan Tibb Universitetində Ə.T.Əmiraslanovun rəhbərliyi altında bir sıra islahatlar aparılıb, yeni innovativ layihələr hazırlanıb və həyata keçirilib. Yeni klinikalar tikilib istifadəyə verilib. Hazırda ATU-da Stomatoloji (2002), Onkoloji (2007), Tədris-Terapevtik (2010)[24] və Tədris-Cərrahiyyə (2013)[25] klinikaları fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına inşa edilərək istifadəyə verilən bu klinikalar regionda ən müasir tədris müəssisələrinə çevrilib.
Akademik Ə.T.Əmiraslanovun fədakar işi və beynəlxalq əlaqələr prosesində həyata keçirdiyi aktiv fəaliyyət nəticəsində 1996-cı ildə MDB ölkələrinin bir sıra ali məktəbləri (Rusiya və Ukrayna istisna olmaqla) sırasında yalnız Azərbaycan Tibb Universiteti Londonda çapdan çıxan Amerika və Avropa Təhsil Birliyinin Beynəlxalq reyestrinə daxil edilib. ATU 1998-ci ildə Qara Dəniz Hövzəsiətrafı ölkələrin Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tam hüquqlu üzvü seçilib. Bütün bunlar Azərbaycan tibb təhsilinin beynəlxalq aləmdə geniş nüfuz qazanmasına və diplomların qarşılıqlı tanınmasına əhəmiyyətli dərəcədə zəmin yaradan mühüm amilə çevrilib.
Kafedraların bazaları genişləndirilməklə tədris otaqları və laboratoriyalar müasir avadanlıqlarla təchiz edilib. Hazırda bütün fakültələrdə dərslər tədrisin Bolonya sahəsinin kredit sistemi ilə aparılır. ATU-da təşkil edilmiş metodika və innovasiya şöbəsi bu sahədə geniş fəaliyyət göstərir. ATU-da fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzində və kafedraların nəzdindəki problem elmi-tədqiqat laboratoriyalarında aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin yaxşılaşdırılması, onların elmi nəticələrinin səhiyyə praktikasına tətbiqi uğurla həyata keçirilir.

Beynəlxalq fəaliyyəti

Akademik Ə.T.Əmiraslanov dəfələrlə ABŞFransaYaponiyaİtaliyaİsveçTürkiyəKanadaYunanıstan,
AlmaniyaMacarıstanAvstriyaÇexiyaİranSinqapurRusiya FederasiyasıPakistanPolşaİsrail və başqa xarici ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əldə etdiyi elmi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirərək səhiyyə praktikasına tətbiq etmişdir.

O, Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının fəxri, Amerika Klinik Onkologiya Cəmiyyətinin, RF Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının həqiqi üzvüdür.

1999-cu ildə UNESKO xətti üzrə “Bioetika, Elmi biliklərin və texnologiyaların etikası” Azərbaycan Milli Komitəsinin sədr müavini seçilib. 1999-cu ilin may ayında Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına mükafata və “Böyük qızıl medalı”na, 2007-ci ildə RTEA-nın akademik N.N.Bloxin adına qızıl medalına, 2009-cu ildə Rusiyanın “XXI yüzilliyin liderləri” Proqramı çərçivəsində “Millətin İntellekti” adlı beynəlxalq təltifə layiq görülüb. O, UNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədri, Milli Məclisin deputatı, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Paramentlərarası Assambleya şurasının üzvü kimi də Beynəlxalq fəaliyyət göstərir.

Alim Türkiyə Cumhuriyyəti universitetlərinin rektorları ilə çoxsaylı layihələrin hazırlanmasında, TEMPUS çərçivəsində yeni müqavilələrin qarşılıqlı imzalanmasını həyata keçirərək, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl ali məktəbləri ilə əlaqələri daim möhkəmləndirir.

HƏMÇİNİN BAX:

Təltif və mükafatları
Kitabları, əsas elmi əsərləri,
Publisistik məqalələri
Filoqrafiya

Səhiyyədə “Əməkdar elm xadimi” fəxri adına layiq görülənlər
Xərçəng xəstəliyi. Onkologiya. Onkoloqlar
Cəmil Əliyev. MOM baş direktoru
Əhliman Əmiraslanov. ATU Onkologiya kafedrası
İsa İsayev. MOM. Şüa Terapiyası şöbəsi
Fuad Ədalət oğlu Quliyev
Nazim Quliyev. MOM. Cərrah-onkoloq. Baş-boyun şişləri
Niyazi Əsgərov. MOM. Cərrah-onkoloq. Abdominal Onkoloq
Əbülfəz Soltanov. MOM. Torakal cərrah-onkoloq.
Ramin Məlikov MOM. Uşaq onkologiyası
Əhliman Əmiraslanov.
Rəşad Mahmudov
Gəray Gəraybəyli
Sahib Musayev
Qələndər  Canbaxışov
Vaqif Bilas oğlu Şadlinski
Çingiz Rəhimov
Yunis Yusifov
Nuru Bayramov
Musa Qəniyev
Surxay Novruz oğlu Musayev
Nəsib Cəfər oğlu Quliyev
Vaqif Qələndər
Qalib Şalon oğlu Qarayev
Yaşar Cəlilov
Xaləddin Musayev

Facebook Comments