Roza İzmayılova

Gözün ön seqmenti üzrə ixtisaslaşmış oftalmoloq-cərrah Roza İzmayılova katarakta, eksimer lazer, keratokonus, çəpgözlük, qlaukoma kimi xəstəliklərin əməliyyatlarını icra edir.
Oftalmoloq-cərrah Roza İzmayılova Azərbaycanın Biləsuvar rayonunda anadan olub.
Orta məktəbi qızıl medalla bitirən Roza İzmayılova Azərbaycan Tibb Universitetinə daxil olmuş və orada müvəffəqiyyətli ali tibb təhsili almışdır.
Tibb Universitetini bitirdikdən sonra Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Fyodorov adına Mikrocərrahiyyə Göz İnstitutunda gözün ön seqmenti üzrə ordinatura keçmişdir. Eyni zamanda orada Kataraktanın Faco üsulu ilə aradan qaldırılması kursunu keçmişdir.
1999-cu ildə ABŞ-ın Oraqon ştatında göz xəstəlikləri üzrə yarım illik ixtisasartırma kursunu keçmişdir.
Türkiyənin İstanbul şəhərində Cərrahpaşa Universitetində Eksimer lazer kursu keçmişdir və həmin vaxtdan Eksimer lazer əməliyyatlarını icra etməyə başlamışdır.
Daha sonra Roza İzmayılova  İstanbulda Samatea klinikasında həm ixtisasartırmada olmuş həm də həmin klinikada çalışmışdır.
Hindistanın dünya şöhrətli, çox nüfuzlu oftalmoloq cərrahı Aqarvalın yanında ixtisasartırma kursundan keçmişdir.
Almaniya, Fransa, İtaliya, İspaniya, Rusiya, Türkiyə, Böyük Britaniya, Avstriya, Finlandiya, Norveç, Danimarka, Portuqaliyanın klinikalarında həkimlik təcrübələrindən keçmiş, elmi-praktik konfrans və simpoziumlarda iştirak etmişdir, müvafiq sertifikatlarla təltif edilmişdir.
İŞ TƏCRÜBƏSİ:
Doktor Roza İzmayılovanın ilk iş yeri Bakıda 18 nömrəli poliklinika olub.
Daha sonra Mərkəzi Klinik Xəstəxana açılanda bu klinikada oftalmoloq-cərrah kimi fəaliyyətə başlayıb.
İstanbulun Samantea klinikasında çalışmışdır və oftalmoloq-cərrah kimi bilik və təcrübəsini inkişaf etdirmişdir.
Mərkəzi Klinikada çalışdığı müddət ərzində İtaliyada da Katarakta üzrə ixtisasartırma kursunda olmuşdur.
Ardınca Roza İzmayılova ABU Göz Klinikasını yaratmış və həmin klinikanın baş həkimi işləmişdir.
Daha sonrakı həkimlik fəaliyyətini Medi Lux klinikasında öftalmoloq-cərrah kimi davam etdirməkdədir.
Gözün ön seqmentində olan cərrahiyi əməliyyatlar və digər müalicə üsulları ilə məşğuldur.
İCRA ETDİYİ ƏMƏLİYYATLAR:
Doktor Roza izmayılova Katarakta və Eksimer lazer, Qlaukoma, Çəpgözlük, Keratokonus, Cornear xəstəlikləri, Sistem xəstəliklərindən dolayı gözdə olan xəstəliklər, o cümlədən, diabetik retinopatiya, göz dibində olan trombozlar və digər göz xəstəliklərinin müalicəsi ilə məşğuldur.

Doktor Roza İzmayılova ilə əlaqə telefonu:
Tel: 050-222-03-03

DOKTOR ROZA İZMAYILOVANIN ŞƏXSİ YOUTUBE KANALI
DOKTOR ROZA İZMAYILOVANIN ŞƏXSİ FACEBOOK PROFİLİ
DR.ROZA İZMAYILOVANIN ŞƏXSİ İNSTAGRAM SƏHİFƏSİ

VİDEO – saglamTV. Roza İzmayılova. Diabetik retinopatiya nedir? Mualicəsi nədən ibarətdir?
VİDEO – 25 04 2017 Həkim işi verilişi. Xəzər TV.
VİDEO – Medilux Tibb merkezi Oftalmoloq Roza Izmayilova
VİDEO – Eksimer lazer əməliyyatı nədir?
VİDEO – Katarakta nədir? Doktor Roza İzmayılova 
VİDEO – lENSLƏRDƏN İSTİFADƏ ETMƏK OLARMI?
VİDEO – Eksimer lazer əməliyyatı nədir?
VİDEO – GÖZ ƏMƏLİYYATI. ROZA İZMAYILOVA
VİDEO – Yaxın və uzaq görmə problemi olan xəstədə göz əməliyyatı. Əməliyyatxana. Roza İzmayılova.







Facebook Comments