Doktor Anar Rəhimov 01.12.1981 ci ildə Bakı şəhərində anadan olmuşdur.
DOKTOR ANAR RƏHİMOVUN TƏHSİLİ VƏ ƏMƏK FƏALİYYƏTİ:
1998-2002 ci illərdə Azərbaycan Tibb Universiteti Müalicə İşi fakültəsində,
2002-2004 cü illərdə hərbi tibb fakültəsində təhsil almışdır.
2006-2007 ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Ümumi Cərrahiyyə üzrə internatura kursu kecmişdir.
2008 ci ildə *Gülhane Askeri Tip Akademisi Göz Anabilim Dalinda Uzmanlıq təhsilinə başlamış, 2012 ci ilde təhsilini müvəfəqiyyətlə bitirərək Uzman Oftalmoloq adını qazanmışdır.
Həmin ildə Gülhane Askeri Tibb Akademiyasında Makula xəstəlikləri və cərrahiyyəsi, Vitreoretinal ve Travma cerrahiyyəsi,Prematur Retinopatiyalar,Pediatrik vitreoretinal cerrahi üzre 1 illik ixtisaslaşma (fellowship) kursu keçmişdir. Bir çox elmi məqalələrin müəllifi və beynəlxalq konfransların iştirakçısı olmuşdur.
Doktor Anar Rəhimov Silahlı Qüvvələrin Baş Klinik Hospitalınin Oftalmalogiya şobəsində çalışmışdır.
Hal-hazırda BADAM MEDİCAL CENTER klinikasında çalışır.
DOKTOR ANAR RƏHİMOVUN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Doktor Anar Rəhimov tərəfindən aşağıdakı göz xəstəlikləri üzrə müalicə və diaqnostika həyata keçirilir:
Refraktif qüsurların: miyopiya, hipermetropiya, astiqmatizmanın diaqnostikası, doğru eynək və linzaların təyini
Buynuz qişanın xəstəlikləri (keratokonus, buynuz qişanın infeksion xəstəlikləri, buynuz qişanın irsi xəstəlikləri, buynuz qişada olan distrofiyalar)
Qlaukoma (qara su xəstəliyi)
Retina xəstəlikləri (şəkərli diyabetə bağlı tor qişa patologiyaları, yüksək arteriyal təzyiqə bağlı tor qişada qansızmalar, yaşla bağlı tor qişa xəstəlikləri və s.)
Üveit (revmatoloji xəstəliklərə bağlı üveitler, infeksion üveitlər və s.)
Çəplik (daxili, xarici çəpliklər, vertikal çəpliklər, keçirilmiş iflic nəticəsində olan çəpliklər, qalxanabənzər vəzin patologiyaları nəticəsində meydana gələn ikigörmə şikayətləri)
Görmə siniri xəstəlikləri diaqnostikası və müalicəsi
Okuloplastika, orbita xəstəlikləri üzrə
Tiroid orbitopatiya xəstələrinin diaqnostikası və müalicəsi
Orbitanın (göz yuvasının) iltihabı xəstəliklərinin diaqnostikası və müalicəsi
Gözün bəd və xoşxassəli şiş xəstəliklərinin diaqnostikası və müalicəsi.
Göz qapağında olan hemangiomaların takibi və müalicəsi
Xəstəxanamızda göz şöbəsində aşağıdakı cərrahi əməliyyatlar icra olunur:
Katarakt (Mirvari suyu) cərrahiyyəsi
Çəpgözlüyün cərrahiyyəsi
Pterigium əməliyyatı
Okuloplastika sahəsində icra etdiyi əməliyyatlar:
Göz yaşı yollarında olan tıxanmaların cərrahiyəsi
DSR (dakriosistorinostomiya)
Yenidoğulmuşlarda göz yaşı kanal tıxanması (probing)
Punktum (göz yaşı dəliyi) patologiyalarının cərrahi müalicəsi
Göz yaşı kanallarının kəsilməsi zamanı rekonstruksiyon (yəni göz yaşı kanalının yenidən bərpa olunması)
Anadangəlmə göz almasının olmaması (anoftalmiya), bəzən də kiçik olması (mikroftalmiya) ilə doğulan uşaqlarda üz inkişafını təmin etmək üçün göz yuvasına konformer taxılması və ya cərrahi əməliyyatlarla göz yuvasının böyüdülməsi
Ektropion – göz qapağının daxilə doğru çevrilməsi
Entropion – göz qapağının xaricə doğru çevrilməsi
Üst və alt qapağın xoşxassəli və bədxassəli şişlərinin əməliyyatı, rekonstruksiyası
Oriblefaron – qapaqların vertikal qısalması və horizontal daha geniş olması
Epiblefaron – alt göz qapağının iç tərəfinin uşaqlarda daxilə doğru çevrilməsi
Göz almasının alınması (evisserasyon, enukleasyon). Bəzən bədxassəli şişlərdə travma sonrası göz estetik olaraq xəstəni narahat edərsə və ya bunun kimi digər hallarda həyata keçirilir. Əməliyyatdan bir müddət sonra isə xəstədə estetik görünümündə razı qalacağı göz protezləri hazırlanır.
DOKTOR ANAR RƏHİMOVUN İŞ YERİ:
BADAM MEDİCAL CENTER
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a,
AZ1073, Baku, Azerbaijan
ƏLAQƏ TELEFONU:
0552214496
055 221 44 96
E-MAİL:
[email protected]
İNSTAGRAM PAGE – DR. ANAR RƏHİMOV. Göz xəstəlikləri mütəxəssisi. Oftalmoloq Cərrah/Ophthalmologist
FACEBOOK PAGE – ANAR RƏHİMOV GÖZ XƏSTƏLİKLƏRİ MÜTƏXƏSSİSİ
ŞƏXSİ FACEBOOK PROFİLİ – ANAR RƏHİMOV OFTALMOLOQ CƏRRAH
XƏBƏR LENTİ – “Gülhanə” generalları tanınmış oftalmoloq Anar Rəhimov haqda danışdı
XƏBƏR LENTİ – “İsrailli həkimlər dedi ki, Anar Rəhimov kimi mükəmməl göz cərrahınız var”
XƏBƏR LENTİ – Vitreoretinal cərrah, hərbi həkim Anar Rəhimov haqqında film çəkildi
YOUTUBE VİDEO – VİTREORETİNAL CƏRRAH, OFTALMOLOQ, HƏRBİ HƏKİM ANAR RƏHİMOV
YOUTUBE VİDEO – AĞIR VƏ QEYRİ-ADİ ƏMƏLİYYATLARI İLƏ TANINAN GÖZ CƏRRAHI ANAR RƏHİMOV
YOUTUBE VİDEO – HƏRBİ HƏKİM, VƏTƏN SEVDALISI, PEŞƏKAR GÖZ CƏRRAHI ANAR RƏHİMOV
YOUTUBE VİDEO – Vaxtından əvvəl doğulmuş körpələrdə göz xəstəlikləri.Prematorial Retinopatiya.ROP. Dr. Anar RƏHİMOV
YOUTUBE VİDEO – Qazi: “Dr. Mahir Əliyevin sayəsində ayağımı, Dr. Anar Rəhimovun sayəsində gözümü itirmədim”
YOUTUBE VİDEO – OFTALMOLOQLAR FARİZ SADIQOV VƏ ANAR RƏHİMOV
YOUTUBE VİDEO – Uzm.Dr.Anar Rəhimov – (Göz əməliyyatı) Os İris Klips İmplantasiyası+İridoplasika
FACEBOOK VİDEO – Vaxtından əvvəl doğulmuş körpənin hər iki gözündə torlu qişa qopması- Prematorial Retinopatiya.. İcra olunan əməliyyat 27 gauge Vitrektomiya
Facebook Comments