İxtisas – Invaziv radioloq
ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Damarların, sidik, tənəffüs, həzm, o cümlədən öd yollarının daralma və genişlənmələrinin angioqrafiya metodlarının tətbiqi ilə müayinə və müalicəsi sahəsində ixtisaslaşmışdır.
Dr. İlqar Hüseynov bir çox elmi məqalələrin və araşdırmaların müəllifi və iştirakçısıdır. Müntəzəm olaraq xarici dövlətlərdə keçirilən kurs, konfrans və toplantılarda iştirak edir. Beynəlzalq sertifikarlarla təltif edilmişdir.
Beynəlxalq tibbi standartlara və müasir tələblərə əsaslanan tibbi xidmətin xalqımızın da haqqı olduğunu düşünərək sağlamlığınızın keşiyindədir.
İnvaziv radioloji metodların köməyi ilə müayinələrdən savayı həmçinin xəstəliklərin aradan qaldırılmasında müalicəvi prosedurlar da həyata keçirilir.
İlqar Hüseynov invaziv radiologiyanın müalicəvi potensialından yararlanaraq xəstəliklərin müalicəsi ilə məşğuldur. Xüsusən də əsrimizin bəlalarından biri olan Şəkərli Diabet ağırlaşmalarının qarşısının alınması məqsədilə aşağı ətraf damarlarının, ayaqlara gedən damarlarda tıxanıqlığın götürülməsini qeyd etmək lazımdır.
Digər xəstəliklərdə də invaziv radioloji prosedurlar həyata keçirilir.
Qaraciyər xərçəngini qanla təchiz edən damarların şişi məhv edən dərman preparatı hopdurulmuş mikrokürəciklərlə bağlanması əməliyyatından – mikrokürəciklərin inyeksiyası da son zamanlar tibbin nailiyyətləri sırasındadır.
Həmçinin uşaqlıq arteriyalarının embolizasiyası da İnvaziv radiologiyada qeyd edilən nailiyyətlərdəndir.
Əməliyyatdan öncəki müayinələrdə bəzən elə effektiv və dəqiq nəticələr əldə edilir ki, bu nəticələrlə əməliyyatın gedişini tam planlaşdırmaq mümkün olur və əlavə müayinələrə ehtiyac qalmır… Bununla belə, protokollar tələbi üzrə bu və ya digər müayinələr də icra edilir ki, nəticələri ya əməliyyatın gedişində istifadə edilir, ya da əməliyyatdan əvvəlki və sonrakı vəziyyətin müqayisəsində lazım gəlir.
Dr. İlqar Hüseynov, invaziv radioloq
– Damar xəstəliklərinin, o cümlədən beyin, daxili orqanlar, yuxarı və aşağı ətrafların damar daralmalarının, genişlənmələrinin, trombozlarının;
– Öd yolları daralmalarının;
– Exinokokk və digər kistaların
Narkozsuz, cərrahi kəsiksiz, tikişsiz, bir iynə dəliyindən girilməklə, qapalı üsulla müayinə və müalicəsi
DOKTOR İLQAR HÜSEYNOVUN ŞƏXSİ FACEBOOK PROFİLİ
DOKTOR İLQAR HÜSEYNOVUN FACEBOOK SƏHİFƏSİ
DOKTOR İLQAR HUSEYNOVUN YOUTUBE KANALI
Doktor İlqar Hüseynovla əlaqə telefonu: 055-207-50-17
VİDEO – Dr. İlqar Hüseynov. İnvaziv radiologiya nədir və necə icra edilir? Klip reportaj.
VİDEO – Diabet xestelerine MÜJDƏ! Dr.İlqar Hüseynov saglamTV-yı açıqlama verir.
VİDEO – Angioqrafiya metodları ilə müalicə haqqında İlqar Hüseynovun müsahibəsi
VİDEO – Invaziv Radioloq Dr Ilqar Huseynov
VİDEO – Invaziv Radioloq Ilqar Huseynov-iCTİMAİ TELEVİZİYA
VİDEO – İnvaziv radioloq Dr. İlqar Hüseynov şəkərli diabet xəstlərində ayaq ağrıları haqqında.
VİDEO –İnfeksion xəstəliklər haqqında İlqar Hüseynovun müsahibəsi
VİDEO – İnvaziv radioloq Dr. İlqar Hüseynov qaraciyərin damar şişi – hemangiomanın müalicəsi haqqında…
VİDEO – 04 05 2017 HƏKİM İŞİ verilişi. Invaziv Radioloq Ilqar Huseynov
Facebook Comments