FƏTTA QAFAR OĞLU SADIXOV CƏRRAH-ENDOKRİNOLOQ

Tibb üzrə fəlsəfə doktoru, Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin endokrin cərrahlığı şöbəsinin elmi əməkdaşı, lazer təbabəti üzrə mütəxəsis,

DOKTOR FƏTTA SADIXOVUN TƏHSİLİ:
Sadıxov Fətta Qafar oğlu 8 iyun 1969-cu ildə Lerik rayonu Blaband kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə Lerik rayonu, Blaband kənd orta ümumtəhsil məktəbində təhsil almışdır. 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1989-cu ildə Fətta Sadıxov N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsinə daxil olmuş və 1995-ci ildə həmin fakultəni “Müalicə işi” ixtisası üzrə yüksək müvəffəqiyyətlə bitirib, həkim ixtisasına yiyələnmişdir.

DOKTOR FƏTTA SADIXOVUN ƏMƏK FƏALİYYƏTİ
1995-1996-cı illərdə A.T. Abbasov adına Bakı şəhər onkoloji dispanserində “cərrahiyə” ixtisası üzrə internatura kursunu bitirmişdir.
1996-2000 ci illərdə Fətta Sadıxov Sabunçu rayonu, 12 saylı şəhər poliklinikasında cərrah-onkoloq vəzifəsində çalışmışdır.
2000-ci ildə Fətta Sadıxov müsabiqə yolu ilə Akademik M. A. Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət  İnstitutunun “Cərrahiyə” ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Mərkəzin endokrin cərrahlığı şöbəsində elmi və praktik tibb fəaliyyəti ilə məşğul olmuşdur.
2004-cu ildə Fətta Sadıxov “Böyrəküstü vəzi mənşəli arterial hipertenziyaların kompleks diaqnostikasının və cərrahi müalicəsinin uzaq nəticələrinin yaxşılaşdırılması” movzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2003-cu ildən 2010-cu ilə qədər Fətta Sadıxov Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzin endokrin cərrahlığı şöbəsində elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.
2010-cu ildən 2019-cu ilə qədər həmin mərkəzinin endokrin cərrahlığı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Sadıxov F.Q. hazırda “Autoimmun tireoidit xəstəliyin diaqnostikasının və müalicə taktikasınin müasir aspektləri” mövzusunda tibb elmləri doktoru dissertasiya işi üzərində çalışır.
Müasir lazer texnologiyalarından istifadə edərək autoimmun tireoidit xəstələrinin müalicəsinin cərrahi və digər müasir müalicə metodlarının klinik tətbiq olunmasına nail olmuşdur.
Sadıxov F.Q. Rusiyanın O.K. Skobelkin adına Dövlət Lazer Təbabəti Elmi Mərkəzində ixtisasartırma kursu keçərək lazer təbabəti üzrə mütəxəssis kimi fəaliyyət üçün diplom əldə etmişdir.
Müəllif “Diffuz autoimmun tireoidit xəstələrinin fotodinamik terapiya və aşağı intensivlikli lazer şüaları ilə qanın venadaxili şüalandırılması metodu ilə müalicəsi” mövzusunda ixtiraya dair Avrasiya Patent Mərkəzindən patent almışdır.
Sadıxov F.Q. “Autoimmun tireoiditlərin ağırlaşmaları zamanı təkmilləşdirilmiş cərrahi texnika ilə yanaşı CO2 lazerin tətbiqi”-nə dair səmərələşdirici təklifin və “Böyrəküstü vəzi mənşəli arterial hipertenziyaların diaqnostik alqoritmi” mövzusunda metodik tövsiyyənin müəllifidir.
Fətta Sadıxovun cərrahi endokrinologiyanın müxtəlif bölmələrinə aid olmaqla 57 dərc olunmuş elmi əsəri vardır. Onlardan 25-i məqalə, 29-u tezis və müxtəlif beynəlxalq konfrans materiallarıdır, o cümlədən 13 məqalə və 15 tezis xarici nəşriyyatlarda dərc olunmuşdur. 3 məqalə “Web of Science” indeksləmə sisteminə daxil olan beynəlxalq jurnallarda çap olunmuşdur.
Hal-hazırda Fətta Sadıxov Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin endokrin cərrahlığı şöbəsinin elmi-praktik və ictimai-siyasi həyatında fəal iştirak edir. Ailəlidir, 2 qızı və bir oğlu var.

DOKTOR FƏTTAH SADIQOVLA ƏLAQƏ:
İş yeri: M. A. Topçubaşov adına Elmi Cərrahiiyyə Mərkəzi
Endokrin Cərrahlığı şöbəsi
Bakı, Azərbaycan Respublikası.
Telefonu: +994 50 372 50 77, E-mail: [email protected]
ORCID: https://orcid.org/0000-0002-6779-8796;   İNSTAGRAM SƏHİFƏSİ – CƏRRAH-ENDOKRİNOLOQ FƏTTA SADIXOV
FACEBOOK PROFİLİ – DOKTOR FƏTTA SADIXOVFACEBOOK VİDEO – QALXANVARİ VƏZİ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ. DR. FƏTTAH SADIXOV
YOUTUBE VİDEO – Tibb üzrə fəlsəfə doktoru Fəttah Sadıxov. Koronavirusa yoluxma riski yüksək olan diabetli xəstələrə yanaşma tərzi
YOUTUBE VİDEO – Tibb üzrə fəlsəfə doktoru Fəttah Sadıxov canlı bağlantıda
YOUTUBE VİDEO – Tibb üzrə fəlsəfə doktoru Fəttah Sadıqov koronavirusa yoluxma riski yüksək olan şəkərli diabet xəstələr haqqında
İNSRAGRAM VİDEO – QALXANVARİ VƏZİ XƏSTƏLİKLƏRİ. AZ TV. SƏHƏR VERİLİŞİ. DR. FƏTTAH SADIXOV
İNSTAGRAM VİDEO – ZOBUN CƏRRAHİ MÜALİCƏSİ. DR. FƏTTAH SADIXOV.
İNSTAGRAM VİDEO – Qalxanvari vəzin qiqant uru. Tireoidektomiya əməliyyatından görüntülər.
İNSTAGRAM VİDEO – Cərrah endokrinoloq Fəttah Sadıxov iz bilinməyən kosmetik əməliyyatları icrası barədə

Facebook Comments