Üz-çənə cərrahı. Dosent. Dr.Həsən Əsədov


Həsən Əsədov Az.DHTİ-un Üz-Çənə Cərrahiyyəsi kafedrasının dosentidir. Tibb elmləıri namizədidir.
65 elmi məqalənin, 2 patentin, 4 səmərələşçdirici təklifin müəllifidir.
Həsən Əsədov Üz-Çənə nahiyyəsində rast gəlinən anomaliyalar, anadangəlmə və qazanılmış deformasiyaların, travmaların, şişlərin cərrahiyyəsi, bu anomaliyaların, deformasiyaların plastik-rekonstruktiv əməliyyatlarla bərpası ilə məşğulduir.

Doktor Həsən Əsəd oğlu Əsədov 1964-cü ildə Beyləqan rayonunun Binyadlı kəndində anadan olmuşdur. Orta məktəbi doğulduğu Binyadlı kəndində bitirmişdir. Daha sonra Azərbaycan Tibb Universitetinin Stomatologiya Fakultəsinə daxil olmuşdur.
Həsən Əsədov 1991-ci ildə ATU Stomatologiya fakultəsini Qırmızı diplomla bitirmişdir.
Ardınca Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Üz-Çənə kafedrasına laborant vəzifəsinə işə qəbul olunmuşdur. Həkimlik fəaliyyətinə Az.DHTİ-un kafedrasında başlayan Həsən Əsədov 1998-ci ildə Tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.
Dissertasiya mövzusu Üz-Çənə nahiyəsinin irinli iltihabi abses və fleqmonalarında müalicə taktikasına həsr olunmuşdur.
Həsən Əsədov 1990-1991-ci illərdə Respublika Stomatoloji Mərkəzindən internatura keçmişdir.
1992-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitunda Lobarant, Assintent vəzifələrinə seçilib.
Doktor Həsən Əsədov 2000-ci ildən çalışdığı Əziz Əliyev adına Az.DHTİ-un Üz-Çənə kafedrasının dosentidir.
2001-ci ildə Türkiyədə Cərrahpaşa Tibb Universitetində Plastik-rekonstruktiv Cərrahiyyə kafedrasında üz-üənə xəstəlikləri üzrə təkmilləşmə kursu keçmişdir.
Həmin ildən etibarən 10 il ərzində hər il 1-2 ay orada çalşır.
Hal-hazırda Həsən Əsədov üz-çənə nahiyyəsinin müxtəlif anomaliyalarının plastik əməliyyatlarla bərpası mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Dissertasiya işi yekunlaşmaq üzrədir.
Türkiyədə İranda mövcud olan beynəlxalq plastik-rekonstruktiv cərrahiyyə üzrə təşkilatların üzvüdür.

BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI:

Hər il Həsən Əsədov İranda keçirilən aidiyyəti üzrə konfranslarda al-üst çənə deformasiyalarının bərpası ilə bağlı çıxışları olur.
Həmçinin Türkiyədə konfranslarda çıxışları çox olub.
Misirin paytaxtı Qahirədə keçirilən beynəlxalq konfranslarda çıxışları olub.

2011-ci ildə Həsən Əsədov Moskvada keçirilən konfransda ortaqratik cərrahiyyə, yəni alt və üst çənə cərrahiyyəsi ilə, sifətin dəyişdirilməsi ilə bağlı çıxışları olub.
Həmçinin Gürcüstanda və qazaxstanda konfranslarda iştirak edib, elmi məqalələri dərc olunub.
Müasir dövrdə üz-çənə nahiyəsinin müxtəlif anomaliyalarında o cümlədən, dodaq-damaq yarıqları, alt və üst çənədə problemləri olan xəstələrdə, qulaq və boyunda, burunda plastik-rekonstruktiv əməliyyatlar icra etməkdədir.

ELMİ-PRAKTİK MƏQALƏLƏRİ:

Həsən Əsədovun 65 sayda xarici ölkələrdə və ölkəmizdə dərc olunmuş məqalələri var.
Üz-Çənə nahiyyəsində əməliyyatlarla bağlı 2 patent aldığı elmi ixtiraları və 4-5 sayda səmərələşdirici təklifləri var.
Üz-Çənə nahiyəsində əməliyyatlarda təklif etdiyi daha yeni bir texnikasına patent almaq üzrədir.
Üz-Çənə Cərrahiyyəsi şöbəsində hal-hazırda bu nahiyyənin bütün anadangəlmə və sonradan qazanılmış bütün anomaliyalarında plastik-rekonstruktiv əməliyyatlarla bərpası, travmalar, çənə sınıqları. Almacıq sümüyü sınıqları, alın sümüyü sınıqlarının plastik-rekonstruktiv bərpası işləri ilə məşğuldur.
Bu nahiyyənin xəstəliklərinə sinir xəstəlikləri, nevralgiyalar, nevritlər, travmalar və sairələr də aiddir.
Həsən Əsədov 2004-cü ildə MDB məkanında ilk dəfə alt-üst çənənin plastik-rekonstruktiv əməliyyatını həyata keçirmişdir.

Üz-Çənə nahiyyəsində 2500-dən artıq cərrahi əməliyyatlar mövcuddur.
Həsən Əsədov üz-çənə nahiyəsinin travmalarında tutmuş, anomaliyalara qədər, şiş xəstəliklərində əməliyyatların olunması, plastik-rekonstruktiv yolla bərpası ilə məşğuldur.
Alt və üst çənənin deformasiyaları korreksiyası
Dodaq-damaq yarıqlarının plastik-rekonstruktiv bərpası
Üz-Çənənin irinli-iltihabi xəstəlikləri
Üz-çənə nahiyəsinin travma və zədələnmələri
Gicgah-çənə oyanğının xəstəlikləri
Anadangəlmə və sonradan qazanılmış qüsurların bərpası
Üz çənə və boyun nahiyyəsinin şiş və şişəbənzər xəstəlikləri


HƏSƏN ƏSƏDOVUN İCRA ETDİYİ ƏMƏLİYYATLAR BARƏDƏ FOTO QALEREYA 
HƏSƏN ƏSƏDOVUN ŞƏXSİ FACEBOOK SƏHİFƏSİNDƏ DƏ İCRA ETDİYİ ƏMƏLİYYATLARIN GÖRÜNTÜLƏRİ BARƏDƏ MƏLUMAT ALA BİLƏRSİNİZ

Doktor Həsən Əsədov. Üz-Çənə nahiyəsinin anomaliyaları, travmalar, şişlərin plastik-rekonstruktiv əməliyyatlarla bərpası. saglamTV

Antivirus 24- Həsən Əsədov üz- çənə plastik rekonstruktiv çənə 28. 10. 2016
Azərbaycan-Ortodontlar Cəmiyyətinin Elmi-praktik seminarı
DOSENT HƏSƏN ƏSƏDOVUN SLAYDLARLA ÇIXIŞI

“YASAMAQ GOZELDIR” VERİLİŞİ. HƏSƏN ƏSƏDOV. PLASTIK EMELIYYATLAR

RADİO VERİLİŞ. Alo 103 Tibb elmler namizedi, Dosenti Üz-çənə cərrahı, dosent Dr.Hesen EsedovFACEBOOK səhifəsi
Üz-Çənə cərrahı doktor Həsən Əsədov

Həsən Əsədovla
Əlaqə telefonu:
+994 050 330 10 71

Facebook Comments