ANADANGƏLMƏ İNKİŞAF QÜSURLARI VƏ ONLARIN RİSK AMİLLƏRİ Qarayeva Könül Qalib qızı. KITAB. Bakı-2017. 144 səhifə


KİTABIN RƏYÇİLƏRİ:
Azərbaycan Tibb Universitetinin 2-ci “Mamalıq və Ginekologiya” kafedrasının müdiri, tibb elmləri doktoru, professor Hicran.F.Bağırova.
Əziz Əliyev adınına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Mamalıq və Ginekologiya” kafedrasının müdiri, tibb elmləri doktoru, professor L.M.Rzaquliyeva.

Monoqrafiya dölün bətndaxili inkişafı zamanı baş verə biləcək qüsurlar, onları törədən amillər haqqında məlumat verilmişdir. Nəzərdə tutulmuşdur ki, monoqrafiya mamalıq və ginekologiya ixtisası üzrə təhsil alan rezidentlər, aspirantlar və eləcə də praktik həkimlər üçün əhəmiyyyət kəsb edəcək və qüsurla doğulma hallarının azalmasına yardımçı olacaqdır.

MÜNDƏRİCAT
FƏSİL 1. ANADANGƏLMƏ İNKİŞAF QÜSURLARI.
FƏSİL 2. DÖLÜN İNKİŞAF QÜSURLARININ STRUKTURU
2.1. Özbaşına düşüklər
2.2. Vaxtından əvvəl doğuş
2.3. Sinir sitemində əmələ gələn qüsurlar
2.4. Kəllənin üz-yan hissəsinin qüsurları
2.5. Üz-çənə nahiyəsinin qüsurları
2.6. Genetik aparatın qüsurları
2.7. Ürək-damar sisteminin anadangəlmə qüsurları
2.8. Döş qəfəsinin anadangəlmə inkişaf qüsurları
2.9. Ağciyərlərin anadangəlmə qüsuru
2.10. Həzm traktının anadangəlmə qüsurları
2.11. Sidik-cinsiyyət sisteminin anadangəlmə qüsurları
2.12. Skelet quruluşunun anadangəlmə qüsurları
FƏSİL 3. DÖLÜN QÜSURLU İNKİŞAFININ RİSK AMİLLƏRİ
3.1. Virus mənşəli infeksiyalarının dölün bətndaxili inkişafına təsiri.
3.2 Dərman preparatlarının dölün bətndaxili inkişafına təsiri
3.3. Metabolik sindromun dölün bətndaxili inkişafına təsiri
3.4. Ekoloji amillərin dölün bətndaxili inkişafına təsiri
FƏSİL 4. ZƏRƏRLİ VƏRDİŞLƏRİN DÖLÜN BƏTNDAXİLİ İNKİŞAFINA TƏSİRİ
4.1. Alkoqolizmə aludəçilik və onun dölün bətndaxili inkişafına təsiri
4.2. Siqaret çəkməyin dölün bətndaxili inkişafına təsiri
FƏSİL. 5. DİGƏR AMİLLƏRİN DÖLÜN BƏTNDAXİLİ İNKİŞAFINA TƏSİRİ
5.1 Sosial ekonomik vəziyyətin dölün bətndaxili inkişafına təsiri
5.2. Hamiləlik zamanı yanaşı gedən xəstəliklərin dölün bətndaxili inkişafına təsiri
5.3. Ananın yaş faktorundan asılı olaraq dölün bətndaxili inkişafı
5.4. Anadangəlmə qüsurların inkişafında irsiyyətin rolu
5.6. Ciftin funksional vəziyyətindən asılı olaraq bətndaxili inkişafda baş vermiş dəyişikliklər.
YEKUN
ƏDƏBİYYAT

GİRİŞ

Sağlamlığı qoruyub saxlamaq müasir təbabətin prioritet sahələrindən biri kimi qəbul edilmişdir. Ona görə də, hər bir dövlət və eləcə də qeyri-dövlət təşkilatları dölün ana bətnindəki inkişafına, hamiləliyin qüsursuz doğuşla keçirilməsinə və doğulmuş uşaqların sağlam böyüməsinə xidmət edən layihələr hazırlayır və müxtəlif proqramlar həyata keçirirlər. Bunun bariz nümunəsi 2005-ci ildə Çin Xalq Respublikasında mərkəzi Pekində keçirilən “Bütün dünyada anadangəlmə qüsurlar” 2-ci Beynəlxalq simpoziumudur.

Dünyanın əksər ölkələrinin nümayəndələrinin iştirakilə keçirilən bu simpoziumun “qüsursuz döl” problemini vacib prioritet istiqaməti elmi-tədqiqat lahiyyəsi hesab etmiş və alimlərin bu istiqamətdə geniş miqyaslı elmi araşdırmalar aparılmasını tövsiyyə etmişdir. Odur ki, ana bətnində dölün normal inkişafının təmin edilməsi həmişə olduğu kimi bu gün də mama-ginekoloqların qarşısında duran vacib problem kimi diqqət mərkəzində durmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən qüsurla dğulan uşaqların sayıgünbəgün artmaqdadır. Buraya bətndaxili inkişafın pozulması sayəsində başa çatmayan hamiləlikləri də əlavə etdikdə problemin qloballığı daha aydın görünür.
Bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında bətndaxili inkişafının qeyri-normal keçməsi nəticəsində başa çatmayan hamilələrin sayı artmaqda davam edir. Bundan əlavə doğulan uşaqların arasında anadangəlmə qüsurlar yüksək faiz təşkil edir. Anadangəlmə qüsurla doğulan uşaqların bir hissəsinin yaşamaq qabiliyyətinin zəif olması sayəsində postnatal dövrdə ölüm faizinin yüksəlməsinə səbəb olur. Yaşamaq şansı olan körpələrin də diqqətli müalicə tələb etməsi, əmək qabiliyyətinin itirməsi və s. hallar bu problemi tibbi problemlə yanaşı sosial problemə də çevrilməkdədir.
Bütün bunları nəzərə alaraq bir praktik həkimlər üçün bu monoqrafiyanı yazmaq qərarına gəldik. Monoqrafiya Azərbaycan Respublikasında bu problemə həsr olunan ilk monoqrafiya olduğu üçün oxucuların istək və arzularını bilmək bizim üçün maraqlı olmaqla yanaşı, eyni zamanda vacibdir. Bu barədə fikir bildirən həmkarlara əvvəlcədən minnətdarlığımı bildirirəm

Könül Qalib qızı Qarayeva

Tibb elmləri üzrə fəlsəfə doktoru
Cərrah Mama-Ginekoloq
Elmi Tedqiqat Mama Ginekologiya İnstitutu
0519947434

 

Facebook Comments