Rəşad Mahmudov

Rəşad Mahmudov — Millət vəkili Ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası  İdarə heyətinin sədri.Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonundaanadan olmuşdur.

Təhsil

1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbdə oxumuşdur.

1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil almışdır.

1997-2003-cü illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil almışdır.

2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə etmişdir.

2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək Tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.

2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi almışdır.

İş təcrübəsi

1997-2002-ci illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi mərkəzində ürək-damar cərrahı işləmişdir.

2003-2004-cü illərdə Türkiyə Respublikasındakı Şifa Xəstəxanalar Qrupunda ürək-damar cərrahı işləmişdir.

2004-2005-ci illərdə Türkiyə Respublikasının İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı işləmişdir.

2005-ci ildən hal-hazıra qədər Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir. Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 8000-dən çox yaşlı və uşaqlarda açıq ürək əməliyyatları aparmışdır. Son illərdə aparılan humanitar aksiyalar çərçivəsində Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə, Şamaxı, Cəlilabad, Quba, Füzuli xəstəxanalarında 800-dən artıq açıq ürək əməliyyatı icra etmişdir.

Elmi nəşrlər

Xaricdə 1 kitabı, 15 elmi məqaləsi və 40 tezisi, Azərbaycanda isə 8 elmi məqaləsi və 5 tezisi çap olunmuşdur.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası

7 Sentyabr 2005 tarixində Azərbaycan səhiyyəsinin inkişafında xüsusi rol oynamış nadir səhiyyə təşkilatçısı mərhum professor, o vaxtkı Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işləmiş Fəxrəddin Cavodovun təşəbbüsü, onun bilavasitə təşkilatçılığı və rəhbərliyi altında, habelə Raşad Mahmudovun, MNX-nın həkim-cərrahı Qulam Rüstəmzadənin yaxın iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyası” təsis edilmişdir. Bu Assosiyasıyanın sədri vəzifəsinə də o zaman məhz doktor Rəşad Mahmudov layiq görülmüşdür. Daha sonra, 2010-cu ildə həmin İctimai birliyinin adı dəyişdirilərək, “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası” adlandırılmışdır.

2006-cı ildən etibarən R.Mahmudov Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 40-dan çox beynəlxalq və regional konfransın təşkilinə rəhbərlik etmiş. 2005-ci ildən xaricdə keçirilən 50-dən çox beynəlxalq konfransda isə iştirakçı olmuşdur.

20-22 Noyabr 2014 tarixləri arasında “20 Noyabr Ümumdünya Uşaqlar Günü”-nə həsr olunmuş “Children’s hearts beat in Azerbaijan” (Uşaq ürəkləri Azərbaycanda döyünür) şüarı altında “Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans Azərbaycan Beynəlxalq Ürək Qrupu ilə birgə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq konfransda dörd qitəni (Amerika, Avropa, Asiya və Afrika) əhatə etməklə 47 ölkədən dəvət olunmuş pediatr, kardioloq və ürək-damar cərrahları iştirak etmişdir. Anadangəlmə ürək xəstəliklərinə diqqəti cəlb etmək məqsədilə Azərbaycanda ilk dəfə olaraq ürək-damar xəstəliklərinə aid “Ürəklər susmasın” adlı sosial öhdəlikli video çarx hazırlanmış və konfransın rəsmi tədbirində nümayiş edilmişdir.

Mükafatlar və təltiflər

28 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi medalı” ilə təltif olunmuşdur.

10 may 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunmuşdur.

16 iyun 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar Həkim” fəxri adı ilə təltif olunmuşdur.

Milli Məclis

2015-ci il Azərbaycan Respublikası Milli Məclis (V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasındannamizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.

Həkimlik fəaliyyətində iş yeri:
Hal-hazırda MGK Tibb İdarəsinin Elm, Tədqiqat və Təlim Mərkəzinin rəhbəri. Mərkəzi Gömrük Hospital.

40 sənətçini əməliyyat etmişəm – Rəşad Mahmudov
Qızıl Çinar Beynəlxalq mükafatı – Dr. Rəşad Mahmudov (10.05.2009)
Dr.Rəşad Mahmudov (TRT AVAZ)
Ürək xəstəlikləri – Rəşad Mahmudov və Rafiq Yusiflinin dilindən – Öncə sağlıq
Anju zərərlidirmi? – Rəşad Mahmudov
Azərbaycanda ürək əməliyyatı niyə bahadır? – Rəşad Mahmudov
Damar spazmı` nədir – Rəşad Mahmudov
Ürək-damar cərrahı, t.ü.e.d. Rəşad Mahmudovun “AzTV”-nin “Tam fərqli” verilişindəki çıxışı
Həkim deputat Rəşad Mahmudov stenozun mualicesi haqqinda

Cəmil Əliyev 
Əhliman Əmiraslanov.
Rəşad Mahmudov
Gəray Gəraybəyli
Nazim Qasımov 
Sahib Musayev
Qələndər  Canbaxışov
Vaqif Bilas oğlu Şadlinski
Çingiz Rəhimov
Yunis Yusifov
Nuru Bayramov
Musa Qəniyev
Surxay Novruz oğlu Musayev
Nəsib Cəfər oğlu Quliyev
Vaqif Qələndər
Qalib Şalon oğlu Qarayev
Yaşar Cəlilov
Xaləddin Musayev

Facebook Comments