Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı, Tibb üzrə Fəlsəfə Doktoru Ruslan Nəcəf oğlu Nəcəfov 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (İndiki ATU) fərqlənmə diplomu ilə bitirmişdir.
1999-2000-ci illərdə Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (GATA),
2005-ci ildə Türkiyədə Yüksək İxtisas Xəstəxanasında,
2012-ci ildə Avstriyanın Zalsburq şəhəri Landeskrankenhaous xəstəxanasında kardiologiya üzrə ixtisasartırmada olmuşdur.
2005-ci ildə doktor Ruslan Nəcəfov “Kəskin koronar sindromlu xəstələrdə riski erkən qiymətləndirməklə müalicənin optimallaşdırılması” mövzusunda dissertasiya işini müdafiə edərək Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə yiyələnmişdir.
2012-ci ildən dr.Ruslan Nəcəfov Tibb elmləri doktoru adını almaq üçün doktorluq dissertasiyası üzərində çalışır.
2011-ci ildən doktor Ruslan Nəcəfov Avropa Kardiologiya Cəmiyyətinin həqiqi üzvüdür.
Ruslan Nəcəfov dərc olunmuş 60-dək elmi əsərin, o cümlədən 5 dərslik, 2 metodik tövsiyə və 2 klinik protokolun müəllifidir.
ÜVZÜ OLDUĞU TƏŞKİLATLAR:
Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC),
Avropa Kardiologiya Cəmiyyəti (ESC),
Türkiye Kardioloji Derneyi, Amerika Exokardioqrafiya Cəmiyyəti,
Avropa Ateroskleroz Cəmiyyəti
ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Exokardioqrafiya: böyüklər və bütün yaşda olan uşaqlar
Holter monitorlama
Tredmil Test kimi kardioloji müayinələrin aparılması və ürək-damar sistemi xəstəliklərinin müalicəsi ilə məşğuldur
Böyüklərdə Ürək-damar,
Ürək-qapaq xəstəlikləri,
Ürək çatışmazlığı,
Ürəyin ritm pozulmaları
və sair kardioloji xəstəliklərin aktiv müayinə və müalicəsini həyata keçirir.
İŞ TƏCRÜBƏSİ:
Doktor Ruslan Nəcəfov Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda çalışır
Bundan əlavə Dəmir yolu xəstəxanasında, Mərkəzi Klinik xəstəxanada, Şəfa diaqnostika mərkəzində, Mediluxda, Baku Klinikdə, Baku Klinik Sumqayıt filialında, Zəfəran hospitalda, Bakı Sağlamlıqda həkim-kardioloq kimi çalışmışdır.