ƏKBƏR MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI, STOMATOLOQ-İMPLANTOLOQ

Doktor Əkbər Məmmədov 1968-ci ildə Qərbi Azərbaycan (Ermənistan SSR) Zəngəzur mahalı, Qarakilsə rayonunun Şıxlar kəndində anadan olmuşdur.
Orta məktəbi 8-ci sinfə kimi Şıxlar kəndində oxuyub.
9-10-cu siniflərdə isə Bakıda 5-nömrəli Kimya-Biologiya təmayüllü internat məktəbində orta təhsilini davam etdirib.

DOKTOR ƏKBƏR MƏMMƏDOVUN TƏHSİLİ VƏ ƏMƏK FƏALİYYƏTİ:
1986-cı ildə Əkbər Məmmədov Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutua daxil olub.
Tibb İnstitutunun 1-ci kursunu bitirdikdən sonra 1987-ci ildə Sovet ordusunda əsgərliyə gedib.
1989-cu ilə qədər 2 il hərbi hidmətdə olub. Ardınca 2-ci kursdan ali təhsilini davam etdirib.
1991-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Əkbər Məmmədov bir qrup universitet tələbələri ilə birlikdə könüllü olaraq ordu sıralarına yazılıb və cəbhə bölgəsində xidmət göstərib.
Əvvəlcə Ağdamda, daha sonra isə Naxçıvan MR Culfa rayonunda sərhəd zastavasında əvvəlcə həkim kimi, ardınca isə zastava rəisi kimi xidmət eliyib.
Müharibə zonasından qayıdandan sonra Əkbər Məmmədov Azərbaycan Tibb Universitetində təhsilinə davam edib. 1993-cü ildə ATU-nu bitirdikdən sonra həkimlik fəaliyyətinə başlayıb.
Gənclik illərində stomatologiyanın ortopediya, terapiya, uşaq stomatologiyası istiqamətində çalışıb.
Həkimlik təcrübəsini artırdıqca müasir stomatologiyanın ən çox tələb olunan sahələrində bilik və bacarıqları mənimsəyib.
Bu ötən müddət ərzində doktor Əkbər Məmmədov özəl stomatoloji tibbi xidmət sektorunda fəaliyyət göstərib.
Həkim-stomatoloq olaraq işlədiyi müddətdə Əkbər Məmmədov Azərbaycanda və xarici ölkələrdə çoxsaylı təkmilləşdirmə kurslarında və elmi-praktik konfranslarda iştirak edib.
İmplantologiya sahəsində doktor Əkbər Məmmədovun 15 illik təcrübəsi var.
İlbəil bu sahədə tibbin yeniliklərini izləyərək təlimlərə davam edir.
Hazırda diş həkimliyində işinin əsas hissəsi üz-çənə cərrahiyyəsi implantologiyadan ibarətdir.
2023-cü ildə iştirak etdiyi konfrans və təkmilləşdirmə təlimləri:
Amerika Birləşmiş Statlarında və  Koreyada implantologiya üzrə tədris kursu və konfrans
2023-cü il Dekabrın 8-də Türkiyənin Antalya şəhərində İTİ İnternational Team for İmplantology 
tərəfindən həyata keçirilən ənənəvi konfrans

DR. ƏKBƏR MƏMMƏDOVUN ÜZVÜ OLDUĞU PEŞƏKAR QURUMLAR:
Azərbaycan Oral İmplantology Dərnəyi
Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti
Azərbaycan İmplantoloqlar Cəmiyyəti
Üzvü olduğu bütün ictimai-peşəkar təşkilatların işində fəal iştirak edir.

İKİNCİ QARABAĞ MÜHARİBƏSİ:
27 Sentyabr 8 Noyabr 2020-ci tarixində baş verən İkinci Qarabağ müharibəsi doktor Əkbər Məmmədovun həyat fəaliyyətində xüsusi yer tutur.
Tibb universitetində hərbi səhra cərrahiyyəsində bilik və bacarıqlar əldə edən və birinci Qarabağ müharibəsində təcrübə toplamış Əkbər Məmmədov ehtiyac hiss etdiyi zamanlarda hər zaman Silahlı qüvvələrə qoşulmağa və yardım etməyə can atıb.
2020-ci ildə Tovuz rayonunda düşmənin mənfur təxribatı nəticəsində general Polad Həşimovun və silhdaşlarının şəhid olması əksər Azərbaycanlılar kimi doktor Əkbər Məmmədovu da hiddətləndirdi və onu bir həkim olaraq birbaşa cəbhə istiqamətinə yönəltdi.
Əkbər Məmmədov əsgər paltarı geyinib Tovuzun Ağdam və Vahidli kəndlərinə gedərək ehtimal olunan tibbi yardım ehtiyaclarında iştirak etməyə qərar verdi. Orduya müraciət etdi.
2020-ci il 27 Sentyabrda Qarabağın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsi başladı. Hərbi hospital həkimlərindən savayı könüllü həkimlərə böyük ehtiyac yaranmışdı. Elə həmin vaxtdan doktor Əkbər Məmmədovun fəaliyyəti daha çox müharibə bölgəsi ilə əlaqəli oldu.
2020-ci ild Oktabrın 1-də Ağcabədi Hərbi Hospitalında üz-çənə cərrahına ehtiyac olduğunu biləndə dərhal orada həkim briqadasına qoşuldu.
Ağcabədi Mərkəzi Xəstəxanası hərbiləşdirilmiş xəstəxana kimi fəaliyyət gösrərirdi.
Doktor Əkbər Məmmədov qoşulduğu andan etibarən hospitalda travmatologiya şöbəsini yaradıb təkmilləşdirmək ehtiyacı yarandı. O bu işi öz üzərinə götürdü.
Özünün və dostlarının madi vəsaiti hesabına doktor Əkbər Məmmədov Ağcabədi Hərbi Hospitalında Travmatologiya şöbəsini yaratdı. Şöbəyə rəhbərlik edərək 52 gün sonuncu yaralıya qədər həmin şöbədə çalışdı. Xəstəxanaya daxil olan bütün yaralı əsgərlərimizə tibbi yardım göstərilməsini təşkil etdi. Onun rəhbərlik etdiyi şöbə 1000-ə yaxın stasionar yaralı qəbul etdi. Hospitalda təkcə həkimlik deyil, xəstəxananın zəruri dərman və tibbi ləvazimatların alınması, gətirilməsini də öz şəxsi vəsaiti və bu işə dəstək olan yardımsevərlərin hesabına həyata keçirdib.
Qeyd olunmalıdır ki, həmin yaralılar arasında maksimum peşəkarlıq nümayiş olunaraq heç bir amputasiya icra olunmadı. Başqa sözlə yaralı əsgərlərimizin aşağı və yuxarı ətraf orqanları düzgün və effektiv müalicə şərti ilə qorunub saxlandı.
İmkanlı şəxslərin dəstəyi ilə yüzlərlə əsgərə ilizarov aparatı qoyuldu.
Onun rəhbərlik etdiyi travmatologiya şöbəsinin tibb işçilərindən tutmuş həkimlərə qədər hər birisi qəhrəmancasına çalışdılar və mərdlik nümayiş etdirdilər.
Müharibə bitsə də doktor Əkbər Məmmədov işğaldan azad olunmuş ərazilərdə yardımlarını davam etdirirdi. 2020-ci ilin Dekabrın 1-də Şuşada ilk stomatoloji klinikanı məhs doktor Əkbər Məmmədov yaratdı.
Şuşada əsgərlərimizin diş problemlərinin aradan qaldırılması üçün çalışan klinika bütün lazımi avadanlıqlarla təmin edilib.  Klinikanın avadanlıqları, zəruri tibbi ləvazimatlar hamısı doktor Əkbər Məmmədovun öz hesabına təşkil olunmuşdu. Bu stomatoloji kabinet ərazidə xidmət edən əsgərlərimizə təmənnasız tibbi xidmət göstərirdi. Bu işdə ona bir neçə həkim dostları, o cümlədən Premium dental klinikasının rəhbəri Azər İsmayılov ona köməklik göstərirdilər.
Daha sonra Əkbər Məmmədov Qubadlı rayonunun Xanlıq kəndində əsgərlərimizə diş həkimliyi xidmətinin təşkili məqsədilə stomatoloji kabinet açdı.
Bundan əlavə orada Əkbər Məmmədovun təşkilatçılığı ilə həkimlərin vəsaiti hesabına stomatoloji xidmətdən savayı tibb məntəqəsini təmir edərək digər tibbi yardımlar üçün lazımi imkanlar yaradıldı, təchizatları təmin olundu.
Vətən Müharibəsi dövründə Ağcabədi Mərkəzi Xəstəxanasının nəzdində travmatologiya şöbəsi yaradaraq oraya rəhbərlik edən həkim Əkbər Məmmədov bu dəfə işğaldan azad edilən ərazilərimizə üz tutub. O, bir neçə həmkarı ilə birlikdə stomatoloji fəaliyyətlərini həyata keçirmək üçün Hadruta səfər edib və ordumuzun tibbi ehtiyacları, xüsusən stomatoloji müayinə və müalicə məqsədilə lazımi  köməklik göstəriblər. 
Sərhəd xidməti yaradıldıqdan sonra Qubadlının Qazyan kəndinə küçürüldü.
Doktor Əkbər Məmmədov 2021-ci ilin Mart ayında Bakıya qayıdaraq stomatoloq-implantoloq kimi həkimlik fəaliyyətini davam etdirir.
2023-cü ilin Sentyabr ayında Qarabağda son antiterror əməliyyatı zamanı da cəbhə bölgəsinə yollanıb Ağcabədi rayonunda 1 həftə ərzində köməklik göstərmişdir.

Hazırda “Mamedov dental” və “32 Dent” diş klinikalarına rəhbərlik edir.
Eyni zamanda stomatoloq-implantoloq kimi çalışır.
Oğlanları onun peşəsini davam etdirir. Stomatologiya fakultəsini bitirib bu sahədə işləyirlər.
Ailəlidir. 4 övladı, 3 oğlu, 1 qızı var.

DOKTOR ƏKBƏR MƏMMƏDOVLA ƏLAQƏ:
TELEFON: +994 50 223 37 27


FACEBOOK PROFİLE – ƏKBƏR MƏMMƏDOV STOMATOLOQ
FACEBOOK PROFİLE – ƏKBƏR MƏMMƏDOV
XƏBƏR LENTİ – Tanınmış stomatoloqlar Şuşada öz klinikalarının filialını açdılar (Fotolar)
XƏBƏR LENTİ – ŞUŞADA STOMATOLOJİ KABİNET AÇILDI. Mamedov Dental Klinikanın Şuşa filialı istifadəyə verilib.
XƏBƏR LENTİ – STOMATOLOQLARIMIZ HADRUTA GETDİLƏR…..

 

Facebook Comments