FƏRİD TƏQDİROV NEYROCƏRRAH, DTX HOSPİTALI

Fərid Təqdirov Vahid oğlu 1979-cu ildə Gürcüstanda anadan olmuşdur.
1996-cı ildə Bakıda 32 nömrəli məktəbi bitirmişdir.
2002-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
Fərid Təqdirov 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyə xəstəxanasında neyrocərrahiyə ixtisası üzrə internatura keçmişdır.
Daha sonra cəbhə bölgəsində hərbi xitmətdə olmuş və yaralı əsgərlərə tibbi xidmət göstərmişdir.
2005-ci ildə Respublika Neyrocərrahiyə xəstəxanasına qayıtmışdır.
Fərid Təqdirov Rusiyada,Türkiyədə və Almaniyada təkmilləşdirmə kurslarında olmuşdur.
Hal -hazırda full endoskopik perkutan diskektomiyanı da Azərbaycanda tətbiq edir. Neyrocərrahiyyənin bütün sahələrində əməliyyatlar icra edir:

– Onurğa sütununda rast gəlinən disk yırtıqları, protruziyalar

 Onurğa sütununun travmaları

– Onurğa sütununda təsadüf olunan şişlər

– Fəqərə sürüşmələri, spondilelistez

– Osteoporoz və bununla əlaqədar meydana çıxan sınıqlar

– Onurğa sütununun iltihabi xəstəlikləri

– Anadangəlmə onurğa sütunu xəstəlikləri (gərgin onurğa beyin sindromu,diastotematomieliya,lipomeninqosele və s.)

– Baş beynin şişləri

– Baş beynin travmatik zədələnmələri

– Hematomalar

– Baş beynin iltihabi xəstəlikləri (abseslər)

– Hidrosefaliya

– Baş beynin anadangəlmə yırtıqların və s.

Çalışdığı klinikalar:
Azərbaycan Neyrocərrahiyyə Xəstəxanası
Modern Hospital
Medi Land Klinikası
DTX Hərbi Tibb İdarəsi Hospitalı
2020-ci il Oktyabr ayından etibarən isə RNX baş həkimi təyin olunmuşdur.
2020-2022-Cİ İLLƏRDƏ DOKTOR FƏRİD TƏQDİROV RESPUBLİKA NEYROCƏRRAHİYYƏ XƏSTƏXANASININ BAŞ HƏKİMİ KİMİ PEŞƏKAR FƏALİYYƏTİNİ DAVAM ETDİRİB.
Hazırda Fərid Təqdirov Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında həkim neyrocərrah işləyir

Fərid Təqdirovla Əlaqə telefonu: (+994) 50 304-46-68

Fərid Təqdirov. Farid Tagdirov. Neyrocerrah. Fəqərə arası disk yırtığı. Bel fıtığı
Neyrocerrah dr.Ferid Teqdirov. Feqere arası disk yırtığının çıxarılması. Video reportaj. saglamTV
Doktor Ferid Teqdirov. Neyrocerrah. Beyin şişinin çıxarılması emeliyyatı.


Neyrocərrahiyyə – Tibbin bu sahəsi nəyi əhatə edir?
Fəqərə arası disk yırtıqları

Facebook Comments