RAMİN RZAYEV TRAVMATOLOQ-ORTOPED, MƏRKƏZİ GÖMRÜK HOSPİTAL

Tibb üzrə Fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalın şöbə rəisi, travmatoloq-ortoped Ramin Rzayev

TƏHSİLİ
1996-cı ildə  Ramin Rzayev ATU “Müalicə profilaktika” fakültəsinə daxil olmuşdur.
2001-ci ilə qədər Azərbaycan Tibb Universitetində ali təhsilini davam etdirmişdir.
2001-2003 –ci illərdə Ramin Rzayev Rusiya, akademik İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetində tibb təhsili davam etdirmişdir.
2003-2004-ci illərdə Ramin Rzayev Rusiya, Sankt-Peterburq Dövlət diplomdansonrakı təhsil üzrə Tibb Akademiyasında  İnternatura təhsili almıdır.
2004-2006 –  ci illərədə isə Ramin Rzayev Rusiya, Sankt-Peterburq Dövlət diplomdansonrakı təhsil üzrə Tibb Akademiyasında Ordinaturada olmuşdur
2006-2009-ci illərdə Ramin Rzayev Rusiya, Sankt-Peterburq Dövlət diplomdansonrakı təhsil üzrə Tibb Akademiyasında Aspirantura təhsili alıb.

IŞ TƏCRÜBƏSİ VƏ NAİLİYYƏTLƏRİ

2004-2010-cu illərdə  Doktor Ramin Rzayev Rusiya Federasiyası Sankt-Peterburq prof. İ.İ. Djanelidze adına Təcili Yardım Elmi Tədqiqat institutunun travmatologiya-ortopediya bölməsində travmatoloq-ortoped vəzifəsində çalışıb
05.01.2011-ci il ildən etibarən Ramin Rzayev Mərkəzi Gömrük Hospitalında həkim travmatoloq-ortoped kimi fəaliyyət göstərir.
Travmatologiya bölməsinin rəisidir

PATENTLƏR
Dr. Ramin Rzayev Rusiya Federasiyası Dövlət İxtiraçılar reyestrində qeydiyyatdan keçmiş  “Eksternal osteosintez zamanı sümüyün xarici fiksasiya aparatına birləşdirmə üsulu” adlı 2354320 saylı  patentin həmmüəllifidir.

Dr. Ramin Rzayev Rusiya Federasiyası Dövlət İxtiraçılar reyestrində qeydiyyatdan keçmiş  “Çanağın ön və arxa şöbələrinin bütövlüyünün pozulması ilə müşaiyət olunan zədələnmələrinin müalicə üsulu” adlı  2364359 saylı patentin həmmüəllifidir.

​​​​​​​ELMİ İŞLƏRİ
Doktor Ramin Rzayev “Travmatik şokla müşayiət olunan xəstələrdə həlqəsinin tamlığı pozulmuş çanağın zədələnmələrinin müasir üsullarla müalicəsi”  mövzusunda elmi işinə görə 2 patent almışdır

İŞTİRAK ETDİYİ TƏDBİRLƏR
İxtisasartırma kursları
2009-cu ildə Ramin Rzayev Russiya Federasiyası R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat institutunda “oynaqların və uzun

borulu sümüklərin endoprotezləşdirilməsi”  kursunu keçərək ayrıca oynaqların, uzun borulu sümüklərin endoprotezləşdirilməsi üzrə diplomuna yiyələnmişdir
2015-ci ildə Avstriya, Zalsburg: Ramin Rzayev “Böyüklərin ortopedik xəstəliklərinin və travmalarının cərrahi müalicəsi” üzrə kurs keçmişdir.
2016-2017 – Almaniya, Hamburq şəhərində Ramin Rzayev “Böyük oynaqların artroplastikası-endoprotezləşdirilməsi” üzrə ixtisasartırma kursu almışdır.
Konfranslar
2017-ci ildə isə Ramin Rzayev “Ağrı və müasir müalicə üsulları üzrə” konfrans, Danimarkanın Kopenhagen şəhərində keçirilən konfransda iştirak etmişdir

PEŞƏ CƏMİYYƏTLƏRİNDƏ ÜZVLÜKLƏRİ
Rusiya travmatoloq-ortopedlər Assosiasiyası (ATOR)
Türk Ortopedi ve Travmatoloji Birligi Dernegi (TOTBİD)
“İnsan və Sağlamlığı” Rusiyanın regionlararası ictimai təşkilatı

DOKTOR RAMİN RZAYEVİN İCRA ETDİYİ ƏMƏLİYYATLAR
-Böyük və uşaqların travmatologiyası-ortopediyası;
Yuxarı və aşağı ətraf oynaqlarının (bud-çanaq, diz, aşıq-baldır, ayaq barmaqları falanqaarası, ayaqdaraqarxası və bazu, dirsək, mil-bilək, əl barmaqları falanqaarası, əldaraqarxası oynaqlarının) oynaqdaxili açıq, qapalı sınıqlarının-çixiqlarının müasir cərrahi metodlarla və konservtiv üsullarla müalicəsi;

-Aşağı və yuxarı ətrafların uzun borulu sümüklərinin və digər sümüklərinin (çanaq ssmükləri, bud, baldır, pəncə, bazu, dirsək, mil, əl, körpücük, kürək sümükləri v.s.) qapalı, açıq sınıqlarının müasir cərrahi metodlarla, konservatiiv üsullarla müalicəsi.
Çanaq sümükləri və onurğa sütunu zədələnmələrinin cərrahiyyəsi, konservativ müalicəsi;
-Aşağı və yuxarı ətraf yumşaq toxumalarının müxtəlif tip zədələnmələrinin (dəri-dərialtı toxumaların, əzələ fassiyası, əzələ-əzələ vətərlərinin, oynaq kapsulu və bağlarının, periferik sinirlərin) müasir cərrahi metodlarla, konservatiiv üsullarla müalicəsi;
-Dayaq-hərəkət sisteminin digər xəstəliklərinin
(Qonartroz, koksartroz – oynaqların müxtəlif dərəcəli deformasiyaedici osteoartrozu;
Oynaq qığırdağının digər zədələnmələri – hondromalyasiya, hondroliz və s.; Osteoparozlar – patoloji sınıqla müşahidə olunan və olunmayan; Bursopatiyalar – dirsək bursiti, prepatelyar bursit və s.;
Revmatoid poliartit; podaqra – podaqrik artritlər; fəqərəarası disk zədələnmələri – disk yırtığı, protruziyyası, spondilolistezlər;
Pediatric qüsurlar – aşağı və yuxarı ətrafların anadangəlmə deformasiyaları, bud-çanaq oynaqlarının anadangəlm çıxıqları, əyripəncəlik, əyriboyunluq  və s.) müasir cərrahi metodlarla, konservatiiv üsullarla müalicəsi;
-Osteosintez əməliyyatları:
Aşağı və yuxarı ətraflarda intramedulyar, metal lövhələrlə, eksternal fiksatorlarla icra edilən osteosintez əməliyyatları.
Çanaq sümüklərinin, kürək sümüyünün qeyri-stabil tip zədələnmələrinin cərrahi yolla aradan qaldırılması, tamlığının bərpası üzrə aparılan osteosintez əməliyyatları;
-Oynaqların total və parsial növ endoprotezləşdirilməsi əməliyyatları: bud-çanaq  və diz oynaqlarının dəyişdirilməsi – artroplastikası;
-Oynaqlarda aparılan digər əməliyyatlar: artodez (oyunaqların hərəkətsizləşdirilməsi – dondurulması), artrotomiya, sinovektomiya və s.;
– Artroskopik əməliyyatlar: artroskopik diz oynağı çarpaz bağlarının plastikası-bərpası, artroskopik meniskektomiaya, artroskopik oynaqiçi lavaj, artroskopik oynaq siçanının çıxarılması və s.;
-Yumşaq toxumalarda aparılan əməliyyatlar: bəsit-coxkameralı kistaların, digər yenitörəmələrin xaric edilməsi, oynaqların yumşaqtoxuma sərtliyi-rigidliyinə bağlı kontrakturaların açılması, Axill vətərinin uzadılması, karpal tunel sindromu əməliyyatı, tenoliz, tenodez əməliyyatları.
Yuxarı və aşağı ətraflarda sinirlərin, vətələrin  zədələnmələrinin təmiri – plastikası (kəskin və gecikmiş hallarda) və s.;
– Aşağı və yuxarı ətrafların deformasiyalarının cərrahi üsulla aradan qaldırılması əməliyyatları:
Bazu, said, bud və baldırda əyriliklərin korreksiyası, boy uzatma əməliyyatları.
Yalançı oynaqların (psevdoartroz) ləğv edilməsi;
-Pediartrik ortopediya üzrə  aparılan əməliyyatlar: uşaqlarda anadangəlmə bud-çanaq çıxıqlarının, əyriboyunluq, əyripəncəlik və dayaq-hərəkət sisteminin digər anadangəlmə qüsurlarının cərrahi üsulla korreksiyası;
-Digər poliklinik-ambulator travmatoloji və ortopedik xidmətlər: aşağı, yuxarı ətraf oynaq və sümüklərinin zədələnmələrinin qapalı reduksiyası, gips sarğıları ilə immobilizasiyası.
Dırnaq plıastikası əməliyyatları, yara tikilməsi, oynaqdaxili inyeksiyalar, oynaq punksiyası və s.;

İŞ YERİ: MƏRKƏZİ GÖMRÜK HOSPİTAL
DOKTO RAMİN RZAYEVLƏ ƏLAQƏ TELEFONU
(+994) 51 922-11-00

Bakıda həkimlər amputasiya edilən əli yerinə bərpa ediblər.
RAMİN RZAYEV: Yay tətili günlərində günəş vannalarından maksimum faydalanmaq lazımdır
GÖMRÜK HOSPİTALDA UĞURLU REPLANTASİYA ƏMƏLİYYATI
Trend.az -Travmatoloq-ortoped Ramin Rzayev “Həkim Məsləhəti” rubrikasında artroskopiyaya aid sualları cavablandırır
Travmatoloq-ortoped Ramin Rzayev

VİDEO – TRAVMATOLOQ-ORTOPED RAMİN RZAYEV
VİDEO -TRAVMATOLOQ-ORTOPED, t.f.d. Dr. Ramin Rzayevin “ARTROZUN MÜALİCƏ ÜSULLARI” mövzusunda canlı yayımı

Facebook Comments