Hepatit C ilə yoluxma

Virus qaraciyərdə və qanda tapılır. Əsas yoluxma yolu qanladır. Məsələn, iki adam eyni iynəni istifadə etsələr yoluxma ola bilər. Bunun ən məşhur şəkli narkotik istifadəsidir. Digər bir yoluxma yolu qan nəqlidir. Bir adama, Hepatit C virusu daşıyan bir adamın qanının köçürülməsi kimi. İndiki vaxtda edilən testlər ilə bu artıq tamamilə qeyri-mümkün kimidir.

Ancaq, 1990-cı iln əvvəli xəstəlik bilinmədiyindən və diaqnoz testləri olmadığından, bu dövrdə edilən qan köçürmələri risk daşıya bilərdi. Virus tüpürcək, sidik, sperma kimi bədən mayelərində tapılmaz. Bu səbəblə cinsi əlaqə əsnasında bulaşma nadirdir. Bədən mayelərində virus olması üçün bu mayelərə bir şəkildə qan qarışması lazımdır (Məsələn: diş ətində qanama). Virus mensturasiya qanında olur. Bu dövrdə olan cinsi əlaqə yoluxma baxımından risklidir (qanın açıq bir yaraya bulaşması ilə).
Eyni iynə istifadə edilərək edilən peyvəndlər, döymə və s. kimi əməliyyatlar yoluxucu ola bilər. Eyni təraş bıçağı və diş fırçasını istifadə etmək, bunların qan ilə təmas etməsi ehtimalı səbəbi ilə yoluxucu ola bilər.
Hepatit C əlamətləri ürək bulanması, aşağı səviyyədə tempratur, qarın bölgəsi və qaraciyərin virus olan qisminin zəifliyi və həssaslığı, tədricən görünən sarılıq, qusma və halsızlıq şəklindədir. Bu əlamətlər atipik olduğu qədər, əvvəl də deyildiyi kimi xəstəlik faktorunun alınmasından çox uzun zaman sonra da ortaya çıxa bilir. Cinsi yolla Hepatitin ötürülmə riski cəmi 5%-dir. Hepatit C -də hazırlayıcı faktorlar yəni Hepatit C infeksiyasına uyğun hala gəlməsinə səbəb olan faktorlar aşağıdakılardır.
Çox və davamlı heyvani mənşəli zülal və yağ qəbulu,
Spirt istifadəsi,
Siqaret istifadəsi,
Qeyri-kafi tərəvəz və meyvə istehlakı,
Qida və fərdi gigiyenaya diqqət edilməməsi.
Hepatit C əgər müalicə edilməzsə sirroz, qaraciyər xərçəngi və ölümə səbəb olar.
Hepatit C xəstəliyi indi sağaldılan və müalicə edilən bir xəstəlikdir. Hepatit C əvvəlki kimi çox bahalı müalicə tələb etmir.
Hepatit C-in müalicəsi indi bədənə heç bir zərər verməyən yeni çıxan Hepatit C dərmanları ilə olduqca ucuz və asan məbləğlə müalicə edilir.
Hepatit C ilə yanaşı əvvəllər müalicəsi mümkün olmayan Qaraciyər serrozu da indi müalicə edilə bilir.

Həmçinin bax:

Hepatit C dərmanları
Hepatitləri, Virus hepatitlərini, Hepatit C-ni, qaraciyər serrozunu, qaraciyər piylənməsini müalicə edən həkimlər:

Virus Hepatitləri, Hepatit C-nin müalicəsi, Hepatit C, Qaraciyət köçürülməsi, Qaraciyər transplantasiyası, Qaraciyər serrozu, Qaraciyər serrozu barədə videolar:

Virus Hepatitləri, Hepatit C-nin müalicəsi, Hepatit C, Qaraciyət köçürülməsi, Qaraciyər transplantasiyası, Qaraciyər serrozu,

Qaraciyər xərçəngi, qaraciyər piylənməsinin müalicəsi ilə məşğul olan həkimlər

Facebook Comments