Cəfərov Çərkəz Məmiş oğlu (1942, Dəmirçi, Noraşen rayonu) — Azərbaycanın tanınmış cərrahı.Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının professoru.
PROFESSOR ÇƏRKƏZİ CƏFƏROVUN HƏYAT FƏALİYYƏTİ:
1942-ci ildə Şərur rayonunun Dəmirçi kəndində kolxozçu ailəsində doğulmuşdur. 1959-cu ildə kənd orta məktəbinin bitirib Tibb İnstitutuna daxil olmuşdur.
Ç.M.Cəfərov 1965-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun bitirdikdən sonra 4 saylı Bakı şəhər klinik xəstəxanasının köks cərrahlığı şöbəsinə işə göndərilmişdir. Köks cərrahlığı şöbəsinin Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət institutuna verilməsi ilə əlaqədar 1967-ci ildən İnstitutun əməkdaşı olmuşdur.
1971-ci ildə Leninqrad şəhərinə Ümumittifaq Elmi Tədqiqat Pulmonologiya İnstitutuna ezam olunmuş və 1973-cü ildə «Xroniki qeyri-spesifik pnevmoniyaların cərrahi müalicəsinə göstərişlər» mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra yenidən ETKTİ-yə qayıtmışdır.
1976-cı ildə müsabiqə yolu ilə ETKETİ-nın köks cərrahlığı şöbəsinə baş elmi işçi seçilmişdir. Köks cərrahlığı şöbəsində bronxoloji xidməti təşkil etmiş, ağciyərin irinli və parazitar xəstəlikləri ilə əlaqədar elmi-təcrübi ilşlə məşğul olmuşdur.
1982-1987-ci illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutuna ezam olunmuş və «Traxeyanın və onun bifurkasiyasının rezeksiyası və protezlənməsi» mövzusunda doktorluq dissertasiyası müdafiə etdikdən sonra yenidən ETKETİ-yə qayıtmışdır və elmi fəaliyyətini davam etdirmişdir.
1995-ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasına rəhbər seçilmiş və bu günə qədər fəaliyyətini davam etdirir. Bu illər ərzində tədris planını müasir elmi səviyəyə qədər təkmilləşdirmişdir.
Rəhbərliyi altında tədrislə yanaşı kafelrada köks qəfəsi orqanlarının açıq və qapalı zədələnmələri, ağciyərin və plevranın qeyri-spesifik irinli, parazitar, şiş xəstəlikləri, divararalığının (mediastinitlər, şişlər, xoş xassəli törəmələri), yemək borusunun, kardioezofaqeal keçidin xərçəngi, yemək borusunun kimyəvi yanıqdan sonra daralmaları, kardioezofaial keçidin sinir-əzələ mənşəli daralmaları, qaraciyər, öd yolları, mədə və 12 bağırsağın xora xəstəliyi, peritonitlər, qarın boşluğu üzvlərin açıq və qapalı zədələnmələrinin diaqnostikası və cərrahi müalicəsi ilə əlaqədar təcrübi və elmi tədqiqat işləri aparılır.
Ümumi cərrahlığın tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün 2006-cı ildə elmin müasir səviyyəsinə uyğun yenilikləri özündə əks etdirən latın qrafikası ilə «Ümumi cərrahlıq»,
2009-cu ildə «Kliniki və Eksperimental cərrahlıq» dərsliklərini çap etdirib tələbələrin istifadəsinə verilmişdir.
O, 250-dən çox elmi məqalə və tezisin, 2 dərsliyin, 3 monoqrafiyanın, 5 ixtiranın, 1 patentin, 5 səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında 4 doktorluq (A.Qeybullayev, M.Əliyev, R.Məmmədov, M.Kərimov) və 12 namizədlik dissertasiyası müdafiə olunmuşdur (A.Quliyev, R.Quliyev, A.Məmmədov, E.Quliyev, Ə.Cavadov, C.İsmayılov, M.Həsənov, E.Qasımov, R.Əliyev, S.Bağırova, N.Hacıyev, A.Həsənov).
Ailəlidir: 4 övladı vardır, onlardan 2 həkim, 1 musiqişünas, 1 linqvistrdir.
Ailəlidir: 4 övladı vardır, onlardan 2 həkim, 1 musiqişünas, 1 linqvistrdir.
Professor Çərkəz Cəfərov uzun illər Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasına rəhbərlik etmişdir.
Hazırda həmin kafedranın professoru olaraq əmək fəaliyyətini davam etdirir
2022-ci ildə Azərbaycanın dövlət və hökümət nümayəndələrinin, alimlərinin, mətbuat və ictimai təşkilatların iştirakilə professor Çərkəz Cəfərovun 80 illik yubileyi təmtəraqla qeyd edilmidir.Azərbaycan tibb Universitetində onun yubileyinə həsr edilmiş böyük elmi konfrans keçirilmişdir.
PROFESSOR ÇƏRKƏZ CƏFƏROVUN ƏSƏRLƏRİ
Джафаров Ч.М., Перельман М.И. //Силиконовые протезы дыхательных путей, Баку 1999.
Джафаров Ч.М., Джафаров Э.Ч. //Ближайшие и отдаленные результаты хирургического лечения больных с рубцовыми стриктурами пищевода после химического ожога. Вестник хирургии 2007, том 166, №5, с 36-38.
Джафаров Ч.М., Джафаров Э.Ч. //Хирургическое лечение рубцовых стриктур пищевода и желудка после химического ожога. Хирургия, 2007, №1, с 25-28
Джафаров Ч.М., Гаджыев Н.Дж. Хирургическая тактика при эхинококкозе легких.
//Экспериментальная и клиническая медицина. Тибилиси, 2007, том 35 №2, с 28-30.
Джафаров Ч.М., Гаджыев Н.Дж. Выбор метода хирургического лечения эхинококкоза печени. //Современные достижения азербайджанской Медицины. Баку, 2007, №1, с 21-24.
Джафаров Ч.М., Рустам-заде У.Ч. //Хирургическое лечение сочетанного эхинококкоза легких и печени. Хирургия 2009, №3, с 37-40.
Джафаров Ч.М. Эзофагопластика желудочной трубкой. //Грудная и сердечно-сосудистая хирургия, 2009, №3.
Rus-Azərbaycan Tibb tezislərinin lüğəti. 2004.
ÇƏRKƏZ CƏFƏROVLA ƏLAQƏ:
ATU Tədris Cərrahiyyə Klinikası
Telefon:
050-574-55-53
XƏBƏR LENTİ – HACI ÇƏRKƏZ CƏFƏROV
XƏBƏR LENTİ – Professor Çərkəz Cəfərovun 80 illik yubileyi qeyd edilib
YOUTUBE VİDEO – PROFESSOR ÇƏRKƏZ CƏFƏROVUN HƏYAT FƏALİYYƏTİ BARƏDƏ SAGLAM TV KANALININ ÇƏKDİYİ SƏNƏDLİ FİLM
ATU VİDEO – TƏNƏFFÜS SİSTEMİ VƏ HƏZM YOLLARININ YAD CİSMLƏRİ
ATU HƏKİMLƏRİ VİDEO – QİDA BORUSU DARALMALARI
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ümumi Cərrahiyyə Kafedrasının müdiri, Tibb Elmlər doktoru, Professor Çərkəz Cəfərov
XƏBƏR LENTİ – Çərkəz Cəfərov, Məhəmməd Kərimov. Ümumi Cərrahlıq. Dərslik.
YOUTUBE VİDEO – Professor Çerkez Ceferov. Torakal cerrah. KONFRANS. Traxeyada berpaedici emeliyyatlar.
YOUTUBE VİDEO – PROFESSOR ÇƏRKƏZ CƏFƏROV. ALİM, PEDAQOQ VƏ HƏKİM. TELEKLINIKA 17 DEKABR . 2016-ci il. DunyaTV (DTV) SAGLAM TV
YOUİTUBE VİDEO – Tənəffüs sistemi və Həzm yollarının yad cisimləri. PROFESSOR ÇƏRKƏZ CƏFƏROV
Facebook Comments