TOFİQ CAHANGİROV KARDİOLOQ, TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR

Tofiq Şahmur oğlu Cahangirov — kardioloq, tibb elmləri doktoru[ professor, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri (2017-2019), Azərbaycan Kardiologiya jurnalının redaktoru, C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun “Arterial Hipertenziya” şöbəsinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının professoru
Tofiq Cahangirov 10 dekabr 1963–cu ildə ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1981-ci ildə Saatlı rayon Səməd Vurğun adına 1 saylı orta məktəbi bitirmiş və həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş,
1987-ci ildə həmin institutun müalicə-profilaktika fakültəsini bitirmişdir.

DR. TOFİQ CAHANGİROVUN ELMİ FƏALİYYƏTİ:
1993-cü ildə Rusiya Fedarasiyası A.L Myasnikov adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi olmuşdur.
2006-cı ildə Tofiq Cahangirov Rusiya Federasiyası Moskva Dövlət Tibbi-Stomatoloji Universitetində doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru olmuşdur.
1994-1997-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun klinikasının baş həkimi olmuşdur.
1997-ci ildən 2019-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun «Ürək Çatışmazlığı» şöbəsində böyük elmi işçi,
2019-cu ildən hal-hazıra kimi «Arterial Hipertenziya» şöbəsinin rəhbəri,
2011-ci ildən Tofiq Cahangirov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının professorudur.

ELMİ İŞLƏRİ:
Kardiologiya sahəsində 100 elmi iş, eyni zamanda monoqrafiyalar, tədris vəsaiti, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur. 3 monoqrafiyanın, 1 klinik protokolun və 1 dərsliyin müəllifidir.

TOFİQ CAHANGİROVUN İŞTİRAK ETDİYİ KONFRANSLAR:
2018-2019-cu illərdə keçirilən ölkə daxili konfranslar ( Bakı, Naxçıvan, Gəncə, Sabirabad, Cəlilabad və s…)
Azərbaycan Kardiologiya Cəmiyyətinin 10 illik Yubileyi
Bakı Konqres Mərkəzində Keçirilən Azərbaycan Kardiologiya Cəmiyyətinin VII, VIII Beynəlxalq Konqresləri
Türk Kardioloji Dərnəyi (konqreslərində çıxışlar, iclaslarda sədrlik)
Rusiya Kardiologiya Cəmiyyəti
Avropa Ürək Çatışmazlığı Assosiasiyası (birgə ortaq sessiyalar-çıxışlar, iclasa sədrlik)
İtaliya Kardiologiya Federasiyası ilə birgə ortaq toplantı (çıxışlar, iclasa sədrlik)

ÜZVÜ OLDUĞU TƏŞKİLATLAR:
Rusiyanın «Ürək çatışmazlığı üzrə Mütəxəssislər Cəmiyyəti»nin
Rusiyanın «Ultrasəs diaqnostikası üzrə Mütəxəssislər Assosiasiyası»nın
«Avropa Ürək Çatışmazlığı Cəmiyyəti»nin
«Avropa Kardiologiya Cəmiyyəti»nin həqiqi üzvü
Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, “Ürək Çatışmazlığı” işçi qrupunun rəhbəri
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü. 2021- ci il Martın-5-də keçirilən YAP-ın VII qurultayında İdarə Heyətinin üzvü seçilmişdir.

MÜKAFATLARI:
2019-cu ildə Avropa Kardiologiya Cəmiyyəti nəzdində Avropa Ürək Çatışmazlığı Assosiasiyası ( Heart Failure Association of the ESC) tərəfindən qızıl medalla təltif olunmuşdur.

Arterial hipertoniya elmi bölməsinin rəhbəri – Professor,  tibb üzrə elmlər doktoru Cahangirov Tofiq Şahmur oğlu
Arterial hipertoniya şöbəsi arterial hipertoniyanın diaqnostikası üsullarının, müasir müalicə taktikasının, eyni zamanda xəstəliyin inkişafında genetik amillərin rolunun tədqiqi ilə məşğul olur.
Şöbənin elmi işçiləri tərəfindən Azərbaycan Respublikasının əhalisi arasında arterial hipertenziyanın əmələ gəlməsində, inkişafında və gedişində bəzi irsi genetik amillərin əhəmiyyətinin öyrənilməsi istiqamətində işlər aparılır .
Burada məqsəd qeyri- qənaətbəxş irsi anamnezi olan AH-li xəstələrdə irsi olan AH-li allelərinin aşkarlanması və bu xəstələrdə rasional müalicə sxeminin yaradılmasından ibarətdir.  Hazırda qeyri-qənaətbəxş irsi anamnezi, hamilələrin nefropatiyası və bədxassəli hipertoniyası, endokrin xəstəlikləri ilə əlaqədar olan arterial hipertoniyalı xəstələrin ürək-damar ağırlaşmalarının diaqnostikası, proqnozlaşdırılması, müşahidəsi və müalicənin seçilməsi üzrə elmi tədqiqat işi üzərində çalışılır.
Elmi şöbədə A-PULSE CASPro cihazı ilə mərkəzi aortal təzyiqin ölçülməsi həyata keçirilir. Bu zaman ürək-damar sistemi xəstəliklərinin skrininqinin aparılması, antihipertenziv müalicənin efeektivliyini qiymətləndirmək mümkündür. A-PULSE CASPro – stasionar şəraitində mərkəzi aortal sistolik təzqiyin (CASP) dərindən analizi üçün analoqu olmayan portativ sistemdir.
A-PULSE CASPro –nun qeyri-invaziv olması, istismarının sadə olması onun üstünlüyüdür. Mərkəzi aortal təzyiq (CASP) – aorta qövsü səviyyəsində qanın təzyiqi olub, bir qayda olaraq bazu arteriyasında olan arterial təzyiqdən aşağı olur.
Onlar arasında fərq cavan adamlarda 30 mm.c.süt təşkil edir. Yaş artdıqca, eyni zamanda Arterial hipertenziya, çətin nəzarət olunan şəkərli diabet və ürək-damar sisteminin müxtəlif patoloji vəziyyətləri zamanı bu təzyiqlər arasında fərq azalır.
Son illər aparılmış klinik tədqiqatların nəticələri göstərir ki, CASP-nin yüksəlməsi insult və ürək-damar xəstəliklərinin inkişaf etməsini ehtimal etməyə imkan verən sərbəst göstəricilərdən biridir. Qeyd etmək lazımdır ki, bəzi dərman preparatları bazu arteriyasında təzyiqi salmaqla yanaşı mərkəzi aortal təzyiqi artıra bilərlər ki, bu da xəstələrin həyati üçün təhlükə yarada bilər. Son illərə qədər mərkəzi aortal təzyiqə monitorinq edilməsi belə bir cıhazların mövcud olmaması baxımından aparılmırdı. Mərkəzi aortal təzqiyin ölçülməsinin “qızıl standartı” – CASP-nin invaziv angioqrafik ölçülməsi – bahalı prosedur olub, aparılması ağırlaşmaların inkişafının yüksək riski ilə müşayət olunur.
Qeyri-invaziv olaraq mərkəzi aortal təzqiyin ölçülməsi Azərbaycanda, eləcə də Qafqazyanı ölkələrdə ilk dəfə olaraq həyata keçirilmişdir.
Müraciət edən xəstələrdə mərkəzi aortal təzyiq təyin edilərək, buna müvafiq olaraq müalicə strategiyasında müəyyən taktiki dəyişikliklər aparılması tövsiyyə edilmişdir.
Arterial hipertoniya elmi şöbəsinin  19 əməkdaşı var. Onlardan 5 nəfəri böyük elmi işçi, 4 – elmi işçi, 5 – kişik elmi işçi, 4- isə böyük laborantdır.

DOKTOR TOFİQ CAHANGİROVLA
ƏLAQƏ TELEFONU:
050 213 74 93
VIKIPEDIYA SƏHİFƏSİ – TOFİQ ŞAHMUR OĞLU CAHANGİROV – KARDİOLOQ, TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR
FACEBOOK PROFİLE – TOFİQ CAHANGİROV
AKC – AZƏRBAYCAN KARDİOLOGİYA CƏMİYYƏTİNİN İDARƏ HEYƏTİNİN ÜZVÜ TOFİQ CAHANGİROV
ELMİ TƏDQİQAT KARDİOLOGİYA İNSTİTUTU ARTERİAL HİPERTONİYA ŞÖBƏSİ
XƏBƏR LENTİ – YAP-ın İdarə Heyətinin yeni tərkibi – SİYAHI. 25 MART 2021-Cİ İL
XƏBƏR LENTİ – “Toydan qayıdır, mədəsi ağrıyır, elə bilir ki, zəhərlənib… Halbuki infarkt olub” – Professor qəfil ölümlərdən danışır
XƏBƏR LENTİ – İnfarkt olmamaq, ürəyi qorumaq üçün bunları edin – Kardioloq TOFİQ CAHANGİROV AÇIQLADI
XƏBƏR LENTİ – Ürək xəstəlikləri niyə cavanlaşıb, ölümlərdəki payı nə qədərdir? PROFESSOR TOFİQ CAHANGİROV.
XƏBƏR LENTİ – Tanınmış kardioloq Tofiq Cahangirov  Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçildi
XƏBƏR LENTİ – Dr. Tofiq Cahangirov: ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır
XƏBƏR LENTİ – Tofiq Cahangirov: Şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsi əhalidə arxayınlıq yaratmamalıdır
XƏBƏR LENTİ – “Şuşanın mədəniyyət paytaxtı elan edilməsi müdrik və vacib qərardır” – TOFİQ CAHANGİROV
XƏBƏR LENTİ – Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilib (FOTO, VİDEO) 2019-cu il.
XƏBƏR LENTİ – Zərifə Əliyeva şəxsiyyəti onun işıqlı əməllərində öz əksini taparaq yaşayır – Tofiq Cahangirov
XƏBƏR LENTİ – Tofiq Cahangirov: “Delta ştammı Britaniya ştammı ilə müqayisədə daha sürətli yolxuculuq qabiliyyətinə malikdir”
XƏBƏR LENTİ – Uğurlarımızın əsasında Heydər Əliyev məfkurəsi dayanır – Tofiq Cahangirov
WIKI QALEREYA – Azərbaycan kardiologiya Cəmiyyəti. Kardioloqlar
XƏBƏR LENTİ – İnfarkt olmamaq, ürəyi qorumaq üçün bunları edin – Kardioloq AÇIQLADI
XƏBƏR LENTİ – Elmi Tədqiqat Kardiologiya İnstitutunun 40 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilib (FOTO) 2019-cu il
XƏBƏR LENTİ – AZƏRBAYCAN NEVROLOGİYA HƏFTƏSİ. KONFRANSDA PROFESSOR TOFİQ CAHANGİROV “Arterial hipertenziya – qulaqcıq fibrillyasiyasının əsas risk amili”,  “Qulaqcıq fibrillyasiyası və insult riski” MÖVZULARINDA ÇIXIŞ EDİB
XƏBƏR LENTİ – Cəlilabadda Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən regional konfrans keçirilmişdir 2019-05-20
MÜSAHİBƏ – TOFİQ CAHANGİROV: Şuşanın tarixi görkəmi və şöhrəti özünə qayıdır
MƏQALƏ – Tibb elmləri doktoru, professor TOFİK CAHANGİROV
XƏBƏR LENTİ – Sabirabad Mərkəzi rayon xəstəxanasında kardioloqların seminarı keçirilmişdir 2018-05-12
TƏDBİR – HİPERTONİYA ÜZRƏ 1-Cİ BAKI MƏKTƏBİ
XƏBƏR LENTİ – DR. TOFİQ CAHANGİROV: Miokard infarktı, arterial hipertenziya, ürək çatışmazlığı halları azalır 
XƏBƏR LENTİ – Azərbaycan Kardiologiya Cəmiyyətinin regional konfransı keçirilib (FOTO)
XƏBƏR LENTİ – Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının sayı azalır
XƏBƏR LENTİ – 30-11-2019, 14:51. Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi. PROFESSOR TOFİQ CAHANGİROV
XƏBƏR LENTİ – “RUN GROUP”dan Azərbaycan səhiyyəsinə töhfə – FOTOVİDEO YOUTUBE – AKC- AZƏRBAYCAN KARDİOLOGİYA CƏMİYYƏTİ 7-ci Milli Konqres, professor Tofiq Cahangirov Yekun söz
VİDEO YOUTUBE – AKC 7-ci Milli Konqres Prof Tofiq Cahangirov Açılış. PROFESSOR TOFİQ CAHANGİROV.
VİDEO YOUTUBE  – Ürək çatışmamazlığının müalicəsinin təməl prinsipləri. T.E.D. TOFİQ CAHANGİROV.
VİDEO YOUTUBE – Azərbaycan Kardiologiya Cəmiyyətinin 24 İyun 2020 il onlayn-vebinar formatında keçirilən elmi tədbir
VİDEO YOUTUBE – COVİD 19 PANDEMİYASINDA KARDİOLOQUN MÖVQEYİ. Akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, t.e.d. Gülnaz Dadaşova – Giriş sözü
VİDEO YOUTUBE  – Azərbaycan Kardiologiya Cəmiyyətinin 10 ili
VİDEO YOUTUBE  – Azərbaycan Kardiologiya Cəmiyyəti və WHFS congress 18 congress Baku, opening ceremony

Facebook Comments