Vasili İvanoviç Razumovski
Bakı Dövlət Universitetinin rektoru 1918-1921
Tbilisi Universitetinin rektoru 1918-1919
Rusiya İmperiyası Saratov Universitetinin rektoru 1909-1912
Doğum tarixi: 8 Aprel 1837. Rusiya İmperiyası. Samara quberniyası. Buzulixski dairəsi. Yefimovka
Ölüm tarixi: 7 Aprel 1935-ci il (77 yaşında). Yesentuki şəhəri.
Dəfn olunduğu yer. Yesentuki. Qardaşlıq qəbiristanlığı
Təhsili Kazan Universiteti.
Elmi dərəcəsi Tibb elmləri doktoru, Professor.
Fəaliyyəti Tibb
İxtisası Cərrah
Mükafatları Əmək qəhrəmanı
Elmi fəaliyyəti Tibb
Vasili İvanoviç Razumovski 27 Mart (8 Aprel) 1837-ci ildə Rusiya İmperiyasının Samara quberniyası, Yefimovkada doğulmuşdur. 1935-ci il 7 Apreldə Yesentukidə vəfat etmişdir.
Rusiya və Sovet cərrahı, Əmək Qəhrəmanı, tibb elmləri doktoru, professor, 150-dən çox elmi işin müəllifidir.
Bioqrafiya
8 Aprel (22 Mart) 1857-ci ildə Rusiya İmperiyası Samara Quberniyası, Bululukski dairəsi,
Yefimovka kəndində doğulmuşdur. İndiki Rusiya Federasiyası Orenburq vilayətinin Kurmanayevski rayonu.
1880-ci ildə İmperiya Kazan Universitetinini bitirmişdir. 1887-ci ildə Kazan universitetinin cərrahiyyə üzrə professoru olmuşdur.
1893-cü ildə professor ilk dəfə olaraq Qafqaz Mineralnıye vodiya( Mədən suları) turist kimi gəlib.
1896-cı ildə kurort rəhbərliyinin xahişi və dəvəti ilə hər yay orada ödənişli əsaslarla cərrah konsultant işləməyə başlamışdır.
1896-1898-ci illərdə Jeleznavodskidə çalışmışdır. Daha sonra Pyatiqorskidə doktor Rjaksinskinin şəxsi klinikasında işləmişdir.
Razumovski Rusiya İmperiyası Saratov Universitetinin banilərindən biri və ilk rektoru olmuşdur – 1909-1912-cü illər.
O həmçinin Tbilisi Dövlət Universitetinin (19018) rektoru, habelə Bakı Dövlət Universitetinin ilk rektoru olmuşdur (1919-cü il)
8 Sentyabr 1919-ci il. Azərbaycan Xalq Cumhuriyyəti (Azərbaycan Demokratik Respublikası) hökümətinin sərəncamından:
“Universitetit komissiyasının yekdil qərarı ilə əməkdar professor Razumovski Bakı Dövlət Universitetinin rektoru, Pataloji Anatomiya üzrə kafedranın professoru Çirokoqorov isə Tibb Fakultəsinin dekanın təyin edilsin”
1920-ci ildən sonra professor Razumovski Saratov Universitetinə qayıdır və 1930-cu ilədən həmin universitetdə çalışır.
1930-cu ildə pedaqoji fəaliyyətinin dayandırıb sırf həkimlik fəaliyyəti və təşkilati işlərlə məşğul olmağa başlayır.
7 Aprel 1935-ci ildə Yesentuki şəhərində vəfat etmişdir. Qəbri şəhərin Qardaşlıq qəbiristanlığındadır. 1990-cı illərdə qəbrinin üstündə barelyefi oğurlanmışdır. 2012-ci ildə Saratov Universitetinin təşkilatçılığı ilə barelyef yenidən bərpa edilmişdir.
Ailəsi:
Qızı: Sofiya Vasilyevna Razumovskaya
Qızı: Yuliya Vasilyevna Razumovskaya
Mükafatları və təltifatları
4-cü dərəcəli Müqəddəs Vladimir Ordeni, 3 və 4-cü dərəcəli Müqəddəs Anna ordeni, İkinci dərəcəli Müqəddəs Stanislav ordeni
1923-cü ildə Əmək qəhrəmanı adına layiq görülmüşdür.
1934-cü ildə RSFSR Əməkdar Elm Xadimi adına layiq görülmüşdür.
Leninqrad, Moskva və digər Cərrahiyyə Cəmiyyətlərinin fəxri üzvü olmuşdur.
Razumovski Praqov Həkimlər Cəmiyyətinin aktiv üzvü olmuşdur.
Facebook Comments